“Dünya ədəbiyyatı - İngiltərə” işıq üzü görüb

“Dünya ədəbiyyatı - İngiltərə” işıq üzü görüb
30 iyun 2017
# 10:59

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “İngiltərə” xüsusi sayı bugünlərdə işıq üzü görüb.

Mərkəzin sədri Səlim Babullaoğlunun Kulis.aza verdiyi açıqlamaya görə, “Dünya ədəbiyyatı” dərgisinin bir sayının bütünlüklə İngiltərə ədəbiyyatına həsr edilməsi kifayət qədər əhəmiyyətli faktdır: “Çünki dərginin bu sayı Azərbaycan oxucusuna İngiltərə ədəbiyyatını həm tarixi planda, həm də yeni dövrün ədəbi mənzərəsi fonunda ətraflı, sistemli tanımaq imkanı yaradır. Odur ki, fikrimcə, “Dünya ədəbiyyatı”nın bu yeni sayı dərginin yaradıcı heyətinin və ümumilikdə Mərkəzimizin kollektivinin növbəti ciddi uğuru sayıla bilər”.

Dərginin baş redaktoru Seyfəddin Hüseynli isə açıqlamasında bildirib ki, yeni sayda ingilis ədəbiyyatının müxtəlif dövrlərdə yaşayıb-yaradan, estetik dünyagörüş, sənətkarlıq və digər vacib cəhətlərə görə xeyli fərqlənən bir sıra böyük simalarının yaradıcılığı öz əksini tapıb: “Bu sayımızda oxuculara təqdim olunan müəlliflərin əksəriyyəti ingilis ədəbiyyatının inkişafında, dünya ədəbi irsinin zənginləşməsində xüsusi rol oynayıb. Konseptuallıq baxımından, dərginin bu sayının “Poeziya” bölümü dahi ingilis ədibi, Nobel mükafatçısı Tomas Sternz Eliotun geniş, ətraflı və dərin təqdimatı ilə əlamətdar sayıla bilər. Burada Eliotun məşhur “Bəhrəsiz torpaq” poeması, poeziya və ədəbi yaradıcılıq haqda iki essesi, “Nobel nitqi” verilib. Tanınmış ədəbiyyatşünasımız professor Cavanşir Yusiflinin tərcüməsində təqdim olunan bu silsiləni onun “T.S.Eliot və “Gerontion” şeiri” adlı essesi tamamlayır. İngiltərə ədəbiyyatının parlaq simalarından Uistan Hyu Odenin və Filip Larkinin şeirlərini Azərbaycanda onların yaradıcılığının bilicisi sayılan dəyərli şairlərimiz Səlim Babullaoğlunun və Qismətin tərcüməsində çap etmişik. Usta tərcüməçi Azad Yaşar dərginin bu sayı üçün ingilis nəsrinin usta nümayəndələrinin seçmə hekayələrini çevirib. “Dünya ədəbiyyatı”nın digər sayları kimi, “İngiltərə” xüsusi sayının da hazırlanıb ərsəyə gəlməsində zəhməti olan qələm yoldaşlarımızın hər birinə ürəkdən təşəkkür edirik”.

Dərginin “Proza” bölümü çağdaş ingilis və dünya ədəbiyyatında ən məşhur imzalardan olan Culian Barnsın “Aqibət duyğusu” romanından yığcam parçalarla açılır. C.Barnsa nüfuzlu “Buker” mükafatını qazandırmış (2011) bu əsəri dilimizə Seyfəddin Hüseynli çevirib və roman çox tezliklə TEAS Press Nəşriyyat Evi tərəfindən ayrıca kitab kimi buraxılacaq.

Həmin əsər haqqında Qismətin “Sonrakı peşmanlığa abidə...” adlı essesini də dərginin bu sayında oxumaq olar.

“Proza” bölümündəki Somerset Moemin hekayələrini Şəfiqə Şəfa və İlahə Əkbər, Cerom Klapka Ceromun “Əcnəbiləri niyə sevmirik...” əsərini S.Hüseynli çevirib. Azad Yaşarın tərcüməsində Doris Lessinqin “O”, Hilari Mantelin “Vergül”, Ceyms Hedli Çeyzin “Yataqda gəbərən general” hekayələri bu bölümdəki ən maraqlı əsərlərdəndir. Saqi-Hektor Hyu Munronun “Sredni Vaştar”, Cumpa Lahirinin “Əsl qapıçı” hekayələri, Qrem Qrinin “Paris Revü” üçün müsahibəsi İlahə Əkbərin tərcüməsində təqdim olunub. Sonrakı əsərləri - Canet Vintersonun “Qızılaxtaran qadın” hekayəsini Ş.Şəfa, Daniel Defonun “Taun ilindən qeydlər” əsərindən bir parçanı Rövşən Əhədoğlu, Artur Kanan Doylun “Din - yeni vəhy işığında” essesini S.Hüseynli tərcümə edib.

“Dramaturgiya” bölümündə Kamran Nəzirlinin tərcüməsində Oskar Vayldın “İdeal ər” komediyası dərc olunub.

“Təqdimat”da isə Qismətin “Filip Larkin: acı-acı gülmək” essesi var.

Ənənə üzrə, dərginin bu sayı da müəlliflər haqqında bioqrafik məlumatlarla tamamlanır.

Xatırladaq ki, dərginin baş redaktoru Seyfəddin Hüseynli bu gün saat 13-də Kulis.azın facebook səhifəsinin canlı yayımında olacaq və jurnalla bağlı söhbət edəcək.

# 1977 dəfə oxunub

Oxşar xəbərlər

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... -  Tanınmış alim xatirələrində nə yazırdı?

"Atalar və oğullar" problemi həmişə oğulların lehinə həll edilmir... - Tanınmış alim xatirələrində nə yazırdı?

09:48 1 iyun 2026
Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər