Tərcümə Mərkəzi ədəbiyyat müsabiqəsi elan etdi

Tərcümə Mərkəzi ədəbiyyat müsabiqəsi elan etdi
2 oktyabr 2015
# 17:08

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycan dilində yazılmış ən yaxşı bədii nümunələrin üzə çıxarılması, Azərbaycan, həmçinin tərcümə edilərək dünya oxucusuna çatdırılması, istedadlı gənclərin yaradıcı potensialının dəyərləndirilməsi, dilimizin, söz sənətimizin zəngin, əvəzolunmaz məziyyətlərinin müəyyən edilməsi və gələcək nəsillərə ötürülməsi, gənc yazarlara diqqət və qayğının artırılması məqsədi ilə "Yeni Söz" adlı ədəbi yaradıcılıq mükafatı təsis edib.

Müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Əsərlərin qəbul müddəti bu il oktyabr ayının 2-dən dekabr ayının 23-nə qədər müəyyən edilib. Qaliblərin adı 2016-cı il may ayının 25-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

- Müsabiqəyə poeziya, nəsresse nominasiyaları üzrə əsərlər qəbul edilir:

- Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir:

Poeziya:

poema – hər bir iştirakçı həcmindən asılı olmayaraq, 1 poema ilə müsabiqəyə qatıla bilər

şeirlər – 3 şeirdən artıq olmamaq şərti ilə

Nəsr:

roman – hər bir iştirakçı həcmindən asılı olmayaraq, 1 romanla müsabiqəyə qatıla bilər

hekayələr – 40 000 işarəyə qədər

Esse:

esselər – 20 000 işarəyə qədər

- Hər nominasiya üzrə mükafat yalnız bir müəllifə təqdim edilə bilər.

- Hər bir iştirakçı mükafata yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər.

- Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti 35 yaşa qədərdir.

Отображается файл "yeni soz.jpg"

Müsabiqəyə təqdim edilmək üçün zəruri olan sənədlər:

a) müsabiqə iştirakçısının adı, soyadı, ədəbi təxəllüsü və özü haqqında qısa məlumat;

b) şəxsiyyət vəsiqəsinin surəti və ya skan olunmuş variantı;

c) iştirakçının əlaqə nömrəsi və elektron ünvanı.

Qeyd: Müsabiqəyə təqdim olunan mətnin əvvəlində iştirak etdiyi nominasiyanın adı mütləq qeyd olunmalıdır;

Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlərin müsabiqədə iştirakı təmin olunmur.

Əsərlər [email protected] elektron ünvanına göndərilə və ya kağız formatında AzTM-in Mətbuat xidmətinə təqdim edilə bilər.

Mükafat fondu:

Ən yaxşı poeziya nümunəsi nominasiyası üzrə:

I yer - 2000 manat (iki min manat)

II yer - 1000 manat (min manat)

III yer - 500 manat (beş yüz manat)

Ən yaxşı nərs əsəri nominasiyası üzrə:

I yer - 2000 manat (iki min manat)

II yer - 1000 manat (min manat)

III yer - 500 manat (beş yüz manat)

Ən yaxşı esse nominasiyası üzrə:

I yer - 2000 manat (iki min manat)

II yer - 1000 manat (min manat)

III yer - 500 manat (beş yüz manat)

Müsabiqənin gedişatı barədə:

Qəbul edilən əsərlər nömrələnmiş qaydada (imzasız) ekspertlərə verilir, ikinci mərhələyə – 20-liyə keçən əsərlər Mükafat Komissiyasına təqdim edilir.

Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə seçilmiş 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.

Əsərlər 5-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

Ekspertlərin və Mükafat Komissiyası üzvlərinin adları gizli saxlanılır.

Mükafat diplom və pul təltifindən ibarətdir.

Seçilən əsərlər xarici dillərə çevriləcək və beynəlxalq müstəvidə təbliğatı üzrə müəyyən işlər həyata keçiriləcək.

Ünvan: Ə.Topçubaşov 74

Email: [email protected]

Telefon: (+994 12) 595-10-69

# 1558 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər