Beş yaşında atası, sonra qardaşları zorladı

Beş yaşında atası, sonra qardaşları zorladı
5 aprel 2013
# 11:53

Patrisiya Haysmit - amerikalı yazar, psixloji detektivlər müəllifi. 1921-ci ildə ABŞ-da doğulub, 1995-ci ildə İsveçrədə vəfat edib.

1950-ci ildə yazdığı “Qatardakı yad adamlar” adlı ilk romanı əsasında məşhur rejissor Alfred Hiçkok film çəkib.

Baş qəhrəmanı Tomas Ripsli olan bir sıra psixoloji kriminal romanların müəllifidir.

Şux mağara qadını Una

Əndamının tük örtüyü seyrək idi, qabaq dişlərinin də biri düşmüşdü. Bununla belə erotik cazibəsiylə yüz əlli, iki yüz metr aralıdan keçənləri cazibədar qoxu kimi özünə çəkirdi. Bəlkə də sırf qoxudan ibarət idi bu qadın. Ora-burası yupyumruydu: qarnı, çiyinləri, yanbızları hədsiz yuvarlaq idi. Daim gülümsəyərdi, hər an şən-şaqraq səsi gələrdi.

Kişilər də ondan buna görə xoşlanardılar. Qaladığı ocağın üstündəki şişdə həmişə dişə çəkiləsi nə isə qızardardı. Adətən öz aləminə qapılan, sadəlövh bir qadın idi o və heç nəyə görə qanını qaraltmazdı. Başına o qədər çox dəyənək vurulmuşdu ki, beyni horraya dönmüşdü. Halbuki Una ilə yatıb-durmaq üçün təpəsinə toppuz endirməyə bir elə gərək qalmırdı. Ancaq neyləyəsən, adət-ənənələri beləydi. Odur ki, Una da növbəti aşiqindən qurtulmaq üçün heç ayağını qaçaraq qoymağa da gərək duymazdı.

Una daim hamilə olduğundan ərgən çağını yaşamağa imkan tapmamışdı. Beş yaşından etibarən atası, daha sonra isə qardaşları onu zorlamışdılar. İlk körpəsini yeddi yaşında ikən doğmuşdu. Hətta hamiləliyinin son mərhələsində də cinsi təcavüzə məruz qalmışdı. Doğumun gerçəkləşdiyi yarım saatı qəbilənin kişiləri səbirsizliklə gözləmiş və sonra bu zahı qadını təkrar altlarına basmışdılar.

Qəribə olan burasıydı ki, bir tərəfdən qəbilədə doğum səviyyəsini enməyə qoymayan bu qadın digər tərəfdən qəbilə üzvlərinin sayının azalmasına səbəb olurdu: çünki bu dilbərin həsrətini çəkən kişilər öz arvadlarından soyuyurdular, Unanın üstündə əlbəyaxa savaşarkən canlarından olurdular.

Günlərin bir günü Una aylardan bəri ərinin mehrinə, sığalına möhtac qalan qısqanc bir qadının əlində öldü. Bu kişi həmin qəbilədə eşqə tutulan ilk erkək idi. Adı da Vipo idi. Unaya əli yetmədiyi vaxtlarda nə öz arvadıyla, nə də başqa bir qadınla yatan bu kişini tay-tuşları həmişə lağa qoyardılar.

Rəqibləriylə dalaşarkən o, hələ bir gözünü də itirmişdi. Ortabab bədən quruluşu vardı. Ovladığı canlıların ən ləziz tikələrini həmişə gətirib Unaya hədiyyə edərdi. Uzun müddət cilaladığı adi çaxmaq daşına bəzək əşyası görünüşü qazandırdığı üçün qəbiləsinin ilk sənət adamı sayılırdı. Qəbilənin digər üzvləri isə çaxmaq daşından sadəcə oxlarının ucunu və bıçaqlarını bülövləyərkən yararlanırdılar. Yaratdığı bu bəzək əşyasını dəriylə üzləyən Vipo, boynundan assın deyə, onu Unaya bağışlamışdı.

Qısqanclıq hikkəsiylə Unanı qətlə yetirən arvadına qarşı kin və qəzəbini cilovlaya bilməyən Vipo onun canına qıydı. Sonra isə uca səslə yanıqlı bir ağı çəkdi. Qıllı yanaqlarından üzüaşağı yuvarlanan göz yaşlarına məhəl qoymur, oxşama deməyindən qalmırdı.

Vipo artıq heç nəyi ilə bu qəbilə camaatına bənzəmirdi. Bundan qorxuya qapılan soydaşları onu öldürmək fikrinə düşmüşdülər.

Artıq Vipo dəniz sahilindəki nəmli qumlara, uzaqlardakı dağların hamar qayalarına Unanın təsvirlərini həkk etməyə başlamışdı. Həmin rəsmlər xeyli aralıdan da görünürdü. Əvvəlcə Unanın taxtadan iki heykəlini yonan Uno sonradan sevgilisinin əksini daşa həkk elədi. Bəzən bu əsərlərini ağuşuna alaraq, yatırdı.

Qəbiləsinin dilindəki yöndəmsiz sözlərdən Unanın xəyalını canlandıracaq bir cümlə də qurmuşdu o. Bu cümləni başqaları da əzbərləyib, təkrarlayırdılar və bu sayədə Unanın adı dillər əzbəri olmuşdu.

Halalca ərinin nəvazişinə aylardan bəri həsrət qalan bir qadın tərəfindən öldürüldü Vipo. Həmin qadının əri bahalı əşyalar (bir neçə bizonun xəzindən hazırlanmış iri bir dəri örtük) verməklə Unanın heykəllərindən birinə yiyələnmişdi.

Həmin dəridən Vipo özünə həm su keçirməyən, gözəl bir daxma qurmuş, həm də əyin-baş düzəltmişdi.

İndi də Unaya həsr olunmuş yeni-yeni cümlələr yaratmağa qarışmışdı başı. Kişilərin bəzisi bunu bəyənir, digərləri isə Vipoya dişini qıcayırdı. Qəbilə qadınları isə bir nəfər kimi ona nifrət hissi bəsləyirdi, çünki bu hərif onları bir heç sayırdı.

Vipo qətlə yetiriləndə kişilərin əksəriyyəti yasa batdı.

Bununla yanaşı, Viponun ölümü, ümumiyyətlə götürəndə, çoxlarını rahatlığa qovuşdurdu, çünki onun kimi qəliz birisi gecələr başqalarının şirin yuxusuna ancaq haram qata bilərdi.

facebook.com/azadyasharofficial

# 5370 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #