Elmlər doktoru Nuridə Atəşiyə rəy verdi

Elmlər doktoru Nuridə Atəşiyə rəy verdi
5 dekabr 2013
# 12:20

Abid Tahirli, filologiya elmləri doktoru

Nuridə Atəşinin avtobioqrafik səpkidə, isti-isti, yatağını yığışdırmadan qələmə aldığı və «Kulis»də verilən şeirinin təsirsiz ötüşdüyünü söyləsəm, yalan olar. Kədərləndim, lakin duyğularımın bir poeziya nümunəsinin təsir gücü, qüdrəti ilə qətiyyən əlaqəsi yox idi, çünki bu əsər həmin keyfiyyətlərdən çox uzaqdır. Təsirləndim, lakin bu hisslərimin şairənin təsvir etdiyi «bütün gecələr əzablar içində qıvrılan, əzilən, şəhvətli, çılğın, daha atəşli vücudundan», “o gözəl, şux, daşı yaran döşlərindən», yaxud yerli-yersiz «ah-uf»larla dolu misraları ilə bağlılığı da yox idi, çünki yalançı sentimentalizm və zorən emosionallıq yaratmaq cəhdi o qədər üzdədir ki, şairənin səmimi olmadığı qabarıq və aşkar görünür. Məşədi İbad məclisindəki sual olmasın, bəs məni təsirləndirən nə olmuşdu?!

- insanın – indiki halda şairənin öz-özünü aldatması, öz faciəsini qələbə kimi yozması, yazması və onun oxucuya şedevr kimi sırınması cəhdi məni məyus etmişdi;

- bir alman ailəsinin iblis cildinə girmiş qadın tərəfindən dağıdılması məni təəssüfləndirdi;

- uca, ülvi dediyimiz məhəbbətin çirkin niyyət və yataqla murdarlanması, məhdudlaşdırılması, eyniləşdirilməsi məni üzdü;

- «ürəksiz, duyğusuz, eqoist, zalım» alman qadını Antiya, əslində, şairədən çox-çox yüksəkdə durur, zatən o, qüruru, səmimiliyi, təmizliyi ilə şər-şairə üzərində qələbə çalır. O, özünə dəyər verir, mənliyi var, şəxsiyyətinə hörmət edir. Sizcə, məğlub pişik kimi qabaqdan qalanı və ya qabın dibini yalayandır, yoxsa ailə dəyərini uca tutan?

- XX əsrin əvvəllərində M.Ə.Sabir bir para intelligentləri (bu sıraya onların bəzi xələflərini də biz əlavə edək) nəzərdə tutaraq istehza ilə yazırdı: «Neyləyirik, Fatma-Tükəzbanları, Annaları, Sonyaları yanlarıq». İndi-XXI əsrin əvvəllərində Nuridə Atəşi tam ciddiyyəti ilə Herbertləri təcəssüm və tərənnüm edir. Bərəkallah!

- sənətkarlıq, üslub baxımdan yararsız və poemadan da irihəcmli misra yığıntısının məzmununu cəmi bir cümlə ilə ifadə etmək olar: bir qadın öz hisslərini cilovlaya bilmir və bir ailəni dağıdır və bununla da tərcümeyi-halının, taleyinin ən ləkəli səhifəsini yazır, bəla burasındadır ki, bu əzazil və qeyri-insani hərəkəti ilə qürurlanır, təsəlli tapır və onu «Qafqaz cəngavəri»nin qələbəsi sanır. Təəssüf.

- şeirin bir bədii nümunə kimi dəyərsiz olduğu göz qabağındadır. Bəs ideyası, əhəmiyyəti necə? Əlbəttə, mən bunu «herbertizmə» çağırış, «ailə dağıtmağın ləzzətini dadmağa şirnikləndirmə» də hesab etmirəm. Lakin bu şeirin bir qadına-şairə nə qürbətdə, nə də Vətəndə başucalığı gətirmədiyi və gətirməyəcəyi də şübhəsizdir.

# 3393 dəfə oxunub

Oxşar xəbərlər

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər