Dostları ilə yatmaq olar, xaricilərlə yox

Dostları ilə yatmaq olar, xaricilərlə yox
5 iyul 2013
# 10:41

Anais Nin (1903-1977)

Daha çox özünün erotik gündəlikləri ,romanları ilə məşhur olan Fransa yazıçısı.

Şəhvəti qamçılayan kəmər

Bir səhər Qrinviç-villicdəki bir studiyadan dəvət aldım… Soyadı Millard olan bir heykəltəraşın studiyasından… Yonduğu heykəlin qaba qəlibini çıxarıbmış və artıq canlı naturayla - modellə işləməyə gərək duyurmuş. Heykəlin əynindəki paltar qadın əndamının bütün məhrəm cizgilərini və qabarıq qisimlərini tam çılpaqlığıyla büruzə verirdi…

Məndən lüt anadangəlmə soyunmamı istədi… Bütün diqqəti yonduğu heykələ elə kilidlənmişdi ki, vaxtaşırı baxsa da, məni heç görmürdü sanki. Buna görə də çəkinib-eləmədən soyunub, gərəkli pozanı aldım… O vaxtlar hələ çox məsum idim mən… Ancaq Millard öz işinə necə köklənmişdisə, qarşısında bütünlüklə çılpaq əndamımı deyil, sadəcə üzümü görürdü.

İşlədiyi müddətcə Millard ara vermədən nələrsə danışdı mənə… Monparnasla bağlı xatirələrini paylaşdı. Bunu niyə – xəyalımı qanadlandırmaq üçün, yoxsa sırf başımı qatmaq üçün – etdiyini, düzü, heç anlamadım. Qarşısındakı kətana fırça toxunuşları sayəsində rəssam bütöv bir mənzərəni necə yarada bilirsə, o da sözlərin köməyi ilə Monparnası mənim gözlərim önündə eləcə canlandırdı.

İstəyirsinizsə, mənə danışdığı hekayətlərdən birini sizinlə də bölüşüm.

Sən demə, çağdaşımız olan rəssamlardan birinin arvadı nimfoman imiş. Sadə dillə desək, erkək azarlısı. Çöhrəsi kağız kimi bəyaz olan bu xanımın kömür rəngli gözləri daim alışıb-yanırdı. Göz qapaqlarını həmişə yaşıl rəngə boyayırdı o. Dolaşan bəzi şayiələrə görə isə, vərəm mübtəlası idi.

Gözəl biçimli və dolğun bir əndamı vardı qadının… Adətən geyindiyi qara rəngli sətin paltarlar şux bədəninin bütün detallarını nəzərə çarpdırardı. Beli o qədər incə idi ki, onu qucanın işarət barmaqları bir-birinə toxunardı. Dolğun əndamının alt və üst qisimləriylə təzad təşkil edən bu incə belinə o, adətən on beş santimetr enində və üzəri qiymətli daşlarla bəzənmiş gümüş kəmər taxardı. Bu kəməriylə qadın ona baxanları hayıl-mayıl edirdi sanki… Qədimdə qullara taxılan ağır qandalları xatırladırdı bir az. Əslinə qalanda hər hansı qadın bir kölədən, cariyədən çox da fərqlənmir. Bu qadın da öz şəhvət hissinin köləsi idi… Onu ilk dəfə görən kişilərin ağlından keçirdi ki, gümüş kəmərindən yapışıb, bu dilbəri özlərinə sarı çəksələr, qadın hazır şikar kimi hoppadan onların qoynuna düşəcək.

Klini muzeyinin eksponatları arasındakı orta əsrlərə aid bəkarət kəmərlərini xatırladırdı adama bu kəmər… Səlib yürüşlərinə yollanan cəngavərlər öz nəsillərinin saflığını naməhrəmlərdən qorumaq üçün xanımlarının belinə bu cür enli və əsasən qasıq qismini qapayan kəmərlər taxırmışlar. Əvvəlcə bu rəssamın gözəl xanımını, sonra isə belindəki kəməri görən kişilərin ağlına bəkarət kəməriylə bağlı məşhur bir lətifə düşürdü adətən… Arvadına bəkarət kəməri taxan və hər ehtimala qarşı kəmərin açarını ən yaxın dostuna etibar edən sadəlövh cəngavərdən bəhs lətifə var ey… bax, onu deyirəm… Zavallı cəngavər evindən heç bir-iki kilometr aralanmamış görür ki, arxasınca gələn bir atlı tozu-dumana qatıb. Bir hovur durub, onun öz bərabərinə yetişməsini gözləyir. Məlum olur ki, gələn həmin dostudur və açarı göstərib deyir: «Mənə başqa açar veribsənmiş…»

Luizanın kəmərinə gözü sataşanların da beynində yalnız bu cür şəhvət qığılcımları qopurdu. Səki boyunca sıralanan qəhvəxanalardan birinə girib, atəşin baxışlarla bütün masaları süzər, kiminsə ona: «Gəl, mənimlə otur» deməsini umardı adətən. Bundan anlaşılardı ki, növbəti şikar üçün ova çıxıb…

Əri də onun bu əməllərindən xəbərdar idi, əlbəttə… Bundan bixəbər qalması üçün ya kor, ya kar, ya da həm kor, həm kar olmalıydı. Məğmun bir kişiydi Luizanın əri… Arvadını qəhvəxanalarda, otel nömrələrində güdməkdən, izləməkdən lap cana yığılmışdı zavallı…

Luiza isə öz matahlarını hamıya eyni şəkildə paylamağa qərarlıydı sanki. Gününü qəhvəxanalarda keçirən kişilər bunu təqdir etdikləri üçün qadının ərinə hər dəfə yanlış ünvanı nişan verməklə, bu ayağısürüşkən qadının iş başında yaxalanmasına mane olur, sonra isə bir şəkildə Luizaya xəbər yollayırdılar ki, bəs ərin səni qarabaqara axtarır.

Zavallı kişi artıq o dərəcədə açarını itirmişdi ki, öz yaxın dostlarının ayaqlarına qapanmağa hazır idi, təki Luiza ilə onlar yatsınlar, arvadı yadlarla ona buynuz taxmasın.

Bunun səbəbi Luizanın ərinin gəlmələrdən möhkəm qorxmasıydı. Cənubi amerikalılar başda olmaqla, zəncilərin və kubalıların şəhvət hissinin çox güclü olduğu haradansa qulağına çatmışdı… Bunlardan birinin yatağına girəcək olarsa, arvadının bir daha əsla evə dönməyəcəyindən tam əmin idi kişi. Qəlbinin dərinliyində cücərən bu qorxu durmadan içini gəmirirdi.

Ərinin bütün dostlarıyla sevişən Luiza, ən nəhayət, kişinin qorxulu röyası olan o gəlmələrdən biri ilə tapışdı. Bu kubalı kişi çox yaraşıqlı, boy-buxunlu və əsmər idi, qəddi-qaməti sanki incə bir qələmlə çəkilmişdi, üstəlik də, kübar birinə bənzəyirdi… «Dome» qəhvəxanasında vaxt keçirər, pusquya yatıb, toruna zövqünə bab bir «ceyran» düşməsini gözləyərdi.

Tapdığı şikarla iki-üç günlüyə bir otel nömrəsinə qapanar, şəhvət duyğusunu tam söndürənə qədər o cananla vaxt öldürərdi. Bu kubalı cavanın həyat fəlsəfəsi çox qəribə idi: ovladığı qadınla həmin iki-üç günü elə çılğınca, elə doyumlu keçirməliydi ki, bu eşq-məşqdən sonra nə özü bu qadının üzünü görmək istəsin, nə də qadın bunun üzünü.

İlanı yuvasından çıxaran şirin dilə malik bu kubalı həm də misilsiz freskalar (divar rəsmləri – A.Y.) yaradan rəssam idi. Ağzını açanda dilindən bal damlayırdı, freskalar çəkərkən isə fırçasının ucundan istedad…

Sözü uzatmayaq. Luiza ilə kubalının baxışları rastlaşan kimi bunlar tək kəlmə kəsmədən əl-ələ tutub, otelə yollandılar. Luizanın qənirsiz bəyaz dərisi, dolğun məmələri, incə-mincə beli, kəmərinə qədər düşən sapsarı, şumal saçları elə ilk baxışdan Antonionu ovsunlamışdı… Antonionun əzələli bədəni, özündənrazı və ağır hərəkətləri isə qadının könlünə yatmışdı. Bu üzdən çöhrəsi elə hey gülürdü, ətrafındakı hər şeylə bu könülxoşluğunu paylaşmağa hazır idi…

Antonio hər hərəkətiylə Luizaya: «Bizim üçün nə dünən var, nə də sabah… Yalnız sənlə mən varam, bir də bizim cinsi birliyimiz» - deyirdi sanki…

Otel nömrəsinin qapısı arxalarınca qapanan kimi Luiza birbaşa bürünc başlığı olan geniş çarpayıya tərəf yönəldi… və durub, gözlədi. Antonio ona: «Kəmərini çıxartma» - dedi. Sonra çılğıncasına qadına tərəf getdi, onun əynindəki paltarları qəzet kağızı kimi asanlıqla cırıb, tökdü. Budur, Luizanın gözoxşayan vücudu Antonionun güclü əlləriylə o yırtılıb, tikə-tikə olan paltarların həbsindən qurtuldu. Belindəki o gümüş kəməri saymasaq, tamamilə çılpaq idi qadın. Antonionun təmaslarından onun bədəni titrəyirdi, içindəki ehtirasın gücündən qadın az qalırdı bayıla.

Sonra Antonio Luizanın saçındakı toqqanı açdı və… o saman saçların şəlalə kimi çiyinlərə tökülüşünü heyranlıqla seyr eylədi. Bunun ardınca qadını kürəyi üstə yatağa yıxdı… Əlləriylə zərif tənini oxşadığı vaxt məşuqəsinin dodaqlarını da əmməyindən qalmırdı. Varlığını bürüyən ehtirasdan qadın inildəyir, oynaşının üstünə çıxmağa can atırdı… Antonionun paltarlarını çıxartması üçün o, gah bu, gah digər tərəfə əyilirdi. Antonio onu sakitləşdirməyə çalışırdı: «Zamanımız çoxdur hələ. Tələsməyə nə hacət var?! Bu otaq bizimkidir… İkimizin də gen-bol doyması üçün vaxt taparıq… Sən heç rahatsız olma…»

O, Luizanın üstündən qalxıb, təmkinlə əyin-başını soyundu. Qarabuğdayı vücudu istənilən qadının içini tərpədəcək qədər qüsursuz idi. Odur ki, səbri daralan Luiza Antonionu öz ağuşuna çəkdi. Ancaq kişi hələ ki təmkinini qoruyurdu və görünür, niyə belə etdiyini də yaxşı bilirdi. Əllərini gah nəvazişlə, gah da yırtıcılara xas qabalıqla gəzdirirdi qadının tənində. Ötən dəqiqələr boyu o, bir kərə də qadının ən məhrəm yerinə toxunmağa qıymadı. Bunun intizarıyla alışıb-yanan Luizanın lap gözü dönmüşdü. İnildəyərək: «Alsana məni» deyirdi ona. Ancaq Antonio bu yalvarışları qulaqardına vururdu. O məhrəm yer dışında hər tərəfini oxşayırdı qadının.

Artıq Luizanın bətni yanğın düşən meşəni xatırladırdı, tamamilə atəşə bürünmüşdü. «Ağlımı itirəcəyəm, vallah. Belə getsə, dəli olacağam mən» - deyə düşünürdü, ağlı bir gedib, bir gəlirdi, durmadan inləyirdi. Boşalmaq üçün Luizanın əl atdığı hər cəhdi, fəndi nədənsə Antonio boşa çıxartmaqdaydı. Luiza hər qıvrılanda, hər qımıldayanda isə belindəki gümüş kəmər, eynilə bir qulun ayağına taxılan qandal kimi, şaqqıldayırdı. Doğrudan da, indi Luiza bir quldan zərrəcə fərqlənmirdi. Bu əsmər bədənli, boy-buxunlu cavanın quluydu o… Artıq onun şəhvətinin, ehtirasının da cilovu Antonionun əlinə keçmişdi… Luiza anlamışdı ki, Antonio istəməzsə, umduğu şirin vüsala daim tamarzı qalacaq.

Gərginlikdən sustaldı qadın. Ehtiras alovuna bürünmüş əndamı gərilmiş yay misalı boşaldı və bədəni süst düşdü. Bütün əzaları pambıq kimi yumşaq idi.

Ancaq Antonio hələlik işini bitmiş saymırdı. Luizanı köləyə çevirsə də, sən demə, öz missiyasına hələ təzə-təzə başlayırmış. Təkrar qadının vücudunda gəzən, dolaşan əlləri əvvəlkindən daha azğın, daha həyəcanlı təsir bağışladı.

Luiza isə indiyədək heç dadmadığı bir həzz yaşamışdı bu gün. Adətən vücudunun üst qatlarını yaxıb-qovuran həyəcan ilk dəfə onun bütün varlığını bürümüşdü. O ağla almaz dərinliklərdə yanıb, şölələnən yanğı və azar… cəhənnəm tonqalı qədər yaxıcıydı artıq. Bu iç yanğısının nə vaxt aşkar atəşə dönəcəyinə isə Antonio təkbaşına qərar verəcəkdi. Aşiqlə məşuq arasında bununla bağlı razılıq bircə kəlmə də kəsilmədən əldə olunmuşdu…

Bu yerdə kişi Luizanın yançaqlarından yapışaraq, öz qasığını onunkuna dirədi. İlk dəfə bu vaxt birləşdi sevişənlər. Luizadan hər dəfə yanıqlı inilti qopanda Antonio ondan aralanırdı və oynaşın əlləri təkrar qadının əndamında gəzişməyə başlayırdı. Sanki bu yolla o, bir mənada Luizadan öz erkəklik gücünü əsirgəyirdi, qadını eşiyinə gəldiyi həzdən məhrum edirdi.

Sonra Antonio arxası üstə yatağa uzandı, Luizanı isə üstünə aldı. İntizar dolu saniyələr, dəqiqələr keçdikcə, Luiza az qalırdı ağlından olsun. Qəflətən kobud bir hərəkətlə o, Luizanı üzərindən atdı və qadın yataqdan döşəməyə yumbalandı.

Antonio ona: «Dizin-dizin iməklə» deyə buyurdu. Luizanın çiyinlərindən aşağı düşən uzun sarı saçlarının ucu az qala döşəməyə dəyirdi. Otaqda divarların dibiylə iməklədiyi vaxt belindəki gümüş kəmər qadının incə belini öz ağırlığıyla aşağıya doğru dartmaqdaydı. Antonio Luizaya məhz bu duruşda ikən yiyələndi. Sonra qucağına alıb, yatağa apardı qadını.

Artıq kişinin hərəkətlərində heç bir nəvaziş-filan sezilmirdi. İkisinin də bədənini əsməcə bürümüşdü. Qəfildən Luiza titrədi və özündən getməyə başladı. O ara qırtlağından şikayət dolu bir inilti qopdu. Sustalan qolları, ayaqları və başı yanlara düşdü. İçin-için ağlamağa başladı. Bayaq elə şiddətlə və indiyədək görünməmiş şəkildə boşalmışdı ki, az qala ağlını itirəcəkdi.

Bədəninə belə ustalıqla yiyələndiyi üçün bilmirdi Antonioya acığı tutsun, yoxsa ona təşəkkür eləsin. Luiza onun üzünə baxdı. Kubalı məşuqu gülümsəyirdi.

Az sonra təngnəfəslikləri keçib getdi. Yanaşı uzanıb, sabaha qədər körpələr kimi mışıl-mışıl yatdılar.

https://www.facebook.com/azadyasharofficial

# 2971 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #