Şirməmməd Hüseynov Tərcümə Mərkəzində olub

Şirməmməd Hüseynov Tərcümə Mərkəzində olub
8 aprel 2015
# 16:37

Aprelin 7-də Tərcümə Mərkəzin direktoru A.Məsud və bir qrup əməkdaşı Bakı Dövlət Universitetinin professoru, görkəmli tədqiqatçı-alim Şirməmməd Hüseynovla görüşüb.

A.Məsud qonağı salamlayaraq, Mərkəzin yarandığı gündən Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən danışıb: «Mərkəz Qarabağ həqiqətləri, erməni vəhşilikləri, ermənilər tərəfindən törədilən tarixi qətliamlarla bağlı sənədli məlumatları, oçerk və məqalələri həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti, həmçinin, 8 dildə yayımlanan rəsmi saytı vasitəsilə ictimailəşdirilməsi istiqamətində mühüm işlər görür. Bununla yanaşı, Mərkəzdə Azərbaycanın tarixi əraziləri, etnogenezi, Qarabağın tarixi, erməni qəsbkarlığı ilə bağlı bu vaxta qədər işıq üzü görməyən müfəssəl məlumatlı mətn və materialların, tarixi sənədlərin toplanması, kitab, toplu şəklində dünya dillərinə tərcümə olunması prosesinə hazırlıq işləri də gedir. Yəni, artıq əlimizdə olan materiallar arxivləşdirilir, tərcümə mərhələsinə çatdırılır».

Direktor, həmçinin bu vaxta qədər ölkə ictimaiyyəti, ayrı-ayrı alimlər və tarixçilər tərəfindən kifayət qədər işlər görülsə də, problemlə bağlı dünya ictimaiyyətindən gözlənilən nəticənin hələ də əldə olunmadığı barədə danışaraq, bu istiqamətdə daha təsirli və işlək vasitələrin aranıb-axtarılmasının vacibliyini vurğulayıb.

Ş.Hüseynov ən dəqiq tarixi həqiqətlərin hansı mənbələrdə aranıb-axtarılması, bu mənbələrlə necə işləmək barədə geniş məlumat verərək, min bir çətinliklə əldə olunan mənbələrin də, istər tərcümə edilərkən, istərsə də ana dilində nəşr olunarkən xətalarla tərtib olunduğu barədə danışıb: “Əvvəla bundan başlayaq ki, Azərbaycanda olan məlum mənbələrin çoxu səhv tədqiq olunur. Bunun da əsas səbəbi odur ki, tədqiqatçıların yol verdiyi yanlışlıqları redaktorlar düzəltmir. Tərcümə Mərkəzinin isə bütün bu işləri mükəmməl şəkildə, təhrifsiz, səhvsiz görməyə gücü və intellektual potensialı var. Məsələni düzgün qoyursunuz. Bu işlərə nədən başlamaq çox önəmlidir. İlk növbədə, mütləq əsas mənbələri tapmaq və onlarla işləmək lazımdır. Azərbaycanla bağlı həqiqətlər, real tarixi faktlarla zəngin mənbələr var. Biz o qiymətli mənbələri, o dəyərli inciləri tapa bilərik və onları, ermənilərə havadarlıq edən dövlətlərin dilinə tərcümə edib yaya bilərik. Bundan başqa, rus və ya başqa dillərdə olan mənbələr də Azərbaycan dilinə çevrilməlidir. Lakin Azərbaycan həqiqətlərini dünyaya çatdırmazdan əvvəl, dediyiniz həmin güclü təbliğat işi Azərbaycanın özündə aparılmalıdır. Vətəndaş həmrəyliyi, vətən və vətəndaşlıq hissi xalqa aşılanmalıdır”.

Görüşün sonunda Ş.Hüseynov uzun illərlə araşdırıb, əski əlifbadan çevirib tərtib etdiyi M.Ə.Rəsulzadənin əsərlərindən ibarət beşcildliyi Mərkəzin kitabxanasına hədiyyə edib.

# 1722 dəfə oxunub

Oxşar xəbərlər

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

15:00 29 aprel 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər