Arif Rəhimzadəyə ədəbiyyatın cavabı

Arif Rəhimzadəyə ədəbiyyatın cavabı
3 mart 2017
# 12:48

Bir dəfə Rafiq Tağı ilə söhbətimizdə əməlli-başlı mübahisəmiz düşmüşdü. Mən onda ədəbiyyatın milli köklər üzərində qurulduğunu söyləsəm də, Rafiq bəy bunun əskini iddia edir və bəşəri hislərin ədəbiyyat ərazisi olduğunu deyirdi.

İncəsənət insanın tənhalıq ərazisidir. Hamı öz mənsub olduğu xalqın, millətin dilində yazır və eyni zamanda onun dərdini ifadə edir. Ancaq yazdığı bəşəri duyğularla qələmə alınarsa... Rafiq Tağının demək istədiyi də bu idi.

Heç bir yazıçı milli kimliyinə görə kimdənsə üstün deyil. Lev Tolstoy rus olduğu üçün nəhəngdir? Ya Dostoyevski? Bu siyahıya Folkneri, Hemenqueyi, Selinceri də daxil etmək olar. Orxan Pamuk türk olduğu üçünmü bu gün ən öndə gedən yazarlardandır?

Milli kimlik sadəcə sənin doğulduğun coğrafiyanı ifadə edir. Sənin düşüncən isə bəşəri dəyərlərə söykənməlidir. “Mən türkəm, deməli şanslıyam” - demək doğru deyil. Burda “türk” yerinə istənilən milləti yazmaq olar. İncəsənət millət sərhədini aradan götürür və hüdudsuz bir ərazi ilə bizi baş-başa qoyur.

Sən sadəcə insansan. Öz səsin, xarakterin, düşüncən var. Doğulduğun yer isə sənin üçün Vətən olur. O Vətənin dilində danışırsan, yazırsan, öyrənirsən, eşidirsən. O Vətəndə ayaq döyən millətlə eyni dərdi paylaşırsan. Daşıdığın milli kimliyə görə kimdənsə üstün olduğunu nümayiş eləmirsən. Kimsə sənin millətini aşağılayanda da susmursan, cavab verirsən.

Ancaq burda bir incə məqam da var: dünyanın bütün əzilən insanlarının yanında olmalısan. Məhz incəsənətin dayandığı nöqtə buradır. Harda insan əzilirsə, öldürülürsə orda incəsənət ayağa duracaq, etiraz edəcək. İncəsənət üçün bircə millət var, o da insan. Tarkovski necə demişdi: “Dünya gözəl olsaydı, incəsənət olmazdı”.

Mən türkəm, Vətənim Azərbaycandır. Bu dildə yazıram və bu xalqın ruhunu, dərdini ifadə edirəm. Ancaq mərkəzdə insandır, bəşəri duyğulardır. İnsan hər şeydən irəlidir.

# 2246 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər