Cülyettanın sağ döşünün sirri

Cülyettanın sağ döşünün sirri
27 avqust 2013
# 10:46

Heykəllər təkcə tarixi şəxsiyyətlərin, siyasətçilərin, sərkərdələrin, şairlərin, yazıçıların deyil, bədii əsər qəhrəmanlarının şərəfinə də ucaldılır. Bu qəhrəmanlar bizim həyatımızı o qədər bəzəyib, özlərinin varlığı ilə bizim iç dünyamızı o qədər zənginləşdiriblər ki, buna görə onların şərəfinə abidə ucaltmaq həm də bir minnətdarlıq aktı olardı.

Kulis.Az dünyanın müxtəlif ölkələrində bədii qəhrəmanların şərəfinə ucaldılmış abidələri təqdim edir.

Hans Xristian Andersonun “Su pəris”si

Danimarka, Kopenhagen

“Su pərisi” heykəli uşaqların sevimlisi yazıçısı Hans Xristian Andersonun eyni adlı nağılının qəhrəmanının şərəfinə ucaldılıb. Abidə 23 avqust 1913-cü ildə Kopenhagendə qoyulub.

Yüz yaşı olan abidə sanki nağıl qəhrəmanının taleyini yaşayırmış kimi dəfələrlə müxtəlif xəsarətlərlə üzləşib; kimisi boyamaq, kimisi mişarlamaq, kimisi doğramaq, kimisi də partlatmaq istəyib.

Vəhşi qazların dostu Nils

İsveç, Stokholm

Bu heykəl Nobel mükafatı almış ilk qadın yazıçı Selma Laqerlefin “Nilsin vəhşi qazlarla səyahəti” nağıl-povestinin qəhrəmanı Nislin şərəfinə ucaldılıb. Heykəl rəsmi şəkildə “Aya baxan dəmir oğlan” adlansa da turistlər əmindirlər ki, bu xanım Laqerlefin əsərindəki həmin Nilsdir.

Heykəl dünyanın ən kiçik abidəsidir, heykəlin hündürlüyü 15 sm-dir. Qışda heykəlin başına şapka geyindirilir, boğazına şərf dolanır.

Belə bir inam var ki, kim Nilsin başına sığal çəkib, ovcuna qəpik qoysa arzusu yerinə yetər.

Ostap Bender

Rusiya, Sankt-Peterburq

Bu ad gənc nəslə o qədər tanış olmasa da yaşlı nəslin sevimli qəhrəmanlarından idi. İlya İlf və Yevqeni Petrofun “12 stul” və “Qızıl dana” əsərlərinin baş qəhrəmanı Ostap Bender özünün fırıldaqçılığı ilə dillərdə məşhurdur.

Belə bir inam var, kimin bir xatalı işi varsa, ya da imtahana gedəcəksə, Ostap Benderin burnuna əlini çəksə işi gətirər.

İgid əsgər Yozef Şveyk

Polşa, Sanok

Şveyk çex yazıçı Yaroslav Qaşekin satirik romanının baş qəhrəmanıdır. Ağıldan kəm olan Şveykin Birinci Dünya Müharibəsi zamanı başına gələnlərdən bəhs olunur.

Maraqlıdır ki, 2005-ci ilə kimi vətəni Çexiyada Şveykə heç bir abidə ucaldılmayıb. Bu abidə isə əsərdə Polşanın Sanok şəhərində baş verən hadisənin şərəfinə ucaldılıb.

Rəvayətə görə kim cəsur əsgər Şveykin burnuna əlini sürtərsə sevgidə uğur qazanar.

Cülyetta

İtaliya, Verona

Yəqin bilirsiniz ki, Uilyam Şekspirin qəhrəmanı Cülyetta ingiltərəli deyil, italiyalıdır. Elə abidə də onun şərəfinə doğma vətəni Veronada ucaldılıb.

Maraqlıdır ki, sevgilisi Romeonun cəmi bircə dəfə toxunduğu Cülyettaya burda hər il yüzlərlə insan toxunur. Belə ki, turistlər əllərini onun sağ döşünə toxundurmaqla bu “oxşama”ların onları sevgidə sədaqətli edəcəyinə inanırlar.

Şahzadə qız qurbağa

Rusiya, Kalininqrad vilayəti, Svetloqorsk şəhəri

Bu məşhur nağılı hələ bağçadan eşitmişik: “Biri var idi, biri yox idi. Şahın üç oğlu var idi...”

Ardınızı özünüz bilirsiniz. Şahın kiçik oğlu İvan Çareviçin oxu gölə düşür və o məcburən qurbağalar şahının qızı ilə evlənir.

Qurbağa heykəlinə toxunmaq isə ailəni möhkəmləndirirmiş. Ancaq qadınlar qurbağanın əlindəki oxa, kişilər isə taca toxunmalıdırlar.

Dartanyan

Hollandiya, Maastrixt

Aleksandr Dümanın adını dünyada bilməyən olmaz. Azərbaycan oxucusu onu həm də məşhur “Qafqaz gündəliyi”ndən sevir. Bu abidə isə onun özü qədər məşhur olan qəhrəmanı Dartanyanın prototipi Şarl Ojye de Bas de Kastelmorundu.

Kastelmor kral muşketyoru olaraq marşal rütbəsinə qədər yüksəlmişdi. 1673-cü ildə Maastrixt şəhəri yaxınlığında döyüşlərdə həlak olub. Heykəl 2003-cü ildə qoyulub.

Baron Münhauzen

Almaniya, Bodenverder

“Dünyanın ən dürüst adamı”nın şərəfinə ucaldılan bu abidə Rudolf Rapenin hekayələrindən birinə illüstrasiya kimi hazırlanıb. Abidə elə Karl Frdirix İeronimin doğulduğu şəhərdə ucaldılıb.

Belə deyirlər ki, əgər kimsə baronun atının qulaqlarına toxunsa çıxılmaz vəziyyətdən asanlıqla canını qurtarar.

Koroğlu abidəsi

Azərbaycan, Bakı

Koroğlu təkcə tarixi qəhrəman deyil, həm də dastan qəhrəmanıdı. Buna görə də bu abidəni ədəbiyyat qəhrəmanına ucaldılmış heykəl hesab etmək olar. Abidənin müəllifi Tokay Məmmədovdur.

Bəhram Gur

Azərbaycan, Bakı

Abidə Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının qəhrəmanı, Sasani hökmdarı Bəhram Gurun şərəfinə ucaldılmışdır. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir. Heykəli üç müəllif hazırlayıb - Albert Mustafayev, Qorxmaz SücəddinovAslan Rüstəmov.

# 4215 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #