Seyyida ilə keçən gecəm LAYİHƏ

Seyyida ilə keçən gecəm <span style="color:red;">LAYİHƏ
4 noyabr 2015
# 11:25

8 il bundan qabaq Vilnüsdə tanış olduğum Seyyidanı xatırlayıram.

Vilnüsun yay axşamlarında otelə getməyə həvəsim gəlmirdi.

Mərkəzi kilsənin, katedralın qarşısındakı parkda oturmuşdum.

Siqaret çəkirdim...

Cəmi bir il qabaq “Elektronik sevdalar” kitabım çıxmışdı, amma bircə dəfə də olsun öz kitabımı oxumamışdım.

Çantamdan kitabımı çıxardıb oxumağa başladım.

Hər şeiri oxuduqca bu şeiri yazdığım günləri xatırlayırdım, şeirin yazıldığı insanları anırdım, şeirə hopmuş anları yenidən yaşayırdım.

Kitabı bitirib siqaret yandırdım və öz-özümə dedim ki, nə yaxşı ki, şeir yazmağın daşını atmışam.

İşdən çıxan vilnüslülər evə getməyə tənbəllik edirdilər, qalstuklarını boşaldan oğlanlar çantalarını yelləyə-yellərə gəzirdilər.

Sevgilim çox uzaqdaydı və bu bizim ilk ayrılığımız idi.

İnternetə girib “Yeni Müsavat”ın saytına baxdım və sevgilimin şəklini qəzetdə gördüm.

Hansısa məhkəmədə təsadüfi kadra düşmüşdü.

Yanımdan sevgisi doğrular keçirdi və mən onun şəklinə baxırdım.

Bir qız yaxınlaşdı mənə, yanımda oturdu.

Geyimindən və hərəkətlərindən vilnüslüyə oxşamırdı, bir azdan özü də dedi bunu.

Rus dilini heç bilmirdi, ingilis dilini də o qədər yaxşı anlamırdı.

On səkkiz yaşı vardı, mənim isə 23 yaşım.

Vilnüsə bir-iki saat əvvəl gəlmişdi, rəfiqəsi ilə görüşməli idi.

Lakin rəfiqəsinin telefonu cavab vermirdi.

Dedi, gedək bir az gəzək. Gedib, gəzdik.

Sonra mən dedim ki, gedək qəhvə içək.

İçdik.

Amma üzündən narahatlıq əskik olmurdu, iki dəqiqədən bir telefonunun ekranına baxır, tez-tez də zəng vururdu.

Kafedən çıxıb gəzə-gəzə Neris çayının kənarına çıxdıq.

Seyyida halı çox pisləşmişdi, daha özündə deyildi.

Körpünün üstündə addımlamağa başladıq.

Qəfildən mənə dönüb “Give me my alone, please” (Lütfən, mənə tənhalığımı ver) dedi.

Və körpünün məhəccərinə söykəndi.

Neris çayına baxdı uzun-uzun.

Biradamlıq intihar tamaşasıydı sanki.

Saniyənin onda biri qədər zaman vardı.

Onu qucaqladım.

Üzümə baxdı ağrıyla, gözlərində dünyanın əzabı vardı.

Yadıma Remarkın “Zəfər tağı” romanında Ravikin portuqal sevgilisi ilə almanca danışmağı düşdü.

Və başladım onunla Azərbaycan dilində danışmağa, misralar deməyə.

Seyyida məni möhkəm-möhkəm qucaqladı.

Başımı çiyninə qoydu.

Mən elə danışırdım, danışdıqlarımın bircə kəlməsi də yadımda qalmayıb.

Sonra əl-ələ tutub şəhərə qayıtdıq.

Balaca bir pivəxanada oturduq.

Mən iri parçda, o isə kiçik stəkanda pivə içdi.

Saat 3-ə gəlirdi.

Qəfildən Seyyidanın telefonu “Give me my alone” mahnısıyla diksindi.

Ofisiantın bizim üçün çağırdığı taksiyə mindik, yolda Seyyida düşdü.

Mən isə otelə qayıtdım.

# 2337 dəfə oxunub

Oxşar xəbərlər

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər