Cənab Söz

Cənab Söz
26 fevral 2014
# 15:01

"Söz ta əzəldən varıdı. Sözü Allah, Allahı Söz yaratdı..." (İncil)

Bu gün ədəbi məkanımızı bürüyən savadlı, səliqəli, lakin ədəbi-bədii cəhətdən qidasız, cansız və ruhsuz mətnlər bolluğunda itirilməkdə olan Həqiqi Azərbaycan Ədəbiyyatını üzə çıxarmağın, “həqiqi olanı” , “oxşardan” seçib ayırmağın bir yolu da, yaranan və yaranmaqda olan nadir ədəbi incilərin, yeni formatlarda və müstəvilərdə təqdim olunmasıdır. Şeirə gəlincə, düşünürəm, hər biri, ayrı-ayrılıqda samballı ədəbi tutum daşıyıcısı olan bu kiçik poetik nümunələr, bütöv qəzet səhifələrini tutan ənənəvi şeir silsilələri, yaxud, “kitab bolluğu” sindromunda azdırılmış cildlərlə yox, bir-bir, tək-tək nəşr edilməlidir. Burda əsas məqsəd – Bədii Fikrin, Sözün, yazıldığı dərəcədə mənimsənilməsinə imkan yaradılması, “yazılanın” – yazıldığı, baş aldığı Məqamın mənzərəsində, yarandığı həmin İlahi Tənhalıqda təqdim edilməsidir.

Yazıb yaratdıqlarını nəşr etməklə arası olmayan, Allaha olan sevgi, ağrılar və durulmalar dolu şeirlərini, təbi gəldikcə, xeyir-şərdə dost-tanışına sədəqə paylayan şair Zakir Fəxrinin poeziyası da, bu gün həmin o itirilib-axtarılan Həqiqi Ədəbiyyatlardandır.

Afaq Məsud

Zakir Fəxri

Axirət

Bir səhər yuxudan durarsan, qardaş...

bilməzsən səhərdi, ya axşamçağı

Axar suların da, yolu dəyişib

Görərsən əriyib Himalay dağı

Yolların da sağı, solu dəyişib,

Suların altında qalıb qəbirlər

Sular da, qəbrinin üstündən axır

Ruhun da, göylərdən qəbrinə baxır.

Baxarsan, elə hey gözün axtarar

Amma görərsən ki, nə bir can qalıb

Nə bəla, nə xəta, nə də qan qalıb...

Sular da ovulub, əriyib hər şey

Nə səs, nə bir səda

Kiriyib hər şey...

Daşlar ağac olub, ağaclar da daş

Sən özün özündə batmısan, qardaş...

Nə nar ağacları, nə əncir, üzüm

Nə alma, nə püstə, nə badam qalıb.

Dünyanı su basıb

Dünya bir ada...

Bu kiçik adada tək Adəm qalıb.

Adanın köksündə sevgi çatları

Nə Həvva görünür, nə övladları...

Tabut

Alışdım tək daşımağa

Çiynimdə yük daşımağa

Yer yox bir tük daşımağa

Çiynimdə tabut gəzirəm.

Dolaşıram dağı-daşı,

Nə zər, nə yaqut gəzirəm

Düyün-düyün yollarımı

Aça-aça oxuyan bir

kökdən düşmüş ud gəzirəm.

Gəzirəm dörd bir tərəfi,

Bilmirəm yolum haradı?

Çəkir məni sirr tərəfi

Ölümü gördüm, deyəsən...

Görəsən olum haradı?..

Suyuna dodaq dəyməmiş

Köksünə ayaq dəyməmiş

Sinəsinə ox dəyməmiş

Gözdən uzaq yurd gəzirəm

Çiynimdə tabut gəzirəm.

Dörd yana meydan sulayan

Səsi ruhumu dalayan

“Axirət” deyib ulayan

yalqız qalmış qurd gəzirəm

Çiynimdə tabut gəzirəm.

Balalar göyçək doğulur

Gül doğulur balalar

Torpaqdan altun doğulur

Daşlardan yaqut doğulur

Nədənsə, şair doğulan

Çiynində tabut doğulur.

Çox göynətdi ürək məni

Dərdsiz ürəyə qurd düşər.

Silkələmə fələk, məni

Çiynimdəki tabut düşər.

525.az

# 2409 dəfə oxunub

Oxşar xəbərlər

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

13:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər