..Eyni gündə də öldülər – HEKAYƏ
14 iyun 2011
10:11
Nə tərcümeyi-halın dekorativ bəzəyi, nə talenin təsadüfi istəyi, nə də elə yerindəcə ata-ana-iki övlad, üstəlik bir nənənin də həyatına son qoyan bir yol qəzası, sadəcə, həyat xarabalığında və məhəbbət, sadiqlik qarşıdurmasında çox nadir hallarda rast gəlinən fundamental və sirli qanunun həyata keçməsi... Bu doğru, pak və ədalətlidir – otuz illik təcrübəyə malik həkim-kardioloq Lyubov Alekseyevna Qolubeva baş vermiş hadisə haqqında düşünürdü... Şöbədə üç həftə idi ki, tam ağarmamış yumşaq saçlı, ipli eynək taxan, dama-dama xələt geyinən Perlovskaya Alla Arkadyevna yatırdı. Onun əri – Alla Arkadyevnadan fərqli olaraq kök bir qoca, xırda sifəti, keçəl, dəlisov bir təbəssümü olan Roman Borisoviç əvvəlcə reanimasiyanın qapısı ağzında saatlarla otururdu, Alla Arkadyevna palataya keçirildikdən sonra isə o, görüş saatı üçün ayrılmış vaxtın heç bir dəqiqəsini də hədər vermir, xırda bankalarla doldurulmuş torbacığını da gətirirdi. Elə buradaca, xəstəxana tumbasının üstündə, arvadının yanında olarkən yeyirdi. Onlar sakit-sakit danışırdılar, səsləri heç eşidilmirdi, bir-birinin düz gözünün içinə baxıb gülən simaları isə lap səssiz idi. Qonşu yataqlarda yatan qadınlar da gülüşürdülər. Kişinin gətidiyi ərzağın elə buradaca çox hissəsini özünün yeməsi onlara gülməli görünürdü. Onlar başa düşə bilmirdilər ki, kişi ac idi, o, arvadı olmadan tək-tənha yemək yeyə bilmirdi.
Onların məzəli şlyapasını ehtiras və lovğalıqla başında gəzdirən özündənrazı gözəl qızı isə Lyubov Alekseyevnanın yanına üç dəfə gəlmişdi. Elə-belə adam deyildi. Məktəb müdiri idi və Lyubov Alekseyevnanın nəvəsi onun məktəbində oxuyurdu. O, müalicənin gedişatı ilə maraqlanırdı. Anası infarkt keçirmişdi və indi sağalmağa doğru gedirdi.
Alla Arkadyevna gözlənilməz öldü, xəstəxanadan çıxacağı günün gecəsi. O, yuxu arteriyasının trombozundan keçindi. Bunun onun əsas xəstəliyinə aidiyyatı yox idi. Şöbə elə də böyük deyildi. Əsas işçilər bir on nəfərdən ibarət olardı, onların öz qayda-qanunları var idi. Mərhum Androsovun qoyduğu bu əyilməz qaydalara yeni gələnlər ya elə o dəqiqə uyğunlaşır və düz pensiyaya çıxanadək burada işləyir, ya da tələblərin ağırlığına tab gətirməyib işdən çıxırdılar. Kardioloji şöbənin həyatında elə də nadir olmayan ölüm halları da işçilər tərəfindən peşəkar şəkildə qarşılansa da, androsovsayağı olaraq, ölən adama hörmət və qohumlarına canıyananlıqla müşaiyət olunurdu. Burada belə idi.
Beləliklə, Alla Arkadyevna təkcə: “Romacan”, - deyib elə qəfil öldü ki, nöbvətçi həkim ona sağkən toxunmağı belə çatdırmadı. Hələ on dəqiqəliyə qədər Lyubov Alekseyevnaya bu haqda birinci xadimə Varya danışdı. O, az qala doğulduğu gündən bu şöbədə işləyirdi, odur ki, hər künc-bucağı, hər it-pişiyi tanıyırdı, bu şöbə onun doğma evinə çevrilmişdi. Özü yaraşıqsız idi, üzünün yarısını anadangəlmə bir ləkə tuturdu, imanını yenicə deyil, köhnənin dindarı idi. Onun həyatda özünəməxsus bir rolu var idi. Lyubov Alekseyevna da bundan xəbərdar idi. Varya xəstəxanada ölənlər üçün ölüm duası yazılmış vərəqələr verirdi, lap əvvəllər isə meyitin üstündə də ölüm duası oxunmasını təşkil edirdi.
Yeni nəşi artıq meyitxanaya sonuncu görüşə – patoloqoanatomun yanına aparmışdılar. Varya yeni çarpayı saldı və baş tibb bacısı zəng edirdi ki, bu haqda xəbər versin. Onların şöbəsinə növbəyə dayananlar vardı.
Ziyarətçilər isə saat on birin olmasını gözləyirdilər ki, mühafizəçi qapıları onların üzünə açsın. Roman Borisoviç əlindəki torbanı skamyanın üstünə qoydu və onun içindən artıq üçüncü həftədir istifadə etdiyi bir kərə istifadə üçün nəzərdə tutulmuş iki mavi rəngli sintetik bahil çıxardı. Əyildi ki, onları ayağına keçirsin və üzü üstə yerə düşdü.
Qızlarına səhər saat doqquzda zəng edib anasının ölümü barədə demişdilər. O, xahiş etmişdi ki, atasına zəng etməsinlər. Hazırlaşıb onun evinə yollandı ki, atası bu dəhşətli xəbəri yad adamdan, telefonla eşitməsin. Amma atası evdə olmadı, o, evdən həmişəkindən daha əvvəl çıxmışdı. Belə olduqda, qızı xəstəxanaya getdi. Amma məsafə çox böyük idi – Moskvanın bu başından o biri başına, üstəlik səhər tıxacları. Ona görə də qızı bir az gecikdi, on ikinin yarısına yetişdi. Atası meyitxanada idi, ölümündən xəbər tutmağa çatmadığı sevimli arvadının yanında.
Sarsılmış qız Lyubov Aleyseyevnanın otağında oturub elə hey təkrar edirdi: eyni gündə, eyni gündə...
Lyubov Alekseyevna xahiş etdi ki, çay gətirsinlər. Bu an qız üçün bu həkim xanımdan yaxın heç kəs yox idi. O, qardaşı ilə birlikdə bir il əvvəl valideynlərinin qızıl toyları münasibətilə təşkil etdikləri tədbir haqqında mırıldayırdı. Ata-anası cavanlıqda çox yaraşıqlı idilər, sonradan isə onlar getdikcə kiçilirdilər, büzüşürdülər, sevgiləri isə... Sevgiləri isə ancaq böyüyürdü. Atacan hər zaman bir az məzəli olub, amma cəngavər idi! Əsl cəngavər! O, bütün qadınlara hörmətlə yanaşırdı, özü də hansısa başqa bir səbəbdən deyil, yalnız ondan ötrü ki, onlar sanki onun Alloçkasına qohum düşürdülər... Onlar evlənəndə hər ikisi də bakirə idi. Heç vaxt da kənara baxmadılar, bax belə, Lyubov Alekseyevna... Eyni gündə də öldülər... Bir-birinin ölümündən də xəbər tutmadılar...
Lyubov Alekseyevna dəfn mərasiminə getdi. Ər-arvad elə də yaşlı deyildilər – qadının yetmiş iki, kişinin isə yetmiş dörd yaşı vardı. Bəlkə də lap qocalanadək yaşaya bilərdilər. Onları yayın son işıqlı günlərinin birində eyni məzarda basdırırdılar. Səhərə yaxın leysan yağış yağmışdı, ona görə də indi yerdən buxar çıxırdı, havada isə günəş şüalarının qarşısını alan yüngül duman vardı.
Eyni gündə baş vermiş iki ölümə mat qalan adamların hamısı: qohum-əqrəba, ölənlərin qırx il yaşadığı binadakı qonşuları, iş yoldaşları olan mühasiblər burada idilər. Hamısı sarsılmış və qəribə şəkildə həyacanlı idilər. Qeyri-adi bir dəfn mərasimi idi. Bayram və qalibiyyət çalarları var idi sanki bu mərasimin ruhunda...
Ər-arvad eyni cür tabutlarda yanaşı qoyulmuşdular, Roman Borisoviçin başı isə sanki azacıq arvadına tərəf dönmüşdü... Qızları əri ilə birlikdə idi, oğulları da arvadı ilə, hər cütlüyün yanında da bir oğlan, bir qız uşağı var idi. Rəngarəng astra çiçəkləri isə o qədər çox idi ki, elə bil, digər çiçəklərin mövcudluğu adamların heç yadına düşməmişdi. Onlar yumşaq, ucu iynəyə bənzər, kiçik və böyük, mövcud olan bütün çalarlarda idilər və tabutların ətrafına sərilmiş xalıya bənzəyirdilər...
Xadimə Varya da dəfn mərasiminə gəlmişdi. O, həyatda ən çox ölümü sevirdi. Lap uşaqlıqdan onu ölümə tərəf nə isə çəkirdi. Balaca olanda sərçələri, pişikləri basdırardı. O, ölüm haqqında lap çox şey bilirdi, amma bu barədə danışmağı bacarmırdı, ancaq qəlbi ilə hiss edirdi ki, onu hədər yerə ölümcül xəstələrə baxıcılıq etmək üçün tutmurlar. O, demək olar ki, Androsov qədər hörmət etdiyi Lyubov Alekseyevna Qolubevanın yanında dayanmışdı. Lyubov Alekseyevnanın da əlində bir yığım astra çiçəkləri vardı, tünd bənövşəyi və ağ rəngdə.
“Yaxşı ölülərdir”, − Varya düşündü. Amma öz-özünə qeyd etdi ki, meyitlərin alınlarına kağız güllərdən düzəldilmiş tac qoyulmayıb.
Elə bu an günəş şüaları qəflətən dumanı yardı və adamların düz başı üstündə göy qurşağı asıldı. Ancaq bu göy qurşağı bütöv deyildi, səmanın bir ucunda başlayıb digərinədək uzanmırdı. O, yarımçıq idi. Səmanın ortasına yoxa çıxır, qırılırdı.
“İlahi, göyə yol çəkiblər”, - deyib Varya təəccüb etdi. Yəqin ki, çox yaxşı ölülərdir...
Sonra isə Varya göy qurşağını daha diqqətlə müşahidə edib lap təəccübləndi. Göy qurşağı qeyri-adi idi, çünki iki hissədən ibarət idi, bir dənəsi al-əlvan rənglərdən ibarət idi, ikincisi isə daha solğun, güclə sezilən rənglərə boyanmışdı...
“Görəsən, Lyubov Alekseyevnaya göstərim? Amma birdən görməz göy qurşağını, sonra mənə gülər.” Lakin Lyubov Alekseyevna özü də başını qaldırıb göy qurşağına tamaşa edirdi. Tək o deyil, dəfndə olan hamı ona baxırdı...
Ruscadan tərcümə: Svetlana Quliyeva

997 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024