Hindu düşərgəsi – MƏTN
31 may 2011
11:36
Gölün sahilinə daha bir qayıq gətirilmişdi. İki hindu onun yanında dayanıb gözləyirdilər.
Niklə atası qayığın arxa hissəsində oturdular və hindular onu suya tərəf itələdilər, onlardan biri isə qayığa mindi ki, avar çəksin. Corc əmi isə düşərgə qayığının arxa tərəfinə əyləşdi, gənc hindu onun qayığını suya saldı və ona minərək avar çəkməyə başladı.
Hər iki qayıq gecə vaxtı yola düşdü. Nik o biri qayıqdan gələn avar səsini eşidə bilirdi, onun səsi gecə dumanında irəlidən gəlirdi. Hindular qeyri-hamar taxtalarla avar çəkirdilər. Nik atasını qoluna söykənib rahat yarıuzanıq, yarıoturaq vəziyyətdə idi. Gölün havası soyuq idi. Onların qayığında avar çəkən hindu çox çalışqan olmasına baxmayaraq, digər qayıq yenə də daha irəlidə idi.
- Biz hara gedirik, ata? − Nik soruşdu.
- Hindu düşərgəsinə. Orada bir hindu qadın çox xəstədir.
- A-a-a, – Nik dedi.
Gölün o biri sahilinə çatanda onlar digər qayığın artıq sahildə dayandığını gördülər. Corc əmi qaranlıqda siqar çəkirdi. Hindular qayıqları sahilə çıxardıqdan sonra o, hər ikisinə də siqar verdi.
Onlar sahili tərk edib şehdən islanmış çəmənlik boyu yolu fənərlə işıqlandıran hindunun arxasınca getdilər. Meşəyə girdilər və cığırla ağac tədarükü sənayesinin çəkdiyi yola doğru getdilər. Bu yol təpələrin arxasında itirdi. Yol daha işıqlı idi, çünki onun hər iki tərəfindəki ağaclar kəsilmişdi. Gənc hindu dayandı və fənərini üfürərək söndürdü, sonra isə onlar yola davam etdilər. Onlar yolun burulan hissəsinə çatanda bir it hürürərək onlara tərəf cumdu. Bir az irəlidə qabıqsoyan dəzgahda işləyən hindu fəhlələrin komaları yerləşirdi. Onların qarşısına daha çox it çıxdı. İki hindu onları geri qaytardı. Yola ən yaxın olan komanın pəncərəsində işıq göründü. Bir qoca hindu qadın komanın qapısında əlində çıraq dayanmışdı.
İçəridə taxta çarpayının üstündə gənc hindu qadın uzanmışdı. O, iki gün idi ki, uşağını dünyaya gətirməyə çalışırdı. Düşərgənin bütün qoca qadınları ona kömək etməyə çalışırdılar. Kişilər isə yola tərəf gedib qaranlıqda oturmuşdular ki, onun çıxardığı səsləri eşitməsinlər. Nik, atası, Corc əmi və iki hindi komaya girən kimi o yenidən çığırdı. Qadın alçaq çarpayıda kiçik parçalardan tikilmiş yorğanın üstündə uzanmışdı. Taxta çarpayı bu yorğanın altında çox iri görünürdü. Başı yana çevrilmişdi. Hündür çarpayını üstündə isə onun əri uzanmışdı. O, üç gün öncə ayağını balta il ağır yaralamışdı. O, qəlyan çəkirdi. Otağın havası çox ağır idi.
Nikin atası tapşırıq verdi ki, su qızdırılsın, sonra oğluna dedi: “Bu qadının uşağı olacaq.”
- Bilirəm, – Nik cavab verdi.
- Bilmirsən, – atası dedi. - Mənə qulaq as. Onun indi olduğu vəziyyət doğuş sancısı adlanır. Uşaq gəlmək istəyir, o da onun doğulmasını istəyir. Onun əzələləri uşağı dünyaya gətirməyə çalşır. Ona görə də o çığırır.
- Başa düşdüm, – Nik dedi.
Elə bu an qadın yenə çığırdı.
- Ay ata, ona bir şey ver, daha qışqırmasın, – Nik xahiş etdi.
- Keyidici dərmanlarım yoxdur. Amma onun çığırması önəmli deyil. Mən onun qışqırıqlarını eşitmirəm, çünki onlar önəmli deyil.
Hündür çarpayıda yatan ər üzünü divara çevirdi. Mətbəxdəki qadın həkimə suyun qızdığına işarə etdi. Nikin atası mətbəxə keçdi və böyük çaydanın içindəki qaynar suyun yarısını ləyənə tökdü. Qalan suyun içinə o, dəsmalın arasından çıxardığı əşyaları qoydu. O
- Bunlar qaynanmalıdır, – dedi və əllərini ləyəndəki suda sabunlamağa başladı. Nik əllərini düşərgədən gətirilmiş sabunla sürtən atasına baxırdı. Atası əllərini diqqətlə və hərtərəfli yuya-yuya onunla danışırdı.
- Nik, əslində öncə uşağın başı gəlməlidir, amma bəzən belə olmur. Belə olanda hamı üçün narahatçılıq olur. Ola bilər ki, mən bu qadın üzərində əməliyyat edim. Bunu bir azdan dəqiq biləcəyik.
O, əllərinin təmizliyindən razı qalanda otağa döndü və işə başladı.
- Yorğanı kənara çəkərsən, Corc? Əllərimi ona vurmasam yaxşıdır.
Bir az sonra o, əməliyyat etməyə başlayanda Corc əmi ilə birlikdə üç hindu kişi qadını tutmuşdular ki, o tərpənməsin. Qadın Corc əminin qolundan dişlədi və Corc əmi dedi: “Lənətə gəlmiş fahişə!” Qadın Corc əminin bu sözünə güldü. Nik isə atası üçün ləyəni saxlayırdı. Əməliyyat çox çəkdi.
Atası körpəni çıxardı və nəfəs alması üçün onu yavaşca şappıldatdı, sonra da qoca qadına verdi.
O:
- Görürsən, Nik, oğlandır, - dedi. - İntern olmaq xoşuna gəldi?
Nik dedi:
- Normal.
Əslində isə atasının etdiklərini görməmək üçün üzünü yana çevirmişdi.
- Vəssalam, hazırdır, – atası dedi və ləyənə nə isə qoydu.
Nik ləyəndəkinə baxmadı.
- İndi isə, - atası dedi, - bir neçə tikiş qoymalıyam. Nik, istəsən bax, istəməsən, eybi yox. Açdığım hissəni tikməliyəm.
Nik bu prosesi izləmədi. Maraq onu uzun müddətlik tərk etmişdi.
Atası işini bitirib ayağa qalxdı. Corc əmi ilə üç hindu da qalxdılar. Nik ləyəni mətbəxə apardı.
Corc əmi əlinə baxırdı, gənc hindu isə ona baxıb həyasızcasına gülürdü.
- Əlini peroksidlə təmizləyərəm, - həkim dedi. Əyilərək hindu qadına baxdı. O sakitləşmişdi, gözləri də yumuluydu. Üzü çox solğun idi. Uşağından tamamən xəbərsizdi.
- Sabah səhər gələcəyəm, - həkim ayağa qalxaraq dedi.
- Sent İqnasdan gələn tibb bacısı günörtaya gəlib çıxmalıdır, o, özü ilə ehtiyacımız olan hər şeyi gətirəcək.
O, özünü oyundan sonra soyunma otağındakı futbolçular kimi, yaxşı əhval-ruhiyyədə hiss edirdi və söhbətcil idi.
- Bu hadisə lap tibbi dərgi üçündür, Corc, – dedi. – Qeysər əməliyyatını cib bıçağı ilə etmək və yaranı ucu itilənmiş bağırsaq ipləri ilə tikmək.
Corc əmi divara söykənib qoluna baxırdı.
- Yaxşı-yaxşı. Dahisən, - o dedi.
- Fərəhli ataya da bir baxmaq gərək. Bu balaca işlər zamanı ən çox əziyyət çəkən onlar olurlar, - həkim dedi. - Onu da deyim ki, o, olanlara kifayət qədər dözümlü yanaşdı.
O, ədyalı hindunun başından çəkdi. Əli islandı. O, bir əlində çıraq alçaq çarpayıya çıxıb ona baxdı. Hindu üzü divara sarı uzanmışdı. Onun boğazı bir qulaqdan digərinədək kəsilmişdi. Qan axaraq onun bədəninin yanında gölməçə əmələ gətirmişdi. Başı sol əlinin üstündə idi. Açıq ülgüc üzüyuxarı şəkildə ədyalın üstündə qalmışdı.
- Niki komadan çıxar, Corc, - həkim dedi.
Amma buna ehtiyac yox idi. Atası hindunun başının tərpədərkən mətbəxin kandarında dayanan Nik hündür çarpayıda baş verəni çox yaxşı görə bilmişdi.
Dan yeri sökülən vaxt onlar gəldikləri yolla geriyə − gölə tərəf gedirdilər.
- Səni buraya gətirdiyimə dəhşətli dərəcədə peşmanam, Niki, – atası dedi, onun əməliyyatdan sonrakı yüksək əhval-ruhiyyəsi tamamən yoxa çıxmışdı. - Sən baş verənləri görməməliydin.
- Qadınların uşaqları həmişə belə çətinliklə doğulur? - Nik soruşdu.
- Yox, bu çox istisna hal idi.
- Ata, o, niyə özünü öldürmüşdü?
- Bilmirəm, Nik. Məncə, olanlara dözə bilməmişdi.
- Çox kişilər özlərini öldürür, ata?
- Elə də yox, Nik.
- Bəs qadınlar?
- Çətin ki.
- Heç özlərini öldürmürlər?
- Bəzən öldürürlər.
- Ata?
- Hə?
- Corc əmi hara getdi?
- O, yaxşı olacaq.
- Ölmək əzabvericidir, ata?
- Yox, məncə, lap asandır, Nik. Bu çox şeydən asılıdır.
Onlar qayığa mindilər. Nik qayığın arxa hissəsində idi, atası avar çəkirdi. Günəş təpələrin üzərində görünürdü. Xan balığı suda tullandı və ətrafında dairələr yaratdı. Nik əli ilə suda cığır açdı. Səhərin kəsici soyuğunda su ona ilıq göründü.
Atası səhər tezdən avar çəkən vaxtı qayığın arxa ucunda oturmuş Nik tamamilə əmin idi ki, heç vaxt ölməyəcək.
İngiliscədən tərcümə: Svetlana Quliyeva

1193 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024