"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu

"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu
15 dekabr 2025
# 15:07

Kulis.az Əbülfət Mədətoğlunun "Həyat dərsi" yazısını təqdim edir.

Unudulmaz İsmayıl Qarayevin kiçik bir hekayəsinə baxış

Həyat həqiqətləri bədii əsərə köçəndə inandırıcı olduğu qədər də düşündürücü olur.Elə bilirsən ki, müəllif bu həqiqəti sənin həyatından götürüb, sənin dilindən eşidib. Ona görə də gerçəkliyin acı və şirin tərəfli səni, yəni oxucunu düşünməyə məcbur edir. Öz dünyana çəkilib həmin həqiqətin cizgilərini yozursan. Bəzən bu yozum səni sərt suallarla qarşılaşdırır. Bəzən də bir çıxılmaz nöqtəyə aparır…
Bütün hallarda həqiqət müdirklərin də dediyi kimi canındakı acını şirin kimi təqdim etmyi bacarır. Axı həqiqət nə qədər acı olsa da, sonu mütlləq yozumla başa çatır. Anlayışla, qəbul edilmiş qərarla təsdiqələnir.

Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və çəkisi olan Azərbaycan dilinin bütün incəlikləri ilə yaradıcılığında bir zərrə kimi incələyən yəni onun şirəsini, şşəkərini oxucuya həzm etdirən imza sahiblərindən biri də İsmayıl Qarayevdir. Şəxsən mən onun yaradıcılıq dünyasına özümü yaxın bilən , ondan yararlanan bir oxucu kimi hər dəfə əvvəl mütailə etdiyim əsərə yenidən qaydanda elə bilirəm ki, əsəri ilk dəfə oxuyuram. Bunun da səbəbi məhz müəllifin yararlandığı DİLdir. (Yeri gəlmişkən, xatırladım ki, bu gün tanınmış yazıçımız, hörmətli Seuran Səxavətin də “Ölüm ayağında” olan dilimizin vəziyyəti artıq hamını düşündürür. Hətta bununla bağlı ölkə prezidenti də öz mövqeyini ortaya qoydu- Ə.M).

Bu gün təkrar oxuduğum və yaddaşımda ağsaqqal, ağbirçəklərdən eşidib, həyatda da şahidi olduğum bir sözün, necə deyərlər bədii təsdiqi ilə üzləşdim. Cəmi 2-3 vərəq olan bir hekayə oxucu kimi məni eşitdiyim, həmçinin ekran əsərlərində şahidi olduğum, müəyyən mənada da insan psixologiyasını sadə bir üsulla sərgiləyən fakt bu hekayənin ana xəttidir. Belə ki oxucu bu kiçik həcmli hekayədə uşaq dilində səslənən bir sözün nələrə səbəb olduğunu, nələri yaşatdığını, nələrə vəsilə verdiyini görə bilir.

Hekayənin adı “ Bir gecənin hekayəsi”dir. Hekayənin məzmunu ezamiyyətdən qayıtmış Əhlimanın kiçik yaşlı qızı ilə ata-bala söhbətidir. Deməli Əhlimanın anası evdə yoxdur, bacısına baş çəkməyə gedib. Evdə həyat yoldaşı Gülsəfa və qızı Ülkərdir. Əhliman kiçik yaşlı qızını əzizləyir.Ona qızıl diş saldıracağını, qızıl saat alacağını söyləyir. Uşaq o qədər gözütoxdur ki, atası ona yenə oyunçaq alacağını söyləyəndə bildirir ki “xalam alıbdır”. Əhliman soruşur ki, xalan bizə gəlmişdi?

Deyir ki, bəli. Ata yenə soruşur: -Daha kim gəlmişdi?

Ülkər uşaq səmimiyyəti ilə:
-Başmaqçı əmi.
Əhliman təəccüblə sualını təkrarlayır:
-Kim?
-Başmaqçı!

Və ardınca da başmaqçının evdə "Anasının üstünə çıxdığını da" atasına söyləyir. Bayaqdan qızının nazı ilə oynayan ata onu qucağından kənara atır. Uşaq nə baş verdiyini anlamır. Əlini atasının alnına qoyub" Ata, başn ağrayır ?" deyə soruşur. Əhliman ona tərs- tərs baxır və Ülkər həyətdə paltar yuyan anasının yanına yüyürür:

-Atamın başı ağrayır- deyir. Sonra da uşaqlarla oynamağa gedir.

Gülsəfa isə əlində ağrıkəsici dərman Əhlimanın yanında gələndə Əhlimanın öncə onun dərman uzadan əlin, sonra isə

O əlin sahibini şillələyir. Gülsəfa dörd illik ailə həyatında ilk dəfə Əhlimanı belə görür. İlk dəfə nə baş verdiyini anlaya bilmir. Yalnız gicəllənib yıxılandan sonra dəryada fırtınaya düşən gəmini xatırlayır…

Bəli, qısa məzmunu nəzərinizə çatdırdığım bu qısa hekayədə bir sözün, bir acı həqiqətin yazıçı qələmində həyat reallığı olduğuna inanırsan. Necə deyərlər şübhəyə zərrəcə yer qalmır!!

Deməli, ustad qələmi oxucu qəlbinə o vaxt yol tapır ki, o, acı da olsa həqiqəti çatdırır, onu təqdim edə bilir. Təqdimat da oxucu üçün elə həyatın öz dərsi sayılır. Yəni həyatın verdiyi dərs…

İsmayıl Qarayev

# 66 dəfə oxunub

Oxşar xəbərlər

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

16:30 15 dekabr 2025
"46 yaşım var, amma..." -  3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?

"46 yaşım var, amma..." - 3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?

15:00 15 dekabr 2025
Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

14:35 15 dekabr 2025
İstanbulda “Leyli və Məcnun”un türkcə nəşri  təqdim edildi

İstanbulda “Leyli və Məcnun”un türkcə nəşri təqdim edildi

14:05 15 dekabr 2025
Xalq artisti Rəşid Behbudovun xatirəsi anıldı

Xalq artisti Rəşid Behbudovun xatirəsi anıldı

13:00 15 dekabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsinin növbəti müzakirəsi:  Təranə Vahidin “Qarışqa təqvimi”

“Yeni ədəbiyyatı tanıyaq” layihəsinin növbəti müzakirəsi: Təranə Vahidin “Qarışqa təqvimi”

13:00 15 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər