“Youtube canlı musiqinin yerini vermir” - MÜSAHİBƏ
28 aprel 2011
13:36
Müsahibimiz Nərmin Hüseynzadə 1992-ci ildə Kürdəmir şəhərində anadan olub. Tələbədir. AYB-in üzvüdür. "Qırmızı" kitabının müəllifidir. Şeirləri, hekayələri, məqalələri müntəzəm şəkildə mətbuatda dərc olunur.
- Nərmin, həyat necə gedir?
- Yaxşıdır hər şey. Həyat gözəldir, rəngarəngdir. Yaşımın elə bir vaxtıdır ki, mənə hər şey maraqlı gəlir. Yaradıcılığa yeni başlamışam. Yazıram. Ətrafımda olan insanlarla ünsiyyət qurmağa çalışıram, daim qaçhaqovda oluram.
- Səncə bu qədər qaçmaq lazımdırmı?
- Əlbəttə. Oturduğu yerdə adama tərəf heç kim gəlmir. Gərək kiməsə yaxın gedəsən ki, onlar da sənə sarı gəlsinlər.
- Əlimizin altında bu qədər texnika, texnologiya varkən qaçmaq nəyə lazımdır?
- Əslində həmin o texnika və texnologiya həmişə adama kömək eləmir. Çox vaxt kömək eləsə də, onların əlinin çatmadığı məqamlar var. İnsan elə bir varlıqdır ki, bir-birini ancaq ünsiyyət vasitəsi ilə tanıyır. Mən hətta sənə təklif eləmişdim ki, müsahibəni internet vasitəsi ilə eləyək, amma bu sözsüz, canlı ünsiyyətin yerini verməyəcəkdi. İnternetlə alınan müsahibənin effekti belə canlı alınan müsahibənin effekti ilə eyni olmayacaqdı. Həyatımıza nə qədər çox internet, digər texnologiya vasitələri daxil olsa da canlı ünsiyyətin yerini vermir. Məsələn, nə qədər "Youtube"-dən ya da "Google"dan endirdiyimiz musiqilərə qulaq assaq da, heç vaxt canlı musiqinin yerini vermir. Ona görə də həmişə qaçmaq lazımdır.
- Yeni hansı şeirlərin var?
- Əslində mən ədəbiyyata şeirlə yox, nəsrlə gəlmişəm. Birinci dəfə Gənc Ədiblər Məktəbində Rəşad Məcid məndən soruşanda ki, nə yazırsan, düzü, bu sual mənim üçün gözlənilməz olmuşdu. Çünki heç yazdığım yazıların janrını da bilmirdim. Dostlarımdan birinin yerdən "esse yazır" deməsi məni vəziyyətdən çıxarmışdı. Görüş bitən kimi ilk işim essenin nə olduğunu soruşmaq oldu. Şeirə qalanda isə, şairlər demişkən, arabir təbim gələndə yazıram (gülür)
- Mən bildiyim qədər axı sən Gənc Ədiblər Məktəbindən əvvəl Azad Yazarlar Ocağında olmuşdun...
- Mən AYO-nun üzvü olmamışam. Mənim sadəcə AYO-dan çox sevdiyim müəlliflər var. İlk dəfə AYO-da çap olunmuşam. Çünki mən əyalətdən gələndə AYB-nin ya da AYO-nun nə olduğunu bilmirdim. Mənim üçün ədəbiyyat var idi. İlk dəfə yazılarımı Rafiq Tağıya göndərdim və onun tövsiyyəsi ilə "Alatoran" saytında çap olundum. Sonra başladım ordakı müəlliflərin yazdıqları ilə tanış olmağa. Mən əyalətdə böyümüşəm. O zaman mənə elə gəlirdi ki, şeir ancaq qafiyə ilə yazılır, Aşıq Ələsgərdə başlayır Səməd Vurğunda bitir. Yeni yazarların yazdıqları ilə tanış olandan sonra başa düşdüm ki, şeir belə də yazıla bilər. İlk dəfə Sevinc Pərvanənin "Uçuş məsafəsi" kitabını oxudum. Sonra anladım ki, mən çox şey bilmirəm. Bilmədiklərimi sistemli şəkildə AYB-nin "Gənc Ədiblər" məktəbində öyrəndim.
- Yazmaq üçün mütləq hansısa qurumda təmsil olunmaq lazımdır?
- Axı bunun nəyə ziyanı var? Mən orada özümə yetərincə dost tapmışam... Ədəbiyyat haqqında əvvəlki bəsit düşüncələrimə görə indi xəcalət çəkirəm. Cəmi bir-iki sevimli şairim vardı. Nüsrət Kəsəmənlinin demək olar ki, fanatına çevrilmişdim (gülür). Bütün şeirlərini əzbər bilirdim.
- Azərbaycanda nəsil anlayışı var. Bəs Nərmin Hüseynzadə özünü harada görür?
- Yaşım azdı deyə mən hər yerdə həmişə sonbeşik oluram. Ən axırıncı nə varsa ordayam (gülür)... Razıyam sizinlə, nəsil bölgüsü var, ən pisi də odur ki, bu nəsillərdə bir-birinə qarşı qəribə bir aqressiya var. Amma mən daha çox yaşlı nəsillə ünsiyyətdə olmağı sevirəm. Məsələn, Rafiq Tağını, Vaqif Səmədoğlunu görəndə qəribə bir sevinc hissi keçirirəm.
- Rafiq Tağı əslində ruhən gənc qalmış yazarlardandır, bəlkə ona görə sevinirsən?
- Razıyam. Çox mülayim, xoş xasiyyət insandı.
- "Qırmızı" birinci kitabındır. Tələsməmisən ki?
- Elə tələsmişəm ki... (gülür) Əvvəllər onu rəfin ən üst gözündə qoyurdum. İndi evdə bir dənə də olsun kitab yoxdur. Artıq utanıram o kitaba görə. Çox tələsdim, ümumiyyətlə bu tələskənlik məndə adətdir. Orda olmasını istəmədiyim və ya istədiyim çox şeylər var. Amma hər halda yaşıma bağışlayarlar.
- Səndə çox dəhşətli bir azadlıq istəyi var. Belə deyək də, ipə-sapa yatmayan azadlıq istəyi...
- Mən ümumiyyətlə çox ərköyünəm. Düzünü desəm, elə mühafizəkar bir ailədə də böyüməmişəm. Azadlığım boğulmayıb heç vaxt. Daha çox istədiyim azadlıq özüm üçün deyil, başqaları üçündür. Bu azadlıq məsəsləsi Sevinc Pərvanəyə həsr elədiyim yazıda daha çox biruzə verir. Bakı Amerikanın azadlıq rəmzi deyil, boğulan arzuların şəhəridir - belə başlayır yazı.
- Bəlkə elə azadlıq elə sənin nənənin hinindədir?
- ...Yazmışdım elə bir yazı. Düzü, mən bir az fikirlərimi izah etməyi bacarmayan adamam. Bir az səliqəsiz danışanam. Bir az eqoistəm. Olurdu ki, evdə bəzən anama nəsə demək istəyəndə məktub yazırdım (gülür). Bu məktublaşmalar axırda bir hekayə oldu "Nənəmgilin hini Avropadır..."
- Gəl etiraf edək ki, çox maraqlı fikirdir...
- Düşünün, həmin hində toyuqların cücələri var və cücələr böyüdükdən sonra toyuğa hesab vermək məcburiyyətində olmurlar (gülür). Bu baxımdan düşündüm ki, hinimiz daha çox Avropaya bənzəyir, nəinki yaşadığımız mühit...
- Müasir Azərbaycan ədəbiyatından kimləri oxuyursan?
- Gənc yazarların çıxan bütün kitablarını oxuyuram. Cavidin "Günəşi gözləyənlər"ini, Qismətin "Vitrin"ini, Orxan Muxtarlının "Xaç kölgəsində"sini, Kəramətin "Çöl"ünü, Aqşinin "Cənnətdə terror aksiyasını", Sevinc Pərvanənin "Şəhər"ini, Nərmin Kamalın "Aç, mənəm"ini Zərdüştün hekayələrini, Yeganəni, Pərvini, Güneli, Elvini, Feyziyyəni, Ruslan Mollayevi, Rəbiqəni, bir sözlə, kim nəyi təqdim edir, alıb oxuyuram. Sevimli şairlərim də var: Ramiz Rövşən, Səlim Babullaoğlu, Salam Sarvan, İlqar Fəhmi...
- Sən də artıq Salamizm-ə yoluxmusan?
- Mən artıq ən şiddətli mərhələsindəyəm Salamizmin (gülür).
- AYB ətrafında gedən söz-söhbətlərə necədir münasibətin?
- Düzünü desəm, söz-söhbət eşələməkdə maraqlı deyiləm. Baxmayaraq ki, artıq AYB-nin üzvüyəm, nə qurultay barədə gəzən söz-söhbətlərlə, nə namizədlərlə maraqlanmıram. Mənim qeybət edən vaxtım deyil axı...
Xalq Cəbhəsi

1378 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024