Mo Yan danışır: “Çin həqiqətləri gözəl deyil”
17 oktyabr 2012
13:00
Kulis.az neçə il əvvəl Nobelçi yazıçı Mo Yanın “Frankfurter Rundschau” qəzetinə verdiyi müsahibəni təqdim edir.
- Çin ədəbiyyatı haqda Qərbdə çox az şey bilirlər. Bu, sizə də aiddir: romanlarınız ilk növbədə Çin ədəbiyyatı kimi oxunur, nəinki unikal yazıçı Mo Yanın əsərləri kimi.
- Belə bir problem Çində də var: hər hansı bir əcnəbi yazıçıdan söhbət gedəndə əvvəlcə onun məhz milli mənsubiyyətinə önəm verilir. Amma buna normal yanaşıram, çünki ədəbiyyat vasitəsilə başqa ölkə və mədəniyyətlərlə tanış oluruq.
- Sizcə, hansı Çin ədəbiyyatını oxumalıyıq, biz bilmirik, sizin ədəbiyyatda reallıq harda bitir və uydurma harda başlayır.
- Müasir Çin ədəbiyyatına görə qayğılanmayın: realizm onların əsas xüsusiyyətidir. Çünki həqiqəti elə olduğu kimi təsvir edirlər. Artıq 80-ci illərdən bəri buna icazə verilir. Maonun dövründə ədəbiyyat inqilab vasitəsi idi və əsərlərində sosializm obrazını yaratmalı idilər. Amma reform epoxasında tabu qırıldı və indi biz istədiyimiz hər şeydən yazırıq: siyasət və cəmiyyət, həyat və sevgi, zorakılıq və seks.
- Əsərləriniz də dediyiniz yeni azadlığı ifadə edir. Con Apdayk yazmışdı ki, sizin ədəbiyyat seksin, doğumun, xəstəliyin və zorakı ölümün fiziki detallarının sərbəst təsvirini verir. Təəccüblənən Apdayk deyirdi ki, Çin ədəbiyyatında heç vaxt ona belə maneraları öyrədən viktorian epoxası olmayıb.
- Mənim romanlarım hər şeydən əvvəl son yüz ildə Çin tarixinin fonunda formalaşıb və müharibədən, iztirabdan ibarətdir. Bu mənim şəxsi həyat təcrübəmdir. Mən 1955-ci ildə kasıb kənddə doğulmuşam və sinfi mübarizə dövründə böyümüşəm. Mədəni inqilab üzündən yalnız 5 il məktəbə getməliydim və sonra böyüklərin dünyasında olmalıydım. Onda insanları fasiləsiz söz və fiziki zorakılıqla alçaldırdılar. Con Apdayk məxsus olduğu zərif Amerika orta təbəqəsinin fonunda bunu necə başa düşə bilərdi? Çin həqiqətləri məhz o cür gözəl deyil.
- Bu cür şərtlər altında necə yazıçı olurlar?
- Mən böyük ədəbiyyatla yox, kəndlilərin əhvalatları ilə böyümüşəm. Bizim kənddə bir neçə əla nağılçı vardı, axşamlar onlar nağıllar danışırdılar. Əvvəllər arzulayırdım ki, kəndlilər sonu olmayan əhvalatlar danışmağı bacarsınlar. Əslində onların dili tamamilə sərt, kobud və mübaliğəlidir, romanlarımın dili o təhkiyənin əsasında formalaşıb, baxmayaraq ki, 20 yaşımdan Pekində yaşayıram.
- Əsərlərinizdə hadisələrin böyük bir hissəsi doğulduğunuz Gaomidə baş verir, amma müasirləriniz şəhərdən yazırlar.
- Gaomi mənim vətənimdir. Ən azından ədəbi vətənim. Həyatımın ilk 21 ilini orda keçirmişəm. Sonra əksər çinlilər kimi daha yaxşı həyat üçün kənd həyatından şəhərə qaçdım. Amma yazmaq məni yenidən vətənimə qaytarır. Əvvəlcə bu məni məhdudlaşdırırdı, amma sonra anladım ki, Gaomi mənim üçün sərvətdir. Təbii ki, Gaomi mənim romanlarımın yalnız bir hissəsidir, amma personajlar qohumlarımın və qonşularımın prototipləridir. Mən daha çox başqalarının qaçdığı mövzulardan yazıram. Təbii ki, amansızlığın və əzabın təsviri oxucu üçün xoş deyil, amma yazıçı həyatın eybəcər tərəflərini göstərməkdən qorxmamalıdır. Bu hətta onun məsuliyyətidir.
- Niyə?
- Yazıçılar cəmiyyətin həkimləridir. Bizim vəzifəmiz onun, həmçinin hökumətin xəstəliklərini tapmaqdır. Amma bizdə media hələ də hər şeydən əvvəl hökuməti tərifləmək üçün tapşırıq alır. Son illərdə mediada vəziyyət yaxşılığa doğru dəyişsə də, əsl tənqidə və ifşaya yalnız ədəbiyyatda icazə verilir. Yəni obyektiv mənzərə üçün hər ikisini birlikdə oxumaq lazımdır: qəzetlər ölkənin gözəlliyini şişirdir, yazıçılar isə onun ağrılarını böyüdür.
- Bəzi tənqidçilər deyirlər ki, belə şərtlər daxilində əhəmiyyətli ədəbiyyat ola bilməz. Alman çinşünası Volfgang Kubin bir neçə il əvvəl demişdi ki, 1949-cu ildə Xalq Respublikası yaranandan bəri Çin dünyaya böyük müəlliflər verməyib, çünki rejim onu dünyanın ədəbiyyat diskursundan qopardı.
- Mən çətin razılaşa bilərəm və doğrusunu desəm, Kubinin müasir Çin ədəbiyyatını həqiqətən yaxşı bilməsinə şübhə edirəm. 80-ci illərdən başlayaraq biz, bütün əhəmiyyətli yazıçılar dünyanı tərcümədə oxuduq və yazı üslubumuzu öyrəndik. Mən düşünürəm ki, biz çox irəli getmişik.
- Müasir Çin yazıçılarının çoxu deyir ki, Qərb ədəbiyyatı onlara güclü təsir edib. Ümumiyyətlə, əsl Çin ədəbiyyatı varmı, yoxsa həyatın müxtəlif sahələri kimi o da qloballaşmanın təsiri altındadır?
- Ədəbiyyatın qloballaşması heç şübhəsiz ki, güclü tendensiyadır. Amma bu elə də yeni deyil. Dünya ədəbiyyatı həmişə onu hərəkətə gətirən insan və güc axtarışında olub. Fərq yalnız məkandadır, bəziləri axtarış üçün Nyu Yorka, Parisə ya Berlinə, ya da məhz mənim kimi Gaomiyə yollanır.
Almancadan Sevda Sultanova çevirdi

1680 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024