Müəlliflərin bağışladığı kitabları oxuyuram
1 aprel 2011
12:45
Sahil bağında görüşdük. Sualları verdim. Sonra 1 saata yaxın gəzişdik. Bu bir saat ərzində çox şeydən danışdıq: ərəb inqilablarından tutmuş Markesə qədər. Əkrəm müəllim yazılı müsahibəni iki gün sonra gətirdi...
- Əkrəm müəllim, artıq deputat deyilsiniz. İndi nə işlə məşğulsunuz? Beş illik deputatlıq dönəminizi necə qiymətləndirirsiniz ?
- Qəribə şeydir, Elmin kişi: bu deputatlıq məsələsi mənim yadımdan çıxdı, sizin yadınızdan çıxmadı. Haçansa deputat olduğumu mən artıq unutmuşam, inan mənə! Axı mən özümdən yuxarı dırmaşmaq üçün deputat olmamışdım. Niyyətim bu idi ki, deputat olanda da elə özüm olaraq qalım. Rəhmətlik Rüfət Əhmədzadənin bir qəşəng şeiri var idi: “Mən mənəm, mən deyiləm?” Düşünürəm ki, deputat olanda da mən elə xalis mən idim, çünki deputatlıqdan bundan savayı heç bir umacağım yox idi.
- 74 yaşlı Əkrəm Əylisli üçün yeni əsərlər yaratmaq fiziki olaraq çətinlik törətmir ki?
- Ədəbiyyatı yaş yaratmır, əzizim, baş yaradır. Hələ ki, baş işləyir və ürək döyünür, başqa çətinliklərə də dözmək mümkündür.
- Yeni romanınızı çap etməyi düşünürsünüzmü? Yeni romanınız digərlərindən əsas fərqi nə olacaq?
- Son illərdə bir yox, iki roman yazmışam. Bəlkə bir ilə yaxındır ki, bu yazılan hər ikisinin üzərində dönə-dönə yenidən işləyirəm. Çalışıram ki, yazılar istər məzmun, istək texniki cəhətdən kamil olsun, yaşıma, qələmimə layiq olsun, zamanın tələbinə cavab versin. Bu yazılar mənim əvvəlki yazılarımdan hər cəhətdən fərqlidir. Hətta deyərdim ki, onlardan güclü və cəsarətlidir. Sağlıq olsun, yaxın vaxtlarda hər iki romanı bir kitabda nəşr etdirəcəyəm.
- “Ən yeni ədəbiyyat seriyası”ndan kimləri oxumusunuz?
- Müəlliflərin özlərinin mənə bağışladığı bütün kitabların hamısına baxmışam. Bəzilərini oxumuşam, bəzilərini sadəcə vərəqləmişəm. Bunlardan Günelin, Pərvizin, Aqşinin kitabları daha çox yadımda qalıb. İndiki ədəbi prosesdə məni ən çox yazıçı niyyətinin saflığı maraqlandırır, çünki ədəbiyyatın yan-yörəsində başqa niyyətlərlə vurnuxanların sayı indi hər vaxt olduğundan da çoxdur. Atalar deyib ki, niyyətin hara, mənzilin ora. Mən buna həmişə inanmışam ki, ədəbiyyat saf və sağlam niyyətlə gələnlər burada öz yerini gec-tez hökmən tutur.
- Markes deyirdi ki, ədəbiyyat olmasaydı dünyada heç nə dəyişməzdi. Siz necə düşünürsünüz?
- Bunu Markes yəqin o mənada deyir ki, insan bir varlıq olaraq ədəbiyyat canlıdır, sözdən, yazıdan güclüdür, insanın daxili dünyası bu dünyanın görünən vücudundan qat-qat mürəkkəbdir, sehrlidir... Bu mənada Markeslə razılaşmamaq mümkün deyil. Ancaq mən inanmıram ki, əgər ədəbiyyat olmasaydı, bu dünya indikindən daha aydın və daha işıqlı olardı.
- Folknerin görüşdüyü adamların heç biri ədəbiyyat adamları deyildi. Sizin çevrəniz necədir?
- Folknerin yaşadığı sosial, mədəni və mədəni mühit bizimkindən çox fərqlidir. Varlı və yoxsul Amerikada da var. Ancaq Amerikanın yoxsul insanında kölə ruhu, kölə əxlaqı, kölə xisləti yoxdur. Amerikada hər kəs özünə görə bir kişidir və bu ölkənin bütün qanunları hər kəsin özü kimi yaşamasına imkan yaradır. Amerikada bəlkə heç əlifbanı da bilməyən adam tapmaq olur. Ancaq əlifbanı bilməyən bu adam da öz hüquqlarını gözəl bilir və bundan bəhrələnməyi bacarır. Bu ölkədə insan insanı vəzifəsinə görə tanımır, qabiliyyətinə, ləyaqətinə görə tanıyır. Bizdə isə vəzifə hər şeydir. Bir zərrə şəxsiyyəti olmayanlar da vəzifədə uca və əzəmətli görünür. Azərbaycanda yaşayan insanların böyük əksəriyyəti vəzifəyə baş əyir, hətta dılğır bir vəzifə sahibini də ziyalıdan, yazıçıdan üstün tutan insanlar Azərbaycanda saymaqla qurtaran deyil. Vəzifə sindromu kölə psixologiyasını xalqımızın ruhuna, əxlaqına hopduran ən böyük bəlamızdır.
Kinematoqrafiya komitəsinin baş redaktorunacan xeyli vəzifələrdə olmuşam və həmişə bilmişəm ki, insanı vəzifədən ayrılmağa qoymayan ya maddi maraq amili, ya da hər kəsin varlığındakı köləlik xislətidir. Folknerin vətənində adi insan yazıçıdan əsla maraqsız deyil, çünki mənən azad insan heç vaxt maraqsız ola bilməz. Buna görə də kiminlə oturub durmağın Folkner üçün heç bir fərqi ola bilməzdi.
- Yazıçılar Birliyi ilə münasibətləriniz nə yerdədir?
- Elmin, əzizim, mən bunu mətbuatda bəlkə yüz dəfə demişəm ki, artıq 20 ildən bəri Yazıçılar Birliyi ilə heç bir əlaqəm yoxdur. Hələ 90-cı illərin ortalarında bu təşkilatdan getmişəm və bundan sonra da o idarənin qapısı heç vaxt açmamışam və üstəlik, AYB-nin sovetdən sonrakı üzvlük vəsiqəsinin də üzünü görməmişəm. İndi mən neynim ki, siz gənc və gözəl yazarlar bir-birinizin yazdığını oxumursunuz. Mətbuatdakı prosesləri qədərincə izləməyə vaxt tapmırsınız. Axı mən AYB-dən imtina etməyimin səbəblərini də mətbuatda dönə-dönə açıqlamışam.
- “Tarixi romanlarda da özümü yazıram” deyirdi İsa Hüseynov. Bununla belə yazıçılar memuarlarını da kitab şəklində yazırlar. Bəs sizin belə bir planınız varmı?
- Ona qalsa mənim bütün yazılarımı memuar hesab etmək olar. Çünki elə bir yazım yoxdur ki, orada şəxsi həyatımın bir parçası, ürəyimin bir damcı qanı olmasın. Hətta çoxsaylı tərcümələrimin hər birində ürəyimin sezilən-seçilən qan ləkəsi var. Qaldı ki, memuar məsələsi, mənim bu janrda yazım var axı! “Əylisdən Əylisəcən” memuar deyilsə, bəs onda memuar deyilən şey nə deməkdir?
Elmin Həsənli

2070 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024