Çingiz Abdullayevin iki əsəri

Çingiz Abdullayevin iki əsəri
1 sentyabr 2011
# 17:07
“Qanun” Nəşriyyatı azərbaycanlı yazıçı Çingiz Abdullayevin iki əsərini çap edib.

“Bakı bulvarı”

“Bakı bulvarı” adlı əsərin rus dilindən tərcüməsi Mahir N.Qarayevindir.

Kitab bir neçə ildir “Britiş Petroleum” kom¬¬paniyasının Bakı filialının mətbuat xidmətinin rəh¬bə¬ri vəzifəsində çalışan Fəridə Vəliyeva adlı qadından bəhs edir. Vəzifə borcu ilə əlaqədar o, kompaniyanın Bakıya gəl-miş nümayəndəsi Ömər Xalidlə görüşür. Fəridəylə Ömər ara¬sında yaxın münasibətlər yaranır və şam yeməyindən son¬ra onlar qonağın nömrəsində coşqun bir gecə keçirirlər. Ge¬cəyarısı Fəridə Vəliyeva oteli tərk edib evə qayıdır, sübhçağı isə öyrənir ki, Öməri öz nömrəsində qətlə yetiriblər. Qısa müd¬dətdən sonra qatillər Fəridənin ovuna çıxırlar və nəyin bahasına olursa olsun, onu tapıb öldürməyə çalışırlar. Fəridə qatillərdən möcüzə nəticəsində qaçıb gizlənə bilir, ancaq bu vaxt ən yaxın rəfiqəsi Alinanı itirir. Qəzəblənmiş Fəridə qa¬til¬lərin axtarışına özü girişir və bilmək istəyir ki, görsün on¬ların arxasında kim dayanıb…

“Ölümü özün seç”

“Ölümü özün seç” adlı ikinci əsərin tərcüməsi Natiq Səfərovundur.

Kitab yeddi peşəkar qatildən bəhs edir. On illər boyu dünyanı lərzəyə salmış sovet təhlükəsizlik xidmətinin sifarişlərini icra ediblər. Böyük və sar-sıl¬maz SSRİ adından öldürüblər. Öz yaxın adam¬la¬rına qarşı bəzən “humanist” olurlar: ölməlisən, am¬ma necə öləcəyini özün seç. Lap qədim Roma im¬pe¬¬ratorları kimi. İndi o sarsılmaz dövlət yoxdur, onun xarabalıqları üzərində “siyasətlə mafiyanın qa¬rdaşlığı” ideolojisinə söykənən vəhşi kapitalizm və hərc-mərclik cəmiyyəti qurulub. Belə cəmiy-yət¬lərdə isə peşəkar qatillərə diktatura rejimlərində ol¬duğundan daha çox ehtiyac yaranır. Və qatillər ye¬nə iş başındadırlar. Tanınmış detektiv yazıçı Çin¬giz Abdullayevin maraqlı və kəskin süjet xəttinə ma¬lik “Ölümü özün seç” romanında siz onların ye¬ni si¬ya¬si şəraitdəki fəaliyyətlərilə tanış olacaqsınız. Yalnız detektiv Dronqo və müstəntiq Kolçinin şəx¬si fə¬da¬kar¬lığı çoxsaylı cinayətlərin açılmasına və bu cina¬yət¬lərin arxasında duran böyük güclərin ifşa¬sı¬na səbəb olur.
# 2590 dəfə oxunub

Oxşar xəbərlər

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

15:00 12 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər