Dierk Knextel: “Atanın ölümü”
26 avqust 2011
06:00
Ata öləndə oğullarından heç biri yanında yox idi. Hadisənin necə baş verdiyini onlara ana danışdı.
O yaşadığı kimi ölmüşdü: səssiz-səmirsiz. Dəfni də təntənəsiz-filansız olmuşdu.
Atanın 92 yaşı vardı və... artıq vaxtı yetişmişdi.
Onun əvvəlki vücudundan demək olar ki, heç nə qalmamışdı.
Ölüm hələ illər öncə başlamışdı, o, hardasa 85-90 yaş arasında olanda.
Onun ölüm prosesi uzun çəkdi.
...Əvvəlcə o, müəyyən hərəkətlərdən məhrum oldu: avtomobil, velisoped sürməkdən, konkidə sürüşməkdən.
Onun bədəni kiçilir, addımları qısalırdı.
Amma bununla belə o yenə də həmişəki kimi idi. Yalnız xatirələr yaddaşından silinməyə başlayanda ata tədricən öz mahiyyətini də itirdi.
Onun tamamilə dəyişdiyini demək olmazdı, sadəcə o, zəifləyirdi, bədəni boşalırdı.
Ölüm hər gün bir az gəlirdi, ondan hər gün hissə-hissə nəsə qoparırdı və bunu dözümlə, gileysiz qarşılamağı hər şeydə iddiasız, ciddi olan adamlar bacarır. Ata məhz belə idi.
O, deyinmirdi, kədərlənmirdi, sadəcə
ölümlə yan-yana yaşayırdı.
....Nahardan sonra baş verən hadisə ölüm deyildi, bu böyük reduksiyanın son aktından çox bədən funksiyasının sona yetməsi idi.
O, ölüm vaxtını arvadı yanında olanda seçmişdi. Ata təklikdə ölməkdən qorxurdu.
Bir neçə həftədən bəri idi ki, ata yaxşı şəraiti olan yeni qocalar evində qalırdı. Burda onun üçün bütün mümkün olanları edirdilər. Baxmayaraq ki, ona gün-gündən toxunmaq daha da çətinləşirdi.
...Arvadı günorta gəlmişdi.
Dörd ya beş saat onun yanında qaldı. Bu müddətin çox hissəsini o yuxuda keçirmişdi.
Həmin gün o, adətən bir neçə qurtum içdiyi çaydan da imtina etdi.
Bəlkə də o, qoca öskürəyinə mane olmasaydı, bir neçə gün əvvəl ölərdi.
Öskürək onunla sona kimi qalan yeganə xəstəlik idi.
Onun quru, boş bədənində hər şey tükənmişdi, öskürəkdn başqa. Təkcə öskürək təkrar-təkrar onu sarsıdırdı.
Arvadı ərinə- əvvəllər də ona bir neçə dəfə kömək etmiş həb verdi. Həb öskürəyi səngitsə də, atanın əzablı yaşantısını uzadırdı.
Onlar sona kimi hər şeyə cəhd etdilər.
Bir neçə dəqiqə sonra öskürək kəsildi, və onlar nəhayət, otağa kəsilən sakitliyi hiss edə bildilər.
Qadın Elizabet Kübler-Rossun kitabından oxumağa davam etdi.
...Birdən o, artıq ərinin nəfəs almadığnı hiss edəndə dedi: “Sən nəfəs almalısan, sən nəfəs almalısan".
O, buna reaksiya verirmiş kimi ağzını açdı və nəfəs almaq üçün mücadilə etdi. Sonra onun sinəsi endi və ağzından son nəfəsi çıxdı.
Qadın sükut içində onun başını tutmuşdu.
O daha bir neçə dəqiqə ərinin başını saxladı, sonra otaqdan çıxdı və həkimə xəbər verdi.
Və qadın yalnız indi ağlamağa başladı. O aylarla qüssə çəkdi.
Oğullarına atanın ölümünü təfərrüatlarına kimi danışdı. Təkcə onu əzablarını uzadan həb məsələsindən başqa.
Bu haqda danışa bilmək üçün ona iki il lazım oldu.
…Sonra qadın bunu bir tövbə kimi danışdı.
Qadın oğulların onu qınayacağından qorxmuşdu.
Dierk Knechtel 1961-ci ildə Bremendə doğulub. Müxtəlif ədəbi jurnallrda hekayələri çap olunub.
Almancadan Sevda Sultanova çevirdi

1252 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024