Sabirlə Məşhəd axundunun içki məclisi

Sabirlə Məşhəd axundunun içki məclisi
7 avqust 2011
# 12:36
Güzəranı ağırlaşan Sabir 1900-c ildə qardaşı ilə birlikdə əllərindəkini satıb puluna qənd və şam alaraq İranın Məşhəd şəhərində yaşayan şamaxılı tanışlarının təkilfi ilə ora köçürlər. Qənd və şama orda böyük tələbat vardı.

Məşhəddə İmam Rzanın ziyatərgahnını idarə edən hörmətli bir axund varmış. Müqəddəs adam kimi tanınırmış.

Sabirgilin Qafqazdan gəldiyini öyərənən axund bir gün onu evinə dəvət edir.

Nahardan sonra axund deyir:

-Qafqazlılar şərabsız dillərinə yemək vurmazlar. Mən də onlardan adət etmişəm.

Sonra Sabiri evin zirzəmisinə aparıb şərab küplərini göstərir.

-Öz əlimlə düzəltdiyim üzüm suyudur. Meylin çəkirsə içək.

-Nahardan sonra içməzlər. Sağlıq olsun gələn dəfə içərik.

Sabir heç zaman dilinə içki vurmamışdı.

Ömrünün sonlarında Tiflisdə müalicə olunarkən həkim ona bir dərman yazır. Dərmanı qarnının üstündən ciyər nahiyəsinə sürtməzdən qabaq spirtlə silmək lazımmış.

Bir dəfə həkim yenə Sabirə dərman sürtəndə o zarafatla deyir: ”Xalq arağı qarnının içinə töküb keyf çəkir, mən bədbəxt isə qarnımın üstünə sürtüb əziyyət çəkirəm”.

Axundla nahardan qayıtdığı gün axşam Sabir kağıza azərbaycan və fars dillərində “Ay camaat, sizin müqəddəs hesab etdiyiniz filan axund şərabxordur. İnanmırsız zirzəmisini yoxlayın” yazır.

Gecəylə şəhərin mərkəzindəki divara yapışdırır.

Səhər bütün şəhər bir-birinə dəyir.

Məşhədlilər axundun evinə yollanıb zirzəmidə şərab küplərini aşkarlayırlar.

Rüsvay olmuş axundu eşşəyə mindirib küçəbəküçə gəzdirirlər.

Bundan sonra axundun yaxın adamlarının təqibindən qorxan Sabir bir müddət şəhərdən çıxıb ətraf kəndlərdə gizlənməli olur.

O şiə aləmində müqəddəs sayılan məzarın idarəedicisinin sadə, inanclı adamları aldatmasına dözə bilməmişdi.

P.S. Sabirin qarnına spirt sürtməsi ilə bağlı əhvalat çox məşhurdu. Əziz Şərifin xatirələrində var. İkinci əhvalat isə "Sabir xatirələrdə" kitabından götürüb. İkinci əhvalatı Sabirin qardaşı oğlu Zeynalabidin Tahirzadə danışıb. Səhifə 133.

Mirmehdi AĞAOĞLU
# 2289 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır?

14:00 7 noyabr 2026
Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

Dəliliyin ən havalı halı: Təbiətin sadəliyi ilə bütövləşib yaşamaq arzusu

12:25 7 noyabr 2026
“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

“Rəng mühəndisi”nin toz-dumanlı dünyası

15:00 6 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər