Nazik gövdəli ağacın altında - HEKAYƏ
2 avqust 2011
13:28
Uşaqlıqda hamının qaçıb gizləndiyi bir yeri var idi... Heç kimin onu tapa bilməyəcəyi bir yer... O elə düşünürdü ki, gizləndiyi yer dünyanın ən xəlvət və bilinməz bir guşəsidir. Nədənsə özünü çox xoşbəxt və gözəgörünməz hiss edirdi gizləndiyi yerdə. Gah ot tayalarının arası, gah həyətlərindəki böyük tut ağacının yarpaqları onu gizlədirdi. Hətta bir dəfə atası onu kartof kollarının arasında yuxuya gedib yatdığı zaman tapmışdı. Hər dəfə niyə belə etdiyinin səbəbini soruşanda isə “sən məni anlamarsan”, - deyirdi. Onun bu xasiyyəti məndə hər zaman təəccüb doğururdu. Nə mən bu suala cavab tapırdım, nə də ki o mənə cavab verirdi.
İllər sonra, bir gün bir yerdə Avropaya təhsil almağa getdiyimiz zaman belə o öz xasiyyətindən əl çəkmədi. Əslində, ilk vaxtlar o mənə çox qeyri-adi bir insan kimi görünürdü. Sanki bizim dünyadan, bizlərdən deyildi. Xatırlayıram, hətta bir vaxtlar onun ruhlarla, yad planetlilərlə əlaqədə olması haqqında düşüncələrə də qapılmışdım. Amma Vətəndən uzaqda, Avropada təhsil alarkən belə, ağır dərslərə baxmayaraq, yenə də hər kəsin nəzərlərindən uzaq bir köşəyə çəkilmək vərdişini tərgitmədi. Amma bu dəfə nədənsə gizli bir yerə çəkilmədi, əksinə, çox açıq bir ərazini seçdi. Təəccüblüsü də bu idi ki, hava limanının təyyarələr havalanan zolağına baxan yerdə əyləşirdi.
Bu, aeroportun qeyri-adi heç nəyi yoxdur. Kiçik bir hava limanıdır və burdan Avropanın bir iki şəhərinə biznes uçuşları təşkil edilir. Qiymətlər də kifayət qədər də bahadır. Hərbi məqsədlər üçün salınan bu hava limanını sonradan sökmək niyyətindən daşınan dövlət, həm əlavə qazanc mənbəyi olaraq, həm də iş adamlarına Avropa daxilində rahat və tez hərəkət etmək üçün istifadəyə vermişdi.
Hava limanı ərazisinin bitdiyi yerdə isə kiçik bir park var. Bir neçə il əvvəl əkilmiş ağacların elə də çox kölgəsi olmasa da, nədənsə o parkda ən kənarda yerləşən ağacın altında əyləşirdi. Aeroportla evimiz arasındakı məsafə bir neçə dəqiqəlik yoldur. Dərsə gedən zaman istifadə etdiyim avtobus dayanacağı da parka yüz metr məsafədə yerləşir.
Bu gün dərsdən tez gəldiyimdən parka getdim. O ağacın yanına gedib, altında oturdum. Adicə bir ağac idi. Amma ordan baxarkən, diqqətimi çəkən bir cəhət oldu. Bu yerin təyyarələrin qalxdığı uçuş zolağına istiqamətləndiyini dərhal anladım.
Elə bu anda o gəldi. Yanımda dayandı. Mənə baxırdı və baxışlarında bir gözlənti var idi. Ani bir durğunluqdan sonra anladım ki, əslində, bu gözləntinin səbəbi tutduğum yerin dərhal boşaldılması idi. Üzr istəyib yerini sahibinə qaytardım. Asta bir hərəkətlə yanımda oturdu. Kürəyini ağacın hələ qalınlaşmamış gövdəsinə yaslayıb, gözlərini qıyaraq baxışlarını diqqətlə uçuş zolağına zillədi. Birdən üzündə ani bir təbəssüm yarandı. Mənə dönərək:
- Xatırlayırsan, uşaq vaxtı hər zaman hardasa gizlənirdim. Gah ağacların başında, gah ot tayalarının arasında. Xatırlayırsan? - dedi
- Xatırlayıram, - dedim.
- Bilirsən, - bir anlıq dayanaraq - Əslində, mənim heç vaxt kimdənsə gizlənmək kimi bir istəyim olmayıb. Mən, sadəcə, uzun-uzun səmaya baxırdım. Ordan bir təyyarənin keçməsi ümidilə saatlarca dayanıb gözləyirdim. İnanırdım, bir gün o təyyarələrdə mənim də uçacağıma inanırdım. İnanırdım ki, bir gün o təyyarələr bizi arzumuza çatdıracaq. Xatırlayırsansa, uşaq vaxtı dərsdə “mən Avropada oxuyacağam” deyəndə sinifdəki hər kəs mənə gülmüşdü. Sanki mal-qara ilə doğulub onlarla ölmək fikri kəndimizdə və sinifdə hər kəsin təfəkkürünə qazınmışdı. Mən həmin fikrin yanlış olduğuna və bu fikrin bir gün tam tərsi olduğunu sübut edəcəyimə inanırdım. Və nədənsə həmişə bu istəyimi təyyarələrin yerinə yetirəcəyinə inanırdım. Mən istəyimə çatdım. Amma o zamanlar da, indi də inanıram ki, təyyarələr bizi istəklərimizə çatdıran sehrli vasitələrdir. Hərdən uşaqlığımı xatırlayıram və öz-özümə soruşuram: bir təyyarəni görmək üçün saatlarla hamıdan gizlənib səmaya baxmağa dəyərdimi?
Uçuş zolağından havalanan təyyarənin qulaq batırıcı səsi keçdikdən sonra dedi:
- Saatlarla səmaya baxmağa dəyərdi. Çünki mən o zaman arzu etməyə və ürəkdən istəməyə başlamışdım. Bu dəmir qanadlı quşlar mənə arzu etməyi və bu arzuya görə mübarizə aparıb, çalışmağı öyrətdi. Arzu etməkdən, istəməkdən heç vaxt bezməyəcəksən, ta ki onun həyata keçəcəyi günə qədər. Təyyarə səmada görünəcəyi ana qədər ...
Gözlərini yumaraq başını ağacın gövdəsinə dayadı və elə də qaldı. Mən isə bir söz demədən yanından ayrıldım.

1625 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın
09:00
10 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024