Xalça Muzeyində növbəti sərgi - “Yaddaşa həkk olunan təsvir”

Xalça Muzeyində növbəti sərgi - “Yaddaşa həkk olunan təsvir”
31 mart 2026
# 13:00

Aprelin 15-də Azərbaycan Milli Xalça Muzeyində multidissiplinar rəssam Mədinənin “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, ekspozisiyada rəssamın özünəməxsus vizual dili və yaradıcılıq metodunu əks etdirən, yağlı və akril boya, mozaika, vitraj, rəqəmsal incəsənət və xalçaçılıq texnikalarında işlənmiş əsərləri nümayiş olunacaq.

Sərgi Mədinənin yaradıcılığında həssaslıqla daxili gücün vəhdətini, sağ qalmaq uğrunda mübarizənin insanı yenilənməyə aparan transformativ potensialını üzə çıxarır. Layihə çərçivəsində eyni obraz müxtəlif formalarda təcəssüm edir – rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir.

Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər – fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır.

Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur. Kompozisiyanın əsasını ustaların iş ritmi təşkil edir və bu ritm tamaşaçını ənənə ilə canlı təmas nöqtəsinə gətirir. Ekspozisiyanı Nose parfüm brendinin layihə üçün yaratdığı iki ətir tamamlayır. Bununla da sərgi yalnız vizual deyil, eyni zamanda eşitmə və qoxu duyğuları ilə qavranılır.

Muzeyin Ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır.

Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək. Bu fakt layihənin institusional və mədəni əhəmiyyətini xüsusi vurğulayır.

Sərgi mayın 15-dək davam edəcək.

# 971 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər