“Şamo Arifin 12 yalanı”
25 iyul 2011
17:25
Əziz oxucular, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən redaksiyamıza məktub daxil olub. Həmin məktubda AYB mətbuat xidməti Şamo Arifin son zamanlar mətbuatda səsləndirdiyi fikirlərə münasibət bildirib. Həmin məktubu olduğu kimi (yalnız bir ifadə redaktə olunub – red.) sizə təqdim edirik.
Azərbaycan Yazıçılar Birliyinin rəhbəri “Azadlıq” qəzetində (24 iyul 2011) Oqtay Şamilin “Kürdçülük” faylının fəsadları” adıyla dərc olunmuş yazısına münasibətini açıqlamağı lazım bilir. Məqalədə doğru və həqiqətə uyğun mülahizələrlə bərabər ciddi etiraz doğuran məqamlar da var. Yazıçılar Birliyi həmişə rəhmətə getmiş yazıçılarımızın adlarının hallandırılmasına, onların ittiham edilməsinə qarşı olub. Yenə də bu prinsipə sadiq qalaraq oğlu Şamo Arifin yaramaz hərəkətlərinə görə Süleyman Rəhimovu yazıçı kimi inkar etməyi düzgün hesab etmirik. Süleyman Rəhimovun ədəbiyyat qarşısında xidmətləri var, bunu unutmamalıyıq. Yazıda qardaş kürd xalqı haqqında işlədilən bəzi ifadələr də qəbuledilməzdir. Şamo Arif hansı xalqa mənsub olur-olsun həmin xalqın üz qarasıdır. Amma belə istisnalar hər xalqda ola bilər və ayrı-ayrı fərdlərə görə bütünlükdə heç bir xalqı qınamaq olmaz.
Yay aylarında bəzi qəzetlərin tirajlarını artıran bu qalmaqalı başlayan, onun təşəbbüskarı və səbəbkarı Şamo Arifdir.
Mətbuat səhifələrində Şamo Arifin yalanları bir-bir ifşa olunduqca heç birini təkzib edə bilmir, amma yenə də yalan danışmaqdan əl çəkmir, yorulmur, usanmır, biabır olduğunu vecinə almadan yeni yalanlar uydurur.
Müxtəlif qəzetlərdə müxtəlif müəlliflər tərəfindən ifşa olunmuş yalanların bir qismini yada salaq.
Yalan № 1. Şamo Arif yazır: “Anar Süleyman Rəhimova qarşı mənfi münasibət sərgiləyir”.
Yalanın ifşası: Yazıçılar Birliyində üç yerdə Süleyman Rəhimovun şəkli asılıb, o cümlədən Anarın sifarişiylə rəssam tərəfindən xüsusi çəkilmiş şəkli. Bir şəkildə Anarın iş otağında asılıb. Anarın təşəbbüsüylə və Yazıçılar Birliyinin vəsaiti hesabına Süleyman Rəhimov haqqında xüsusi buraxılış hazırlanıb nəşr edilib. Anar Süleyman Rəhimovun 90 illiyi və 100 illiyi münasibətiylə, eləcə də yaşadığı evin divarına xatirə lövhəsi vurulması haqqında dəfələrlə əlaqədar təşkilatlara müraciət edib.
Yalan № 2. Şamo Arif yazır: “Anar isbat eləmək istəyir ki, Azərbaycan ədəbiyyatında nə Səməd Vurğun var, nə Süleyman Rüstəm, nə də Süleyman Rəhimov. Ancaq və ancaq bir Rəsul Rza var, bir də Nigar Rəfibəyli. Budur onun əsil məqsədi”.
Yalanın ifşası: Azərbaycan, Moskva və Türkiyə mətbuatında Anarın Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov, Mehdi Hüseyn, Mir Cəlal, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, İmran Qasımov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İsa Muğanna və 20-dən artıq başqa müasir Azərbaycan şair və nasirləri haqqında məqalələri dərc olunub. Onların yubileylərində çıxışlar edib. Hər həftə televiziyada apardığı “Poeziya” verilişlərində müasir şerimizin görkəmli nümayəndələri haqqında ətraflı danışır, Azərbaycanda, Türkiyədə nəşr olunmuş Azərbaycan şairlərinin şeirlərindən ibarət böyük antologiyalar tərtib edib, rus dilində üçcildlik Azərbaycan şeir antologiyasının təşəbbüskarı, Redaksiya heyətinin sədri və ön söz müəllifidir. Bu Şamo Arifin iftirasını kökündən ifşa etmirmi?
Şamo Arifin bu yalanlarının təkzibi qəzetlərdə dərc olunur, amma bir dəfə də olsun yalan danışdığını boynuna almır, konkret dəlillərin üstündən sükutla keçməyə çalışır ki, bəlkə iftiraları başqalarının da diqqətindən yayındı.
Yalan № 3. Şamo Arif deyir ki, Süleyman Rəhimovu Mehdi Hüseynin ölümündə günahlandıran yeganə şəxs Anardır.
Yalanın ifşası: Əvvəla, Anar heç yerdə Mehdi Hüseynin ölümünün səbəbkarı kimi Süleyman Rəhimovun adını çəkməyib. Bu məsələylə əlaqədar onun adını çəkənlər Mehdi Hüseynin qızı Zivər Hüseynova (“Dəryalar damlalar” adlı kitabında), Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov və hadisənin başqa şahidləridir.
Yalan № 4. Şamo Arif deyir ki, Dədə Süleymana heç kəs şillə vura bilməzdi.
Yalanın ifşası: Zivər Hüseynova Mehdi Hüseynin ölümündən sonra ilk dəqiqələrdə cərəyan edən hadisələri belə təsvir edir: “Otaqda çaşqınlıq baş verir. Arada üçlük – başda S.Rəhimov olmaqla qaçmağa məcbur olurlar. Arxadan özünü yetirən Nəbi Xəzri S.Rəhimovu təpikləyir və şapalaqlayır. S.Rəhimov yerə düşmüş papağını götürüb həmfikirləriylə “26-lar bağı”na qaçırlar”. İmran Qasımov eyvana çıxaraq ucadan: “Zaderjite” ubiyts!” (“Caniləri tutun!”) çığıraraq hamını haraylayır”.
Süleyman Rəhimovun ruhunu incidəcək bu təfərrüatı xatırlatmaq istəməzdik, bizi buna məcbur edən ancaq və ancaq Şamo Arifin yalanıdır.
Yalan № 5. Şamo Arif iddia edir ki, Nəbi Xəzri heç vaxt Süleyman Rəhimov təhqir etməyib.
Yalanın ifşası: Şamo Arif Nəbi Xəzrinin peşmançılıq etirafını, Süleyman Rəhimovun ruhundan üzr istəməsini sitat gətirir. Təhqir etməyibsə, görəsən, nəyə görə üzrxahlıq edir?
Yalan № 6. Şamo Arifin Anarın dilindən uydurduğu: “Qorbaçov məni tanıdı, bu da mənə bəsdir” sözləri də, “Anara dedim, səni əzərəm” sayıqlaması kimi büs-bütün yalandır. Nə Anar heç vaxt elə söz deyib, nə də Şamo Arif heç vaxt Anarın üzünə belə söz deməyə cürət edib (Anarın arxasından çox şey danışırsa da).
Yalan № 7. Şamo Arifin yalanlarından çıxış edərək “Azadlıq” qəzetinin “Yazıçı Anarın əleyhinə arxiv sənədləri tapıldı” başlığı da, Şamo Arifin dedikləri də başdan axıracan yalandır. Şamo Arif heç bir arxiv sənədi tapmayıb, Anarın öz kitabında gətirdiyi sənədləri fitnəkarcasına tərs yozur, Nigar xanımı təhqir edir.
Yalan № 8. Altmışıncı-yetmişinci illərdə Rəsul Rzaya qarşı KQB-yə verilən donosları 37-ci ilin hadisələriylə bağlayan Şamo Arif yəni o qədər tarixdən bixəbərdir ki, bu illərin arasındakı fərqi görmür.
Yalan № 9. Yenə də “Azadlıq” qəzetində çap etdirdiyi “Anar ermənilərə qarşı susub” yazısı da tamamilə yalandır. Anarın erməni millətçilərinə qarşı illər boyu davam edən çıxışları, bəyanatları, məktubları hətta Şamo Arifin Anar haqqında verdiyi donoslardan da dəfə-dəfə çoxdur.
Yalan № 10. Şamo Arif yazır ki, Anar niyə heç yerdə Mehdi Hüseynin adını çəkmir.
Yalanın ifşası: Bundan qabaqkı yazısında Şamo Arif Anarın Mehdi Hüseyn haqqında məqaləsinə istinad etmişdi. Yalançının yaddaşı olmaz.
Yalan № 11. Şamo Arif deyir ki, guya Rəsul Rza Hüseyn Cavidin bəraət qazanmasının əleyhinə olub. Ağ yalan və çirkin iftiradır, Rəsul Rza heç bir vaxt heç bir yerdə Cavidin bəraətinə qarşı olmayıb. Bu, Şamo Arifin növbəti təxribatıdır.
Yalan № 12. Şamo Arif deyir ki, Anar Rusiyanın adamıdır.
Yalanın ifşası: Bunu nə əsasla deyir? Təbii i, bu böhtanların da heç bir əsası yoxdur, ola da bilməz. Anar Moskva mətbuatında, SSRİ Ali Sovetində, qurultaylardakı çıxışlarında, son dəfə isə Bakıda Rusiya-Azərbaycan Forumunda Qarabağ məsələsində rus siyasətinin ədalətsizliyini tutarlı sübutlarla göstərib.
Daha böyük əsasla Şamo Arifin ermənilərin adamı olduğunu, erməni maraqlarına xidmət göstərdiyini iddia etmək olar. Çünki Rəsul Rzaya, Nigar Rəfibəyliyə, Anara qarşı fitnəkarlıqlarında, təxribatlarında seroxanzadyanların, xorenqriqoryanların, perçzeytunsyanların böhtanlarını Azərbaycan dilinə “çevirir”.
Şamo Arifin bütün yalanlarını bir-bir ifşa etmək uzun çəkərdi. Elə bu konkret ifşalar da, onun dilinə heç vaxt düz söz gəlmədiyini sübut edir. Ancaq bir səfeh iddiasını da xatırlatmaq yerinə düşər. Şamo Arif yazır ki, Qara Yanvar günlərində Anar “qorxub” Yazıçılar Birliyinin qapısını bağlayıb, etiraz tədbirlərini Akademiyanın böyük salonunda keçirib. Əvvəla, Akademiyanın salonu Yazıçılar Birliyinin “Natəvan klubu”ndan azı beş dəfə böyükdür və iştirakçılar “Natəvan klubu”na sığmazdı. İkincisi, Anar Akademiyadakı iclasa əvvəldən axıracan sədrlik edirsə, “qorxan” kimdir – Yazıçılar Birliyinin binası? Bədbəxt Şamo Arifin Anara nifrəti gözlərini elə tutub, ağlını elə çaşdırıb ki, az-çox inandırıcı iradlar üçün heç bir şey tapmır, ancaq bel-belə məntiqsiz sözlər danışır. Yazıçılar Birliyinin qapısı nə o gün, nə də ondan əvvəl, nə də ondan sonra heç vaxt bağlanmayıb. Əksinə, Qarabağ məsələsi başlanan kimi akademik Aqanbekyanın Parisdəki çıxışına qarşı ilk etiraz məktubunu Qorbaçova məhz Anar yazıb və onunla birlikdə görkəmli yazıçılar bu məktuba qol çəkib. O ki qaldı Akademiyadakı iclasa, Şamo Arifin həmin o toplantıda iştirak edib-etmədiyini heç kəs xatırlamır, iştirak edib və çıxış edibsə də, görünür, elə mənasız və boş danışıb ki, heç kəsin yadında qalmayıb.
Görəsən, Şamo Arif dərk edirmi ki, bu yalanlarıyla öz adı heç, dədəsinin adına necə ziyan vurur? Yalanları mətbuatda lazımı qədər ifşa olunduğu üçün biz bu məsələyə nöqtə qoymaq istəyirik. Amma əgər Şamo Arif yenə də yeni iftiralara əl atacaqsa, yenə də layiq olduğu cavabını alacaq.
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidməti
25 iyul 2011-ci il

1731 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024