“Müşfiq də Səməd Vurğun haqda donos yazıb”

“Müşfiq də Səməd Vurğun haqda donos yazıb”
5 iyul 2011
# 11:51
AYB sədri, xalq yazıçısı Anarla Azərbaycanın digər xalq yazıçısı Süleyman Rəhimovun oğlu Şamo Arif arasında söz polemikası getdikcə böyüyür. Xatırladaq ki, Şamo Arif Kulis.az saytında çıxış edərək xalq yazıçısı Anarı Süleyman Rəhimova qarşı qərəzli olmaqda ittiham etmişdi.

AYB mətbuat xidmətinin sözçüsü Ədalət Əsgəroğlu da Kulis.az-a cavab müsahibəsində Süleyman Rəhimovu donosbazlıqda ittiham edib. Bunun ardından isə Milli Məclisin deputatı Hüseynbala Mirələmov bu mübahisəyə qoşularaq Şamo Arifin ünvanına təhqiramiz ifadələr səsləndirib.

“Azadlıq” qəzeti bu yazıçılar arasında bu qovğaya digər ziyalıların münasibətini öyrənib.

“Keçmişə qayıtmaq olmaz”

“Ədalət” qəzetinin baş redaktoru Aqil Abbas Azərbaycanın iki böyük sənətkarı və ədəbiyyat adamının sözügedən səpkidə dartışmasına təəssüfləndiyini bildirib. Bu mənada Şamo Arifi daha çox qınayan Aqil Abbas onun ötüb-geçənlərə dönə-dönə qayıtmasını müsbət qarşılamadığını bildirib: “37-ci il və ondan əvvəllər də insanların müəyyən səhvləri vardı. Məsələn, Mikayıl Müşfiq Səməd Vurğun və başqaları haqda donoslar yazıb, lakin biz Müşfiqi poeziyasına görə qəbul edirik. Necə deyərlər, bütün yaradıcı insanları məhz sənətinə görə qəbul edirik. Ona görə də belə məsələləri gündəmə gətirmək mənasızdır. Ötüb keçmək lazımdır. Süleyman Rəhimov Azərbaycanın xalq yazıçısıdır, həmçinin xalqın ürəyində bir Nigar Rəfibəyli, Mirvari Dilbazi kimi şairələr yaşayır. Onların üzərinə kölgə salmaq, aşağılamaq qəbuledilən deyil. Bir-birinin əsərləri barədə danışmaq, hətta müzakirə də açmaq olar, amma keçmişə, yaşanıb-keçənlərə qayıtmağa çox pis baxıram”.

H.Mirələmovun məlum çıxışına münasibət bildirən Aqil Abbas onu yaxından tanıyan şəxs kimi, buna təəccüb etdiyini deməklə yanaşı, proseslərə səbr və soyuq başla yanaşmağı daha düzgün saydığını süyib. O, kimsənin bir-birini təhqir etməyə haqqı çatmadığını da vurğulayıb. A.Abbas Nəbi Xəzrinin Süleyman Rəhimovu vurub qaçması kimi fikirləri də absurd adlandırıb.
Mövqeyini öyrəndiyimiz millət vəkili Sabir Rüstəmxanlı da ziyalıların mətbuatda bu şəkildə yazılarla çıxış etməsinə təəssüfləndiyini bildirib.

“Mirələmov ədəbiyyatla bağlı məsələlərə qarışmasın”

Yazıçı Pərviz Cəbrayılın qənaətincə, Şamo Arifin məlum məqaləsi yerinə düşməyən və ya gecikmiş sayılmalıdır: “Əlində hansısa faktlar olan adam bunu vaxtında bildirməli, ədəbi ictimaiyyəti məlumatlandırmalıydı. Çünki haqqında danışılan şəxslər sıradan adamlar deyil, xalq yazıçılarıdır. Adının qarşısında ”xalq” sözü yazılan şəxslərlə bağlı informasiya da xalqa açıq olmalıdır. Ancaq vaxtilə Anarla çox gözəl münasibətləri olan şəxs “bildiklərini” gizlədibsə, sonradan ara sərinləyəndə bunları açıqlayıbsa, bu, hətta hansısa donosdan da təhlükəlidir. Bildiyini yaxşı münasibətə görə gizlədib, xətrinə dəyiləndə dilə gətirən adam mənə görə, sağlam təfəkkür, əqidə yiyəsi deyil. Həqiqət hər zaman həqiqətdir, ancaq onu vaxtında deməyəndə həqiqiliyi ikinci dərəcəli olur. Bunlar mənə aydındır, amma Hüseynbala Mirələmovun canfəşanlığını, “qaza basmasını” anlamıram, daha doğrusu, anlayıram. Bu, ziyalı yanaşması deyil, bir daha yazıçı olduğuna özünü və başqalarını inandırmaq cəhdidir. Yaxşı olardı ki, Mirələmov, ümumiyyətlə, özünə aid olmayan, yəni ədəbiyyatla bağlı məsələlərə qarışmasın”.

Günel ƏSGƏRZADƏ
# 2498 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

14:00 16 yanvar 2026
"O,  Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

"O, Tanrının itkin balasıdır" - Azərbaycan ədəbiyyatının psixoloqu haqqında

12:00 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər