“Hop-hopnamə”ni rusca oxumuşdum - MÜSAHİBƏ
8 aprel 2011
10:18
LAYİHƏ: FİZİKLƏ LİRİK SÖHBƏT
Kulis.az-ın təqdim etdiyi layihədə peşəsi ədəbiyyat olmayan insanların ədəbiyyatla bağlı söhbətləri yer alır. İndiyə qədər yazıçılar danışıb. İndi isə oxucular danışacaq. Layihənin ilk qonağı teleaparıcı, sənətşünaslıq namizədi Elçin Əlibəylidir.
Qan Turalı: İlk oxuduğunuz kitab yadınıza gəlirmi?
Elçin Əlibəyli: Azərbaycan dilində ilk oxuduğum kitab Sabirin “Hop-hopnamə”si olub. 6 yaşım olardı. Ancaq rus dilində oxumağa bir az da tez başlamışdım, təxminən 5 yaşımda. O vaxt abunə olduğumuz jurnallar, qəzetləri oxuyurdum. Uşaq jurnallarından “Murzilka”, “Vesolıe kartinki” və s. Məktəbə təzə getdiyim aylarda isə Arkadi Qaydarın “Çuk və Gek” əsəri rusca oxuduqlarım arasında ən irihəcmlisi idi. Birinci sinfin noyabr ayında çox kitab oxuduğum üçün Kitabsevərlər Cəmiyyətinə üzv olmuşdum. O vaxt hansı məktəbli çox kitab oxuyurdusa, onların adları məktəb direktoruna verilirdi. Kitabsevərlər Cəmiyyəti da həmin şagirdi xüsusi vəsiqə ilə mükafatlandırırdı. O dövr üçün bu çox həvəsləndirici idi. Təxminən bu 85-ci illərə təsadüf edirdi. Baxmayaraq ki, Qorbaçov hakimiyyətə təzə gəlmişdi və demokratiya hələ bu sahələrə təsir edə bilməmişdi. Məktəbdə rəhbərdən tutmuş ən aşağı vəzifəli şəxsə qədər – hamı, ən azı iki nişanla gəzməyi özünə fəxr bilirdi.
Qan Turalı: İlk hansı kitabda hiss etdiniz ki, bu kitab digərləri kimi deyil. Nə vaxt bu fərqlilikləri hiss etməyə başladınız?
Elçin Əlibəyli: Əvvəllər macəra kitabları oxuyurdum. 11 yaşımda Hüseyn Cavidin “İblis” əsərini oxudum və təbii ki, anlamadım. Əsəri anlamağımda mənə atam kömək oldu. Ümumiyyətlə, deyim ki, mənim ədəbi zövqümün formalaşmağında atamın və qardaşımın rolu böyük olub. Məsələn, Sabiri oxuyanda ərəb-fars sözlərini başa düşməyim üçün atam lüğət vermişdi mənə. Ancaq rus dilində daha yaxşı anlayacağımı nəzərə alıb, Sabirin kitabının ruscasını alıb gətirmişdi.
Evimizdə “Səttarxan” romanı müzakirə olunurdu
Qan Turalı: Uşaq vaxtı elə olur ki, adam əlinə nə keçirsə, oxuyur. Bəzən çox bayağı bir roman, kitab oxuduğunuzu hiss etmisiniz?
Elçin Əlibəyli: Hərdən mənim dostlarım mənim haqda deyirlər ki, başın ədəbiyyat qazanına oxşayır. (gülür) Bizim çox zəngin kitabxanamız var idi. Hər cür kitab tapmaq olardı. Atam daha çox dram əsərləri, teatr jurnalları oxumağı sevirdi. Macəra tipli əsərləri sevmirdi. Anam isə ondan fərqli olaraq, macəra ədəbiyyatına üstünlük verirdi. Avtobioqrafik əsərlər oxuyurdu. Qardaşım detektiv və tarixi əsərləri çox bəyənirdi. Mənim yadımdadır ki, biz evdə “Səttarxan” əsəri ətrafında müzakirə qurmuşduq. Bu ədəbi müzakirələr istər-istəməz məcbur edirdi ki, hər şeyi oxuyasan. Məncə, insan bəzən bayağı əsərlər də oxumalıdır ki, yaxşıları ayıra bilsin.
Yaxşı oxucu yazı televiziya izləyicisi ola bilməz
Qan Turalı: Bəzi insanlar deyirlər ki, televiziyalarımızda intellektual verilişlər azdır. Yəni ədəbiyyat, kitablar haqqında və s. Sizcə, ədəbiyyat və kitablar haqqında danışmaq üçün televiziyalar nə dərəcədə uyğun məkandır? Əslində, televiziyanın formatı tamam ayrıdır axı.
Elçin Əlibəyli: Bizim cəmiyyətdə kitab oxuma vərdişini aşılamaq üçün gərək təbliğ edəsən. Televiziya da ən yaxşı məkanlardan biridir bunun üçün. Ancaq başqa tərəfdən baxsaq, görərik ki, ədəbiyyat və televiziya tamam ayrı-ayrı mədəniyyətlərdir. Yaxşı oxucu yaxşı televiziya seyrçisi ola bilməz və əksinə. Televiziyanın dinamikliyi, mozaikliyi, seriallığı, intellektuallığı postmodernist anlayışlardır. Ona görə, televiziya proqramları istehlakçıları başqa olurlar. Kitab oxuyan adam isə televiziyaya çox az baxır, lazımlı informasiyanı çox vaxt internetdən götürür. İnternetdən xəbərləri, müxtəlif informasiyaları aldıqdan sonra heç ehtiyac qalmır hansısa kanalı izləyəsən. İnternetdən həmçinin elektron kitablar da əldə etmək mümkündür. Düzdür, mən özüm oxumuram e-kitabları. Çünki mənə görə, kitabın estetikası ayrıdır. Kitab almağı, oxumağı özümə borc bilirəm. Ən sevmədiyim şey isə insanların müəllifdən kitab istəməsidir. Yaxşı oxucu heç vaxt kitabı müəllifdən istəməz. Çünki yazıçının da gəliri kitabıdır. 5 manat elə də böyük pul deyil. Məncə, hər kəs büdcəsini formalaşdıranda kitab xərclərini də bura daxil etməlidir. Xüsusən də, tələbələr və şagirdlər arasında bu yayılsa, çox yaxşı olar.
Qan Turalı: Ayda nə qədər kitaba pul ayırırsınız?
Elçin Əlibəyli: Fərqli olur. Məsələ burasındadır ki, mən kitabları çox vaxt internetdən sifariş verirəm, təxminən ayda 2 dəfə. Bunun birinci səbəbi odur ki, mən kitabları rusca oxumağa üstünlük verirəm. Digər bir səbəb də odur ki, elmi ədəbiyyat azərbaycan dilində çox azdır. Həm də internetlə daha ucuz başa gəlir. Ozon.ru-nun gold kartı var məndə, bu kartla endirimlə istənilən kitabı rahatlıqla ala bilirəm. Amma hər ay azı iki dəfə bizdəki kitab mağazalarına baş çəkirəm. Bir şeyi də qeyd etmək istəyirəm ki, bəzən rus kitablarından ən “papsa” olanı Bakıya gətirilir. Onların da alıcısı çox az olur.
Qan Turalı: Elə internet-mağazalardan söz düşmüşkən, necə düşünürsüz kultroloji dəyişiklik necə gedir? Məsələn, insanlar əvvəl kitabı mağazadan alırdı, indi internetdən, kitab əvvəl təkcə kağızda olurdu, indi elektron versiyaları var.
Elçin Əlibəyli: Mənim sevdiyim kulturoloqlardan biri və çağdaş televiziyanın təsirlərinin öyrənilməsində böyük rolu olan Marşal Makluennın belə bir əsəri var: “Qutenberqin Qalaktikası”. Müasir dövrün bir çox suallarına burda cavab tapa bilərik. O, bəşəriyyəti bir neçə mərhələyə bölür: çap maşınına qədərki, çap maşını dövründəki kütləviləşmə, elektron texnologiyalar. Kitab xətti informasiyaları ötürür, televiziya isə yox. Televiziya həm qulağımıza, həm gözümüzə təsir edir. Televiziya insanları yazıdan, kitabdan uzaqlaşdırdı. İnternet isə yenidən onları yazıya qaytardı. Məsələn, “Facebook”, çat, sms. İnsanlar “Facebook”da fikirlərini, yazılarını paylaşırlar, artıq hal-əhvalı zənglə deyil, sms və çatlaşmaqla tuturlar. O ki, qaldı elektron kitablara, yəqin ki gənclər çox yük daşımaq istəmədiklərindən və ya e-kitablar daha əlçatan, tez əldə olunan olduqlarından gənclər tərəfindən bəyənilir. Bu da kitaba qayıdışdır.
Elektron inqilab Qutenberq inqilabına bərabərdir
Qan Turalı: Yəni iPod, iPad, E-Readerlərin təsiri olacaq?
Elçin Əlibəyli: İnsanlar bir yerdən digər yerə çox asanlıqla gedirlər, artıq hər şey daha asan və praktik olub. Niyə də kitablar belə olmasın?! Bu dinamikaya uyğun yeni formatlar yaranır. “Qutenberqin qalaktikası” əsərində deyildiyi kimi, necə ki çap maşını ilə kütləviləşmə yeni bir mədəniyyət yaratdı, eləcə də internet və kütləviləşmə yeni bir mədəniyyət yaratmaqdadır. Ancaq mən yenə də öz fikrimdə qalıram ki, kitabda olan magiya, hiss, emosiya e-kitabda olmayacaq.
Qan Turalı: Gəlin yenidən qayıdaq ədəbiyyata. Sevdiyiniz kitablar arasında neçəsi Azərbaycan ədəbiyyatındandır?
Elçin Əlibəyli: Təqribən 15-ə yaxın kitab var ki, onları çox bəyənirəm.
Qan Turalı: Yəqin klassiklərin əsərlərindəndir...
Elçin Əlibəyli: Deməzdim ki, hamısı klassiklərdir. Düzdür, Mirzə Fətəli Axunzadənin əsərləri çox sevirəm. Axundzadə dramaturgiyamızın banisi olub, çox unikal yazıçıdır. Buna görə də onu təkrarlanmaq mümkün olmadı. Əgər söhbət nəsrdən gedirsə, müasirlərdən İsa Hüseynovu, Əkrəm Əylislini mütləq qeyd etməliyəm. Şeirdə isə Əli Kərim.
Qan Turalı: İsa Hüseynovun ən xoşunuza gələn əsəri hansı oldu?
Elçin Əlibəyli: “Məhşər” romanı. Bu romanı oxuyanda 14-15 yaşım olardı. Atam bu əsəri oxumamışdan qabaq məsləhət gördü ki, Muğannanın digər əsərlərini oxuyum. Digər əsərləri də çox yaxşı idi, məsələn, "Kollu Koxa", "Şəppəli". Hətta atamın teatrda işlədiyi vaxt “Şəppəli”ni səhnələşdirilmişdi.
Qan Turalı: Gəlin elə roman üzərində bir az danışaq. Nəsimi ilə Teymurun görüşməsi var. Bu tarixi gerçəkliyə ziddir. Tarixin bu cür təhrif olunmasına necə baxırsınız?
Elçin Əlibəyli: Biz Azərbaycan tarixini əsasən əsərlərə, filmlərə görə öyrənirik, yəni təhriflərin olması yolverilməzdir bu mənada. Ancaq bədii ədəbiyyatda bu cür təhriflərin olmasına qarşı deyiləm. Bu cür təhriflərə dünya ədəbiyyatında da rast gəlmək olur, məsələn, Aleksandr Dümada. Başqa bir məsələ də var ki, mən “Məhşər”-ə tarixi roman kimi deyil, fəlsəfi roman kimi baxıram. Yadınızdadırsa, bu məsələ həllini Əlisa Nicatda tapdı 1990-cı illərdə. Məsələn, o Şopenauerlə Hegelin ruhlarını görüşdürür və s. Bu da maraqlı yanaşmadır.
Qan Turalı: Bildiyimiz kimi, İsa Hüseynov yaradıcılığının böyük hissəsindən sonra imtina etdi. “Teleqram”, “Yanar ürək” və başqa əsərlərindən...Buna münasibətiniz necədir?
Elçin Əlibəyli: Mənə görə, İsa Hüseynov birinci postmodernist yazıçısıdır. Özü öz mətnini dağıtmaq və yenidən yazmağı ilk dəfə o etdi. “İdeal” əsəri buna bariz sübutdur. ( İsa Hüseynovun “İdeal” romanı 1950-ci illərdə yazdığı “Yanar ürək” romanın ikinci versiyasıdır. Yazıçı romana 30 il sonra qayıtdı-kulis.az). Buna normal baxıram. Bu, ədəbi prosesdir. Azərbaycanda o dövrdə Sabir Əhmədli, İsi Məlikzadə və digər simalar var idi. Sabir Əhmədlinin “Qanköçürmə stansiyası” ədəbiyyatımızda çox ciddi saydığım əsərlərdəndir.
Amerikanı Mikki Maus xilas etdi
Qan Turalı: Hər iki İsi Məlikzadə - daha çox kiçik insanlar, kiçik obrazları yaradan bir yazıçı və İsa Hüseynov - böyük şəxsiyyətlər, obrazların yaradıcısı olan yazıçı. Hər ikisini də eyni vaxtda sevmək mümkündürmü?
Elçin Əlibəyli: Ona görə deyirəm ki, “Məhşər” həyatımda tamam başqa bir yer tutur. Erix Frommun “Azadlıqdan qaçış” əsərində belə bir sözü var: Amerikanı kiçik adam xilas etdi Söhbət Mikki Mausdan gedir. İnsanları depressiyadan çıxaran Mikki Maus olur. Əslində, kiçik adamların faciəsi kiçik insanların böyük adamlara çevrilməsi yazıçılar üçün çox yaxşı vasitədir ki, müəyyən şeyləri ifadə edə bilsin. Ola bilər ki, kimsə “Məhşər” əsərini oxuyub, amma söhbətin nədən getidyini heç anlamayıblar. Olub hətta belə şey. Bir neçə gəncə tövsiyyə etmişdim bu əsəri, oxuyub heç nə anlamamışdılar. O vaxtın yazıçılarının əsas missiyası sadə oxucu ilə danışmaq idi. Məncə, hər ikisi də bu missiyanı uğurla yerinə yetiriblər.
Qan Turalı: Müasir dövrün ədəbiyyatını necə görürsünüz? Yəni yazıçı nədən yazmalıdır?
Elçin Əlibəyli: Mən tənqidçiyəm. Belə bir söz var: tənqidçi bilir onu necə etmək lazımdır, amma edə bilmir. Yəni nəzəri cəhətdən bilir, praktikada tətbiq edə bilmir. Heç vaxt düşünməmişəm ki, hansı problemi gətirmək olar. Hər yazıçı öz “problemini” tapır. Problemlər hər yerdə var, amma hansı yazıçı onu tapıb, onu bədii şəkildə təqdim etməyi bacaracaq, əsas məsələ budur. Bu yaxınlarda bir yoldaş mənə yaxınlaşıb dedi ki, mən görürəm sənin ədəbiyyata marağın var, mənim özümün 8 cildlik kitabım var. Əvvəlcə şoka düşdüm. 50 yaşlarında bir yoldaş idi. Fikirləşdim ki, yəqin ki uzun illərin nəticəsində ərsəyə gəlib. Sən demə, 6 aya yazılıbmış. Əslinə baxanda, o, 8 cildi yığıb 60-70 səhifəlik bir əsər yazsaydı, daha maraqlı olardı. Yazıçı əsgərlik xatirələrini yazmışdı. Bir az oxudum. Əsərdə elə xatirələr var idi ki, bunlar çox vaxt əsgərlik barədə qəzetlərdə çıxan xatirə yazılara oxşayırdı.
Qan Turalı: Son zamanlar Azərbaycanda bir “roman epidemiyası” var. Bununla bağlı nə düşünürsünüz?
Elçin Əlibəyli: Sovet dövründən sonra bizdə romançılıq bir az dayanmışdı. Qərb romançılığını bizə romanın, əslində cild-cild olmamasını aşıladı və romançılıq dirilməyə başladı. Romanı AYO-çular başladı. Seymur Baycan həmişə deyir ki, Azərbaycanda romançılıq “xofu” var idi. AYO-çular bu xofu dağıtdılar. Mən demirəm ki, çox böyük əsərlər ortaya qoydular, amma başlanğıc üçün yaxşı idi. Biz 3-4 romanla bu periodu başa vursaq, bu bizim üçün çox böyük qazanc olacaq. Məsələn, “Ən Yeni Ədəbiyyat” silsiləsindən çıxan bir çox kitabları oxudum. Aralarında bəziləri var idi ki, çatışmazlıqlar çox idi. Amma bununla belə, biz böyük bir mərhələnin başlanğıcını qoyduq. Bu silsilədən 2 dənə əsər qalsa ədəbiyyata, çox böyük hadisə olar. Hər kitabdan şedevr gözləmək olmaz.
O vaxt Azərbaycan əhalisi kütləvi savadsız idi
Qan Turalı: Azərbayca klassikləri heç biri roman yazmayıb, nə Axundzadə, nə Mirzə Cəlil, nə Haqverdiyev. Müasirlərdən təkcə İsa Hüseynov yazıb. Konkret onlar yazmalı idilər, onlar da yazmayıblar...
Elçin Əlibəyli: Birincisi, o dövrdə Azərbaycan əhalisi kütləvi şəkildə savadsız idi. İnsanlara hər hansı bir ideyanı çatdırmaq üçün ən yaxşı yer teatr idi. Ona görə, onlar bütün fikirlərini cəmləşdirdilər pyesə - səhnəyə, oxumaq, yazmaq ikinci plana keçdi. O vaxt əlifba yeni-yeni yaranırdı. Onlardan nəinki roman, heç povest gözləmək belə çox olardı. Azərbaycanda ilk romançılıq Ordubadi ilə başlayıb. Sovet dövründə əhalinin savadı, təhsili xeyli dərəcədə artmışdı. Daha sonra 1960-70-ci illərdə roman janrı “sözçülük” də yer almağa başladı. Çox maraqlandım bununla, məlum oldu ki, onda hər sətirə görə qonorar verilirmiş. Bu səbəbdəndir ki, romançılıq zəiflədi.
Kitabının adı “Əynimdə kəfən gəlirəm”dir, şəklində dəri plaş
Qan Turalı: Bir az poeziyadan danışaq. Deyirlər ki, bizim poeziyamız nəsrimizə görə çox yaxşıdır. Siz nə düşünürsünüz?
Elçin Əlibəyli: Azərbaycan poeziyasından gördüyüm problem felin az işlənməsindədir. Müasirlərdən söhbət getmir, ümumilikdə bütün poeziyamızı nəzərdə tuturam. Çox az şeir göstərmək olar ki, orda iş var, hərəkət var. Şeirlərdə yersiz təsvirlərə çox yer verilir. Gündə bir adam şeir kitabı çap edir, şeirlərinə baxırsan, hadisəlilik yox, ancaq “tərənnümçülük”. Azərbaycanda şair həddən artıq çoxdur. Hətta bir şair var idi, "Əynimdə kəfən gəlirəm" adlı kitab buraxıb, kitabın üz qabağında dəri plaşda şəkli var. Mən onu başa düşə bilmədim. “Azərbaycan poeziyası nəsrinə nisbətən daha yaxşıdır” fikri ilə qismən razıyam. Ən azından Azərbaycan şərq ölkəsidir. Şərqin poeziyası isə həmişə güclü olub.
Qan Turalı: Həm də bizdə poeziya ənənəsi tarixi cəhətdən daha qədimdir..
Elçin Əlibəyli: Bilirsiz bir də yaranma müddəti də var. Məsələn, şeir bir günə, bir dəqiqəyə də yarana bilər. Amma nəsrə baxın. Seymur Baycanın “Quqark” əsərini yazması üçün uzun bir müddətə ehtiyacı vardı. Həm yazıçı üçün, həm də cəmiyyət üçün. Gəlin Kunderanın “Varolmanın dayanılmaz yüngüllüyü” əsərinə baxaq. Bu əsər 1968-ci ilin hadisələrindən bəhs edir. Amma 1968-ci ildə birdən-birə yarana bilməzdi axı. Nəsrin problemi şeir kimi tez yarana bilməməyindədir.
Qan Turalı: Hüseyn Cavid, Cəfər Cabbarlıdan sonra dramaturq yetişmədi. Sizcə necə nizamlamaq olar ki, yaxşılar daha çox seçilsin bu axından?
Elçin Əlibəyli: Bunun iki yolu var. Ya Sovet dövründəki kimi boğmalıdır, ya da bunu ədəbi qurumlar tənzimləməlidir. Müxtəlif mükafatlar, müsabiqələr təşkil etməklə meyarları, onluqları müəyyən edəcəklər və ya müxtəlif saytlarda tənqidçi, yazıçı, mütəxəssislərdən hər hansı bir əsər haqqında rəy dərc etməklə bu axından yaxşıların seçilməsinə nail ola bilərlər. İkincisi, özünə hörmət edən, ədəbiyyata xidmət etmək istəyən nəşriyyat hər gələn adamın kitabını çap etməsin.
Qan Turalı: Brodski deyir ki, bəşəriyyəti xilas etmək mümkün deyil, amma fərdləri xilas etmək mümkündür. Sizcə ədəbiyyat insanları fərdi olaraq xilas edə biləcək?
Elçin Əlibəyli: Sözsüz, yalnız ədəbiyyat bu yükü daşıya bilər. Hər halda kitab Allahın kəlamları kitab şəklində gəlib. Demək ki, xilas kitabdadır. Hətta peyğəmbərlərdən biri Allah tərəfindən göndərilən vərəqi hərf bilmədiyindən yemək istəyirmiş. İndi də belədir. Kitab oxuya bilməyəndə, insan yeməyə meyllənir. Televiziya da bu rolu yaxşı oynadı. Insanları kitabdan ayırdı, onları hamburqer, popkorn yeməyə məcbur etdi. Məncə, kitaba qorxu da var ki, bunu da aradan qaldırmaq lazımdır. Məsələn, gənclər qalın kitab görəndə qorxurlar. Bəs dastançılıq nədir? Aşıq bütöv bir dastanı söyləyirdi, göstərirdi, oynayırdı. İnsanlar daha əziyyət çəkib dastanı oxumurdular. Yəni kitab oxumazlıq bir az da bizim içimizdən gələn bir şeydir.
Günel Əsgərzadə hazırladı

1726 dəfə oxunub
Oxşar xəbərlər
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
"Şeir gərək azad ruhla yazılsın..." - Nərmin Kamal
12:00
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd
17:00
28 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub
09:31
27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu
13:10
25 noyabr 2024