Fəxri Xiyabanda dəfn olunanlar - FOTOLENT

Fəxri Xiyabanda dəfn olunanlar - FOTOLENT
4 oktyabr 2013
# 10:05

Fəxri Xiyabanda əsasən, elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci Dünya Müharibəsi illərində döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlar, Sovet hakimiyyəti dövründə yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq fərqlənmiş, fəxri adlar almış əmək adamları dəfn olunur.

Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılan Fəxri Xiyabanda məşhur bolşeviklər, cümhuriyyət dövründə öldürülmüş inqilabçılar da var. Çoxunun da məzar daşında “müsavat cəlladları” tərəfindən öldürülmələri xüsusi qeyd olunub.

Fəxri Xiyabanda onlarla şair və yazıçı, incəsənət adamı, dövlət xadimləri və Azərbaycanın iki eks-prezidenti (Əbülfəz Elçibəy və Heydər Əliyev) dəfn olunub.

II Fəxri Xiyabandan fərqli olaraq burda xüsusi səliqə-səhman göz oxşayır. Səhər saatlarında başlayan təmizlik və səliqə-səhman işləri günortaya qədər davam edir.

Fəxri Xiyabanda dəfn olunmuş ən gənc adam AzTV-nin əməkdaşı, 20 noyabr vertolyot qəzasında həlak olan Arif Hüseyinzadədir.

Fəxri Xiyabanın ilk “sakinləri” Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdı oğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabski olub. Hələlik sonuncu məzar Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun məzarıdır. Hazırda Mahmud Kərimov üçün qəbirüstü abidə hazırlanır.

Cəlil Cavanşir

Fotolar müəllifindir

# 4597 dəfə oxunub

Müəllifin son yazıları

# # #