“Lənətlənmiş cənnət” təqdim olundu

“Lənətlənmiş cənnət” təqdim olundu
17 sentyabr 2013
# 11:54

Vətəndaş Həmrəyliyi Partiyasının qərərgahında şair Saday Şəkərlinin “Lənətlənmiş cənnət” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə İlyas Tapdıq, Oqtay Rza, Cavid Zeynallı, Elçin Hüseynbəyli, Salam Sarvan, Əjdər Ol, Məti Osmanoğlu, Kənan Hacı, Zəka Vilayətoğlu, Ayaz Arabaçı, Tahir Kazımlı, Ağa Cəfərli, Əsəd Qaraqaplan, Faiq Balabəyli, Rəfael Həbiboğlu, Kəmaləddin Qədim və başqa tanınmış qələm adamları iştirak edib.

Tədbirdə çıxış edənlər Saday Şəkərli yaradıcılığının məziyyətlərindən danışdı, şairə gələcək yaradıcılığında uğurlar arzuladılar.

Xatırladaq ki, Saday Şəkərlinin sayca 13-cü olan “Lənətlənmiş cənnət” kitabında şairin son şeirləri toplanıb.

Kitabın redaktoru Tahir Kazımlıdır.

# 1780 dəfə oxunub

Müəllifin son yazıları

# # #