Hipnozlu orgiya

Hipnozlu orgiya
5 iyun 2013
# 07:45

30 Mart 1950-ci ildə tarixində Türkiyədə Metapsixi (Parapsixoloji) Tədqiqatlar və Elmi Araşdırmalar Cəmiyyəti yaranır. Cəmiyyəti həkim Bedri Ruhselman və onun bir qrup dostu yaratmış, Ruhselman da rəhbərliyə gətirilmişdi. Taksimdə fəaliyyət göstərən Cəmiyyətin məqsədi qaranlıq olsa da, cəmiyyətin adındakı “Elmi Araşdırmalar” ifadəsi çoxlarını çaşdırırdı. Ruhselman və dostları parapsixologiya ilə məşğul olur, ruhlarla kontakt qurduqlarına, bədənsiz varlıqlarla danışdıqlarına inanırdılar. Əslində bütün bunlar əsas işi pərdələyirdi. Bu təşkilatın əsas işi, xalq arasında geniş yayılmış falçılığın “elm” donu geyindirilmiş forması idi. Eyni zamanda əsas işləri hipnoz və “ruh çağırma” ayinləri təşkil etməkdi.

Ruhçu kahinlər elmi dərnəkdə

Bedri Ruhselman cəmiyyətə cəmi 7 il rəhbərlik edir. 1957-ci ildən cəmiyyətin rəhbəri postunu həkim Refat Kayserilioğlu tutur. Kayserilioğlunun rəhbərliyi dönəmində cəmiyyətin məqsədi sadə insanlar üçün də aydınlaşmağa başlayır. Cəmiyyət “Ruh və Maddə” adlı jurnalın nəşrinə başlayır. Dərnəyin toplantılarına təkcə psixatrlar deyil, spiritualist kahinlər də qatılmağa başlayır. Bedri Ruhselman və Refat Kayserilioğlu ilə bərabər, Macit Aray, Sevgi Çağıl, Hikmət Omay, Sebahat Bacı kimi spiritualistlər cəmiyyətin əsas simalarına çevrilir.

Türkiyənin “Evrovision” mahnısını bəstələyən parapsixoloq

Kayserilioğlu iddia edirdi ki, o Mustafa Molla, Kadri Dost, Beyti Dost, Akın və Şihap adlı rəhbərlərdən(ruhlardan) dünyanı və insanlığı xilas etmək üçün məlumatlar alır. 1966-cı ildə Bedri Ruhselman vəfat etdi. Onun ölümündən sonra ruhçu kahinlərin arasında tək qalan Kayserilioğlu öz tərəfdarları ilə bərabər Metapsixi Tədqiqatlar və Elmi Araşdırmalar Cəmiyyətindən ayrılır. Əslində spiritualistlər birləşərək onu cəmiyyətdən uzaqlaşdırırlar.

Həkim Refet Kayserilioğlu öz ruhçağırma seanslarından sui-istifadə edən bir insan kimi tanınırdı və çoxları ondan narazı idi. Amma bütün bunlara baxmayaraq Metapsixi Tədqiqatlar və Elmi Araşdırmalar Cəmiyyətindən ayrıldıqdan dərhal sonra həkim Refet "Dünya Sevgi Birliyi" adlı dərnək qurur, “Ruh dünyası” adlı jurnalın nəşrinə başlayır. "Məşəl" adlı varlıqdan vəhy gəldiyini deyən Kayserilioğlu ud və tənbur çalır, mahnılar bəstələyirdi. Hətta 1985-ci ildə Neco Kayserilinin “Evrovision”da ifa etdiyi mahnını da bəstələmişdi.

Məşhurlar spiritualistlərin torunda

Ətrafına populyar musiqiçiləri, yazarları toplamış və özü də “sosyete” ulduzuna çevrilmişdi. Dərnəyinin üzvləri arasında Zeki Müren, jurnalist Çetin Altan, Mete Akyol, Neco, Rüçhan Çamay, Könül Akkor kimi məşhurlar vardı. Kayserilioğlu sonralar adını “Beyti Dost” deyə açıqladığı varlıqdan sevgi ilə bağlı mesajlar aldığını iddia və düşüncələrini ətrafındakı insanlara təbliğ etməyə başladı. “Məşəl” adlı varlıq, Ruhselman rəhbərliyi dövründə tanınan “Beyti Dost”a çevrildi.

Kayserilioğlu hesab edirdi ki, Beyti Dost son üç peyğəmbərdən biridir və yalnız onunla əlaqə qurur. Rentgen həkimi olan Kayserilioğlu Beyti Dostun İsa peyğəmbər olduğunu da iddia edirmiş.

Spiritualistlərə görə “Beyti Dost” seansları artıq Ruhselmanın sədr olduğu dönəmdə bitmişdi. Bedri Ruhselmanı bütün dünyada neo-spiritualistlərin lideri olaraq qəbul edənlər hesab edirdi ki, bir seans uzun müddət davam edə bilməz.

Spiritualist seansları zamanı ruh lazım olan informasiyaları spiritualist kahinə ötürür, sonra isə bu kontakt ləğv edilir. Əgər mesaj, informasiya ötürən varlıq seansa davam edirsə bu qaydalara ziddir. Bu zaman informasiya alan kahin əlaqəni dayandırmalı, əlaqəyə mane olmalıdır.

Davam edən əfsanə - Beyti Dost

“Beyti Dost” əfsanəsi yayıldıqca Kayserilioğlu öz fırıldaqlarını ustalıqla davam etdirir. Beyti Dostla danışdığını iddia edən Kayserilioğlu həm də Türkiyənin ən yaxşı hipnozçusu(!)sayılırmış.

Seanslar bu sirri bilən bir neçə nəfərin iştirakı ilə həyata keçirilər, seans prosesi maqnitofona yazılar, daha sonra yazıya köçürülərək müridlərə paylanılardı. “Beyti Dost” hal-hazırda da bir təriqət kimi fəaliyyətini davam etdirir və təriqət üzvləri özləri haqqında masonlar kimi əfsanələr yaratmağı sevirlər. Həkim Refet Kayserilioğlu parapsixologiya və həkimliklə məşğul olub, şeirlər və mahnılar yazıb. “Kainatı idarə edən güc- Sevgi” kitabının müəllifi olan Kayserilioğlu 2004-cü ildə İstanbulda vəfat edib.

Bu təriqətin üzvlərinin inancına görə Beyti Dostdan gələn mesajlar vasitəsi ilə mürdilər cinsi əlaqə təcrübəsini artıra, ictimai fəaliyyətlə məşğul olub uğur qazana, evlənə bilər. Orgiyalar bu təriqətdə də geniş yayılıb. Bu orgiyalar əsasən hipnoz seanslarından sonra gerçəkləşərmiş.

Kayserilioğlunun ölümündən əvvəl Beyti Dost-İsa Peyğəmbərin ruhu ruh çağırma yoluyla dəvət olunur, medyum yolu ilə bir nəfərin bədəninə daxil olur və danışmağa başlayarmış. Sonra məlum olur ki, Beyti Dostun daxil olduğu bədənin sahibi əyyaşın biri imiş.

# 2539 dəfə oxunub

Müəllifin son yazıları

# # #