Qolsuz əsgər-QAZİLƏR ŞEİRİ

Qolsuz əsgər-<span style="color:red;">QAZİLƏR ŞEİRİ
7 avqust 2014
# 10:52

mən müharibədən şikəst qayıtmış,

gəncliyi sönmüş,
istiqbalı batmış əsgərəm
məscidə gəlirəm,
hər gün...

əllərini açıb

dua edir

bahalı maşınlardan düşən

mömin adamlar...

Gümüş üzüklü toppuş barmaqları ilə

saqqalını qaşıyır təqvalı cavanlar...

dua edirəm,

mən də...

Həmin yerdə - camidə...

əlimi açmıram dərgahına

bəlkə sənə çatmır ahım...
əfv et məni, allahım!!!

bəlkə də

dua edənlərin hər birindən

çoxdu günahım.

əllərini qaldıranlar

məndən daha ümidlidir

...əfv olacaq onların günahı...

hər salavatdan sonra

gümüş üzüklü,

incə barmaqlı adamlar

peyğəmbər və əhli-beytinə göndərir salamlar...

mən də
duadan sonra

salavat gətirib əlimi üzümə çəkmək istəyirəm


bunu etməsəm hirslənməzsən ki, allahım?

Salavatsız bağışlayırsanmı günahı?
Eh…

Özün bilirsən də...
mənim əllərim yoxdu axı…

2010

# 1626 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #