ABŞ-ın “Trafford” nəşriyyatı “Modern Azərbaycan nəsri” adlı irihəcmli kitabı nəfis şəkildə kütləvi tirajla çap edib.
AzərTAc xəbər verir ki, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı kitaba yazdığı “Ön söz”də Azərbaycan ədəbiyyatının, o cümlədən nəsrinin keçdiyi inkişaf mərhələlərindən söhbət açaraq söz sənətimizdəki yeniləşmə prosesini dünya ədəbiyyatı kontekstində şərh edib.
Topluda Azərbaycanın qələm sahiblərindən İsmayıl Şıxlı, İsa Muğanna, Yusif Səmədoğlu, Elçin, Anar, Aqşin Babayev və başqalarının əsərlərindən nümunələr təqdim olunub.
- Milli Dram Teatrının yeni veb-saytı istifadəyə verilib
- Bakıda 4-cü Gənclər Film Festivalı keçirilir
- Rasim Qaracanın ilk kitabı yenidən nəşr olundu
Kitabda yazıçıların tərcümeyi-halları və fotoşəkillərə də yer verilib.