"Xan Kamandar" kitabının təqdimatı olub

"Xan Kamandar" kitabının təqdimatı olub
17 dekabr 2012
# 13:02

Dekabrın 17-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin layihəsi olan “Ustad aşıqlarımız” seriyasından nəşr edilmiş “Xan Kamandar” kitabının təqdimatı keçirilib.


“Elm və təhsil” nəşriyyatında, nəfis tərtibatla çap edilmiş kitab Borçalı aşıq məktəbinin yetirməsi, XX əsrdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan və hələ sağlığında ikən klassikləşən, Əməkdar Mədəniyyət İşçisi Aşıq Kamandar Əfəndiyevə həsr olunub.


Təqdimat mərasimində ustad aşığın mənalı ömür yolu və zəngin yaradıcılığı haqqında geniş məlumat verilib.

# 1952 dəfə oxunub

Müəllifin son yazıları

# # #