Həmid Herisçinin konspirologiyası
12 iyul 2011
08:57
İki-üç ay bundən əvvəl Həmid Herisçi çiynindəki, az qala, illər ərzində daşıdığından artıq bədəninin bir üzvinə çevrilən çantasından yeni çap olunmuş kitabını çıxarıb mənə hədiyyə elədi; kitab satışda olmadığı üçün onu ancaq müəllifin öz əlindən oxumaq mümkün idi. “Konspiroloq” adlanan bu kitaba Herisçi qısa bir avtoqraf da yazdı: “Mənim sirlər xəzinəm”.
Vaxt qıtlığı ucbatından kitabı, az qala, vərəq-vərəq, hətta bəzən abzas-abzas oxumalı oldum və nəhayət, bu günlərdə son cümlə ilə vidalaşdıq. Sözün açığı, bu kitab, sadə oxucu düşüncəsi ilə desək, zövq-zad almaq üçün deyil; Həmid bu kitabda lap “Tarixin atası” hesab olunan qədim Herodot kimi müasir dünya tarixinə atalıq eləyib. Son yüz ildə dünyada baş verən elə bir siyasi hadisə, inqilab, terror, kəşfiyyat əməliyyatı qalmayıb ki, Həmid Herisçi onu öz qələminin hünərinə təslim etməsin.
Fukuyama məhşur əsərində “Tarixin sonu”nun çatdığını iddia edirdisə, Həmid ağa bu kitabında təkcə tarixin deyil, hər şeyin sona yetdiyini iddia edir – modernizmin, realizmin, sürrealizmin, nihilizmin, postmodernizmin, şürun, məntiqin, absurdun və daha nələrin. Ancaq çox xəsisliklə yazdığı belə bir cümlə də var: “İnsan dirilib”. Yəni hər şey öldü, əvəzinə insan yarandı. Kitabdan Qiyamət Gününün qoxusu gəlir, sanki.
İndiyəcən üç kitabı oxuyanda dərin sarsıntı və qorxu hissi keçirmişəm; Kafkanın kitabını, Bulqakovun “Ustad və Marqarita”sını, indi də Həmidin “Konspiroloq”unu və nə sirdirsə hər üç kitabı məhz yayın istisində oxumaq nəsib olub mənə. Kafkanı kənddə oxuyanda anam elə bilmişdi ki, dəli olmuşam və gizlincə gedib kəndin mistika üzrə “ferdşeli” işləyən seyid Zəkullaya baxdırmışdı. Seyid kök bir hinduşka alandan sonra dəqiqi diaqnoz qoymuşdu: “Uşağı ölü tutub”. Kənddə ölü tutmuş uşağın yaxasını mərhumun əlindən almaq üçün mütləq həmin rəhmətliyin xatirinə qazan asmalısan, yoxsa kor tutduğunu buraxmadığı kimi ölü də uşağın yaxasını buraxmaz.
Bəli, qazan asıldı, məni tutan ölü yeyib-içəndən sonra yaxamı buraxdı, üstəlik, dalıma bir təpik də ilişdirdi. Bulqakovu isə şəhərdə, o vaxt aşiq-məşuq olduğumuz bir xanımın yanında oxuyurdum. Əsərin qara magiyası məni elə sarsıtmışdı ki, həmin xanım ruhi vəziyyətimə baxıb məndən bir də adam olmayacağı qənaətinə gəldi və biryolluq çıxıb getdi. Həmidin kitabını isə tək oxumalı oldum. Bu kitaba nə bədii, nə tarixi, nə publisistik kitab demək olmaz: bu kitab dünyanın istər siyasi, istər tarixi, istərsə də poetik xaosunun Həmid Herisçi təfəkküründəki görüntüsü, nizamı, izahıdır. Həmid oz öxucusuna girdabında çapaladığı dünyanı bir ucdan vurhay izah edir; Yaponiyanı vuran sunami dalğası ilə ərəb dünyasını vuran inqilab dalğası arasında elə uyğunluqlar tapır ki, adam göydəki qüvvələrlə yerdəki qüvvələrin əlbirliyinə inanmaya bilmir. Yaxud Çe Gevaranı Pişəvəriyə elə “qohum” çıxarır ki, ya onların atasını yandırır, ya da bizim.
Həmidin dünyası kürə formasında deyil, müstəvi şəklindədir, eynən Hitlerin qarşısına sərdiyi xəritə kimi. O, dünyaya fürer gözüylə baxır, bu gözdə mərhəmət yoxdu, intiqam var; kim güclüdürsə, haqq onundur, dünya onundur. Onun öz aləmində tərtib etdiyi dünyanın siyasi xəritəsi, bizim məktəbdə gördüyümüz xəritə kimi deyil. Onun aləmində hələ heç bir müharibə başa çatmayıb, hələ heç bir sülh müqaviləsi imzalanmayıb, əsir düşərgələri, gestapolar ləvğ olunmayıb. Həmid üçün, elə bil, dünyada yalnız bir əsr var – XX əsr. Dünya həmişə bu əsrdə yaşayıb və Qiyamətəcən də yaşayacaq, o, buna məhkumdur. Həmidin dünyası bir az da cəhənnəmi xatırladır: bu dünya sorğu-suallar, işgəncələr, əzablar dünyasıdır. Ədəbiyyatda hegemonluq edən “Balaca adam” mənim Həmidim üçün nəinki maraqsızdır, o, hətta bəzən bu adama nifrət edir. Onun yaradıcılığı “Böyük adam”ların ədəbiyyatıdır. Onun üçün Hitler maraqlıdır, vaqonlara doldurulub yandırılan milyonlarca yəhudi yox. Onun yazıçı istedadı insan qəlbinin qəddarlığına, amansızlığına məftundur sanki.
Ancaq bir dəfə bu qəddarlıq və amansızsıq “aşiqi” ilə Qazaxdan Bakıya qayıdırdıq. Birdən qarşımıza yol boyunca düzülmüş ağacları fəhlələrə kəsdirən qalstuklu, ağ köynəkli beş-altı yekəqarın kişi çıxdı. Həmid qəfildən qəzəblə taksi sürücüsünün üstünə qışqırdı: “Saxla!”. Və yerə düşən kimi həmin kişilərin üstünə şığıdı: “Nə üçün kəsirsiniz bu ağacları, kim sizə ixtiyar verib?” Kişilər bu qəribə, tanımadıqları adamın onlarla bu cür Teymurləngsayağı danışmasından qorxub, acizanə şəkildə: “Məktəblərə odun tədarükü görürük”. Nəsə, Herisçi coşdu, nə coşdu! Birtəhər onu sakitləşdirib taksiyə əyləşdirdim və yol boyu o, ağzını da açmadan elə hey ağaclara, ağaclara baxdı, hətta sürücünün aranı yumşaltmaq üçün oxutduğu Könül Xasiyevanın qəmli, niskilli səsini belə eşitmədi. Hiss etdim ki, o, oz aləmində kəsilən ağacların xiffətini çəkir.
İndi bu “Konspiroloq” kitabını oxuyanda başa düşdüm ki, Həmid Herisçi ağacları çox sevir, ağacları kəsən adamları yox.

3380 dəfə oxunub