Amerika kino Akademiyası “Oskar”dan 2014-cü ildə 97,3 milyon dollar qazanıb.
Bu barədə kulis.az gazeta.ru-ya istinadən xəbər verir.
2013-cü ildə akademiyanın “Oskar” mükafatlandırma mərasimindən və müvafiq tədbirlərdən qazancı 93,7 milyon dollar olub. Bu məbləğin böyük bir hissəsi yayım hüququnun satışından gəlir. Belə ki, ABC kanalı ABŞ-da 2020-ci ilə kimi mərasimin nümayiş haqqını alıb, xaricə isə 2020-ci ilədək “Oskar”ı Bunea Vista İnternational nümayiş edəcək.
Bütünlükdə isə Akademiya 2014-cü ildə 151 milyon dollar qazanıb. 2013-cü ildə isə bu rəqəm 134 milyon dolar idi.