Berlinale bu gün bu filmlə açılacaq

Berlinale bu gün bu filmlə açılacaq
15 fevral 2018
# 10:18

Berlin kinofestivalı tarixində ilk dəfə animasiya filmi ilə açılır.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, amerikalı rejissor Ues Andersonun “İt adası” animasiya filmidir.

Film Spots adlı iti ilə Yaponiyaya səyahət edən və şəhər merinin üzündən itini itirən Atari Kobayaşi adlı 12 yaşlı yeniyetmədən danışır.

Xatırladaq ki, festivalı bu gün açılır fevralın 25-dək keçiriləcək. Əsas mükafat uğrunda 19 film yarışır.

# 1721 dəfə oxunub

Müəllifin son yazıları

# # #