Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu
10 oktyabr 2026
# 11:00

Amerikalı aktyor, məşhur "Sevimli yalançılar" serialının ulduzu Kiqen Allen Los-Ancelesdə silahlı basqına məruz qalıb.

Kulis.az xəbər verir ki, 37 yaşlı sənətçi bu barədə özünün "İnstaqram" səhifəsində məlumat paylaşıb.

Aktyorun sözlərinə görə, ərzaq mağazasının qarşısında maskalı iki nəfər ona hücum edərək həyatını təhlükəyə atıb və saatını tələb edib.

"Bu iki şəxs başıma zərbə endirdi, üstümə tapança və bıçaq çəkdi, sonra isə qaçıb gizləndilər. Onlar maskada idilər və mənim saatımı apardılar", – deyə Allen dəhşətli anları izləyiciləri ilə bölüşüb.

Hadisə yerindəki müşahidə kameralarının lentə aldığı görüntülərdə maskalı iki şəxsin mağazanın dayanacağında əşyalarını avtomobilinin baqajına yığan Allenə yaxınlaşdığı görünür. Soyğunçulardan biri tapança ilə aktyorun başına bir neçə zərbə endirib, digəri isə onu tutaraq bıçaqla hədələyib.

Cinayətkarlar aktyorun bahalı saatını aparsalar da, onun yaralanmış qolundakı qolbağı və üzüyünü çıxarmayıblar. Başından aldığı ağır zərbələrə görə beyninin silkələnməsindən şübhələnən sənətçi tibbi yardım üçün xəstəxanaya müraciət edəcəyini bildirib.

Los-Ancelesdə məşhurlara qarşı artan "saat ovu"

Kiqen Allen bütün dünyada gənclər arasında böyük populyarlıq qazanan "Sevimli yalançılar" serialındakı Tobi Kavano rolu ilə tanınır. Lakin onun başına gələn bu dəhşətli hadisə Los-Ancelesdə son illər məşhurlara qarşı artan cinayət dalğasının sadəcə bir epizodudur. Xüsusilə "Roleks" və "Patek Filipp" kimi lüks saat brendlərini hədəf alan mütəşəkkil qruplar tez-tez Hollivud ulduzlarını izləyir və onlara ictimai yerlərdə, restoran çıxışlarında və ya dayanacaqlarda silahlı basqın edirlər. Bu təhlükəli tendensiya bir çox tanınmış simaların ictimai yerlərdə bahalı aksesuarlar taxmaqdan imtina etməsinə və ya xüsusi mühafizəçilər tutmasına səbəb olub.

# 1072 dəfə oxunub

Oxşar xəbərlər

Qadağan olunmuş 12 min  kitab  ictimaiyyətə təqdim olunur

Qadağan olunmuş 12 min kitab ictimaiyyətə təqdim olunur

12:03 24 noyabr 2026
"Betmen"in avtomobili hərraca çıxarılacaq

"Betmen"in avtomobili hərraca çıxarılacaq

11:39 24 noyabr 2026
Məşhur müğənni vəfat etdi - Səbəb

Məşhur müğənni vəfat etdi - Səbəb

11:07 24 noyabr 2026
Madonnadan pərəstişkarlarına sürpriz

Madonnadan pərəstişkarlarına sürpriz

10:41 24 noyabr 2026
Spilberqin yeni filmi vestern olacaq - Ssenarini Pol Tomas Anderson yazır

Spilberqin yeni filmi vestern olacaq - Ssenarini Pol Tomas Anderson yazır

10:12 24 noyabr 2026
"BTS" “Ən yaxşı kişi qrupu”  seçildi

"BTS" “Ən yaxşı kişi qrupu” seçildi

18:41 23 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər