Hər bir şəhərin “klassikləşmiş” görməli yerləri var. Turistlər həmişə mütləq ora gedirlər: Baş meydan, əsas məbəd, mərkəzi park və s. Halbuki bəzən görməli yerlər mərkəzdən kənarda yerləşir.
1. Bu Tayvan kəndi 86 yaşlı Xuan Yun Funun sayəsində belə şən görkəm alır. Bir dəfə o qərara gəlir ki, onun şəhərində rəng çatışmır. Onda bu adam qalxıb Tayçun adlanan kəndi tayvan rəssamlığına xas ənənəvi motivlərdən istifadə edərək rəngli şəkillərlə bəzəyir.
2. Balıqqulağı ilə bəzədilmiş bu mağara Böyük Britaniyanın sirlərindən biridir. Bu mağaranı kimin nə zaman nə məqsədlə yaratdığı bəlli deyil. Mağarada 5 milyon balıqqulağı istifadə olunub. Bəzi versiyalara görə bu cadugərlərin işidir. Mağara tamamən təsadüfən aşkarlanıb. Bir yerli sakin ördəklər üçün gölməçə qazarkən belə bir mağara aşkarlayır.
3. Sintra şəhərində Kinta de Reqaleyr qəsri. Buranın ən görməli yeri 27 metr dərinliyi olan spiralvari quyudur. Bunu çevrilmiş qüllə də adlandırırlar.
4. Rumıniyanın Sepınça adlanan kəndində Çimitirul-Vesel adlanan bu qəbiristanlıq bəlkə də dünyada ən şən qəbiristanlıqdır. Bu qəbiristanlığın bir qanunu var - ölənin sağlığındakı məşğuliyyəti parlaq boyalarla karikatura şəklində əks olunur. Bəzən bu karikaturalar satirik şeirlərlə təqdim olunur.
5. Hindistanın Çerapunduji şəhərində belə qəribə bir körpü var. Zamanla bu körpü daha da möhkəmlənir. Adamlar ağacları çayın o biri sahilinə əyiblər və zamanla o ağaclar körpü şəklində böyüyüb. Canlı körpü olmağa razı olublar.
6. ABŞ-ın Virciniya ştatında mağaralardan birində orqan var. Onu trubalar əvəzinə daşdan süzülən damcılar müşayiət edir.
7. Vat Ronq Kxun Фğ məbədi Tailandda yerləşir. Bu məbəd 1997-ci ildə tikilib. Müəllifin ideyasına görə, məbədə aparan yol cəhənnəmdən cənnətə aparan cığırdır. Şübhə və cazibəni simvollaşdıran daş əllər bu cığırboyu yolçulara uzanır.
8. Stokholm metrosu həm mağaraya həm də muzeyə oxşayır. Metronun bəzi stansiyaları iri sərgi pavilyonudur. Bu metropoliteni planetin ən iri bədii qalereyası sayırlar.
9. Avstraliyanın Paranello Parkı 1930-cu ildə tikilib. XX əsrin sonunda parkda təmir bərpa işləri aparılması üçün işlər aparılır, lakin işlər yarımçıq dayandırılır. Az bir vaxtda fəvvarələr burada təbii şəkildə gözəlliklər yaradır.
10. Banqkokda Devid Bekhem muzeyi əslində Vat Parivat adlanır. Lakin futbolçunun fanatları onu belə əbədiləşdirmək istəyiblər. Burada Bekhemin qızıl suyuna çəkilmiş heykəlciyi tək deyil. Onlarla məşhurun heykəlciyini burada tapmaq olar.