"Əlisəmid Kür bunu deyərdi, siqaretini tüstülədərdi" - Həmid Herisçi

"Əlisəmid Kür bunu deyərdi, siqaretini tüstülədərdi" - Həmid Herisçi
14 oktyabr 2025
# 17:50

Kulis.az Həmid Herisçinin dünən vəfat edən tanınmış şair Əlisəmid Kürə həsr etdiyi "Bu, nə qoşa zərdi?" şeirini təqdim edir.

Bu, nə qoşa zərdi?
Bu, nə qəzavü-qədərdi?
Bu, nə zülmdü?
Mətbəxə su gəlmir iki gündü...
Xəstə anamın, Əlisəmidin
qarnına, ciyərlərinə isə
su gəlib?

"Azərsu" boru xətlərinimi dəyişib?
Kim? Hansı zalım? Çoxbilmiş alim,
papağı ulduzlu münəccim
Bu ziddiyyətləri, fərqləri
Birləşdirib?
Əlaqələndirib?
Hansı iplə bərk-bərk düyünləyib?
Belə görürəm, çox möhkəmdir
Bu ip.
Ay şoğərib! Şouqərib!
Deşifrələsən, qısa bir söz yaranacaq:
İcbari Tibbi Sığorta Agentliyi - "TƏBİB!"

Bu, nə qoşa zərdi?
Bu, nə dərddi?
Niyə telefonlarının hamısı "səssiz" rejimindədi?
Niyə “Azadlıq”, “Ədəbiyyat” qəzetlərinin
Redaksiyaları bir vaxt
“Azərbaycan” nəşriyyatında
Eyni ayaqyolunu bölüşərdi?
Redaktorlarının gözləri məcburi görüşərdi?
Orda birləşərdi
Həyatın sidiyi.
Həyatın bizə yedizdirdiyi.
Bu səni düşündürərdi...
Diksindirərdi.
Axırda qulağımı isidərdi
Son cümləsindəki "i" səsi:
"Ədəbiyyatda və siyasətdə ortaq maraqlar hakimdi".

Bu, nə qoşa zərdi?
Bu gecələr niyə göylərdə
ulduzlara qənaət edərdi?
Ancaq yerdə hamısını
cəmləyərdi,
Xərcləyərdi
bir çirkab gölməçəsində.
Bir gözəlin gözlərində.
Hərdən hətta sənin sifətində.

Sən də qoşulardın gecənin
Bu bədxərcliyinə.
Əlini salıb kasıb, sallaq cibinə.
Təəssüflənərək
Xalqın az sıfirlı məvacibinə!
Bilirəm, ağzın zəhərdi.
Niyə ilk sevgilisini xatırlayanlar
Qəfil yerə tüpürərdi?

Bu, nə şəhərdi?
Bu, nə xeyirdi? Bu nə şərdi?
Əlisəmid Kür bunu deyərdi.
Siqaretini tüstülədərdi.
Siqareti tükənərdi.
Son siqaretini
o, həmişə səndən, məndən istərdi.
Bilirdi,
bütün qoşa zərlərin, siqaretlərin
fərqini.

# 2757 dəfə oxunub

Oxşar xəbərlər

"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

15:00 13 aprel 2026
Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri

Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... - Günün şeiri

14:20 13 aprel 2026
"Ərǝb yazılı quşlar uçurdular ömrümü..."  - Yeni imza

"Ərǝb yazılı quşlar uçurdular ömrümü..." - Yeni imza

13:30 11 aprel 2026
"Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də..." - Jak Preverin şeirləri

"Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də..." - Jak Preverin şeirləri

13:10 11 aprel 2026
Eyni günlərdən ömrüm qabarladı... - Maarif Soltanın şeirləri

Eyni günlərdən ömrüm qabarladı... - Maarif Soltanın şeirləri

13:30 10 aprel 2026
Həmid Herisçi: "Xarici turistlərə bələdçi işləyim?"

Həmid Herisçi: "Xarici turistlərə bələdçi işləyim?"

11:26 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər