Zorlandığına görə intihar edən aktrisa

Zorlandığına görə intihar edən aktrisa
14 avqust 2014
# 16:39

Kulis.az intihar etmiş aktrisalarların siyahısını təqdim edir.

Pier Andceli(1932-1971) italyan aktrisası.

“Tereza” filminə görə “Qızıl Qlobus” alıb. Kino-tənqidçilər istedadına görə onu Qreta Qarbo ilə müqayisə edirdilər. Aktrisanın Kirk Duqlasla sevgi münasibəti olmuşdu. Anasının təzyiqi ilə Andceli aktyor və müğənni Vik Damona ərə gedib.

Dörd il sonra cütlük ayrılır. Qocalmaqdan qorxan aktrisa 39 yaşında özünü öldürür.

Dayana Berrimor -(1921-1960) Amerika aktrisası və yazıçısı.

Üç dəfə ərdə olan aktrisanın uşağı olmayıb. Psixi pozğunluqdan əziyyət çəkən aktrisa bir neçə dəfə intihara cəhd etmişdi. Nəhayət, 38 yaşında həb ataraq intihar edir.

Lupe Veles (1908-1944) əslən Meksikadan olan Amerika aktrisası.

Hollivudda çox uğurlu karyerası olan aktrisa xüsusən komediyalarda oynadığı rollarına görə məşhur idi. Cazibədar aktrisa Çarli Çaplin, Heri Kuper, Con Gilbert kimi məşhurlarla eşq macərası yaşayıb.

Beş il Tarzan rolunun ifaçısı və üzgüçülük üzrə 5 qat dünya çempionu Conni Vaysmüllərlə evli olub.

Sonra isə gənc aktyor Harold Mareşlə roman yaşayan aktrisa ondan hamilə qalır. Ciddi katolik dəyərlərlə tərbiyə alan aktrisa aborta razılaşmır və qeyri-qanuni uşağa görə rüsvay olmaqdan qorxur. Və yuxu dərmanı içərək intihar edir. O, ölümündən əvvəl sevgilisinə belə məktub yazır: «Tanrı səni və məni bağışlayar. Mən rüsvay olmaqdansa körpəmlə dünyadan getməyi üstün sayıram”.

Viveka Babadci- (1973-2010) hind aktrisası və fotomodel.

Aktrisa özünü tavan ventilyatorundan asıb.

Mariya Bard (1900-1944) alman aktrisası.

Səssiz filmlərdə çəkilən aktrisa siyasi səbəblərdən intihar edib.

Nora Qreqor (1901-1949) Avstriya aktrisası.

Jan Renuarın “Oyun qaydaları” filmindəki Kristina obrazı onun ən məşhur roludur. Eyni zamanda məşhur Danimarka rejissoru Karl Dreyerin “Mixael” filmində də rol alıb.

Avstriyanın baş nazirin müavini Ernst Ştaremberqin sevgilisi olub. Amma aktrisa bəstəkar Mitya Nikişlə evli olduğundan nikahını rəsmiləşdirə bilmir. 1934-də onun Ştaremberqdən oğlu doğulur. İki il sonra əri intihar edir. Bundan sonra sevgililər evlənir. Amma evlilik uzun sürmür. 1938-ci ildə Almaniyanın Avstriya ilə birləşməsindən sonra Ştaremberq mövqeyini itirir və ölkədən getməyə məcbur olur. Nora 1939-cu ildə Hiterə müraciət edərək nikahının ləğvini xahiş edir. Hitlerin bu xahişi yerinə yetirib-yetirmədiyi məlum deyil.

Nora Latın Amerikasına mühacirət edir və orda son filminə-“Dişlənmiş meyvə”yə çəkilir. Və Çilinin paytaxtı Santyaqoda intihar edir.

Keyt Barri (1967-2013)- ingilis-fransız aktrisası, fotoqraf.

Məşhur ingilis-fransız aktrisası Şarlotta Gensburqun ögey bacısıdır.

O, 46 yaşında Parisdəki evinin 4-cü mərtəbəsindən özünü atıb.

Katerina Qoqu (1940-1993) – yunan aktrisası, şairə, feminist. Aktrisa kimi mükafatlara layiq görülən və şeirləri müxtəlif dillərə çap olunan Qoqu 53 yaşında intihar edib.

Bella Darvi (1928-1971) fransız aktrisası.

Əslən yəhudi olan aktrisa həbs düşərgəsində saxlanılıb.

Bellanın kinoya gəlməsində amerikalı aktrisa Virciniya Foksun xüsusi rolu olub. Qumar oyunları və alkol aludəçisi olmasına baxmayaraq, Foks ona özünü kinoda sınamağı məsləhət görür. Amma Bella Foksun əri, Derril Zanuka ilə eşq macərası yaşayır. Bir müddət sonra kişi onun biseksual münasibətlərindən xəbər tutur və ayrılır.

Tənqidçilər aktrisaya qarşı çox amansız davranır, onu istedadsızlığa görə tənqid edirdilər.

Qumara qurşanan qadın saysız-hesabsız borcları üzündən özünü qazla zəhərləyir.

Brenda Enn Bene (1945-1982) – Amerika aktrisası.

Serial və filmlərdə ümumilikdə 37 rol oynayıb.

Ərindən ayrılandan sonra lesbi münasibətlərində olub.

1981-ci ildə yeganə oğlunun ölümündən sonra aktrisa ağır depressiyaya düşür. O, vanna otağına qapanaraq özünü güllələyib.

Lyüsi Qordon (1980-2009) britaniyalı aktrisa və fotomodel.

Aktrisa 29 yaşında Parisdəki evində özünü asıb.

Kann festivalında onun çəkiliyi son “Qensbur. Xuliqanın sevgisi” filmindən fraqmentlər göstərilib.

Qordon burda fransız şairi Serj Qensburun muzası Ceyn Birkinin obrazını yaradıb.

Nafisa Cozef (1978-2004) hind aktrisası, fotomodel.

Hindistan gözəli seçilən aktrisa daha sonra “Kainat gözəli” müsabiqəsində ilk onluğa daxil olub.

Aktrisa 2004-cü ildə özünü asıb. Bu, şəxsi həyatındakı problemlə bağlı olub.

Frita Qudi (1972-2004) Britaniya aktrisası.

Nevrotik anoreksiya ilə (kökəlmədən əsassız qorxu hissi, qida qəbulu pozuntusudur) mübarizə aparan aktrisa 31 yaşında özünü bıçaqlayaraq intihar edib.

Mişel Jirardon (1938 -1975) fransız aktrisası.

Onun Lui Malın Venesiya festivalında mükafat almış “Sevgililər” filmindəki rolu daha məşhurdur. Karyerasında uğursuzluq səbəbindən aktrisa 36 yaşında intihar edir.

Kapuçine (1928-1990) fransız aktrisası və model.

Əsl adı Jermen Lefever olan aktrisanın ən məşhur rolu “Çəhrayı panter” filmindədir. “Qızıl Qlobus”a nominant olan Kapuçine “Yalan” komediyasında Adriano Çelentano və Entoni Kuinlə birgə oynayıb.

Kapuçine Odri Xepbernlə yaxın rəfiqə idi. Odri bir neçə dəfə psixi pozğunluqdan əziyyət çəkən rəfiqəsini xilas da edib.

Jan Koktonun filmlərində çəkilən aktrisa 1950-ci illərdə daha filmlərdə oynamadı. Sonralar Hollivuda dəvət alan Kapuçine “Bitməmiş mahnı” filmindəki roluna görə “Qızıl qlobus”a nominant olur. Jan Pol Belmando, Marçello Mastroyanni, Vudi Allenlə tərəf müqabil olan aktrisa Federiko Fellininin “Satirikon” dramında da rol alıb.

O, 62 yaşında 8-ci mərtəbədən özünü atır. “Nyu-York Tayms” qəzeti yazmışdı ki, onun yeganə varisi 3 pişikdir.

Li Inçjou (1980-2005) Cənubi Koreya aktrisası.

“Al qırmızı hərflər” filminə çəkiləndən sonra onun qohumları ilə problemləri başlayıb. Qohumları aktrisanı yataq səhnələrinə görə ittiham edirdilər. Bu münasibət onu depressiyaya salır və aktrisa özünü asır.

Juan Linyuy (1910-1935) Çin aktrisası.

Səssiz filmlərdə oynayıb. 1930-cu illər vətənində məşhur olub. “Pekində xatirələr” filmindən sonra tanınan Linyuy tezliklə işlədiyi studiyanın aparıcı aktrisalarından birinə çevrilir .

Onun populyarlığı ailədəki münasibətləri gərginləşdirir.

Əri ilə münasibətinin korlanması və sevgilisi ilə münasibəti mətbuatın mövzusuna çevrildi. Sonucda aktrisa təzyiqə tab gətirmədi və yuxu dərmanı içərək intihar etdi. Bu, ölkədə faciə kimi qarşılandı. Hətta üç pərəstişkarı özünü öldürdü. Aktrisa ölümqabağı yazmışdı: ”Şayiələr dəhşətli şeydi”.

Ona Manson (1903-1955) Amerika aktrisası.

“Küləklə sovrulanlar” filmində fahişə rolunu ifa etməsi onun karyerasına pis təsir göstərdi. Bu filmdən sonra onu ancaq ikinci dərəcəli rollara dəvət elədilər. 1950-ci illərdə səhhətindəki problemlərlə bağlı aktrisa daha çəkilmədi və dərman içərək intihar elədi. O ölümqabağı yazmışdı: “Bu, yenidən azad olmaq üçün mənə məlum olan yeganə məşhur vasitə idi. Mənim kimi etməyin”.

Karin Petersen (1945-1982) fransız aktrisası.

Sovet tamaşaçıları onu daha daha çox “Qrafinya de Monsoro” mini serialındakı Diana obrazına görə tanıyır.

Qohumlarının dediyinə görə Karin qapalı adam idi, tənha həyat yaşayırdı. Bu səbəbdən onun haqda az şey bilirlər.

Ərdə olmayan aktrisanın uşağı da olmayıb.

1977-ci ildən aktrisanı daha filmlərə dəvət eləmirlər, o, ehtiyac içində yaşayır və aeroportda işləyir. 1982-ci ildə o, evinə az tanıdığı, özünü musiqiçi kimi tanıdan bir italyanı dəvət edir. Onun tərəfindən zorlanır və döyülür. Bu, onu depressiyaya salır. Və aktrisa yuxu dərmanı içərək intihar edir.

Qohumlarının xahişi ilə mətbuat üç ay onun intiharı haqda susur. Amma üç ay sonra aktrisadan saysız məqalələr çap olundu.

Simona Mareuil (1903-1954) fransız aktrisası.

Bunuelin “Əndəlus köpəyi” filmindəki roluna görə məşhurlaşıb.

1930-cu ildə faşistlərin Fransaya daxil olmasına qədər daha bir neçə filmdə çəkilir. İkinci Dünya Müharibəsinin başlanması ilə onun karyerası da sona çatır.

Müharibədən sonra doğulduğu Periqeyə qayıdan aktrisa dərin depressiyaya düşür. Artıq 1954-cü ildə unudulan aktrisa üstünə benzin tökərək özünü yandırır. İndiyə kimi onun meyitinin qalıqları tapılmayıb.

Yuhanna Sellström (1974 - 2007) İsveç aktrisası.

30-dan çox rol ifa edən aktrisa qızı ilə Tailandda dincələndə Hind okeanında baş verən zəlzələdən möcüzə nəticəsində xilas ola biliblər.

Bu hadisə aktrisanın psixikasında ciddi problemlər törədir. Depressiyadan əziyyət çəkən və müalicə alan aktrisa həb ataraq intihar edir.

Renata Müller (1906-1937) alman aktrisası.

Ən məşhur filmləri “Şəxsi katibə”, “Viktor və Viktoriya”dır. Bəzi mənbələrə görə Hitlerlə nişanlı olub.

Məşhur Avstriya rejissoru Georq Pabstın tələbəsi olan Müller kinoda böyük uğur qazanır, amma karyerasında 1934-cü ildən sonra uğursuzluq yaşayır. Buna baxmayaraq, o, əvvəlki kimi populyar idi, amma nasisitlərlə əməkdaşlıqdan imtina etdiyinə və təbliğat filmlərinə çəkilmək istəmədiyinə görə tamamilə rolsuz qalır. Bundan başqa onun yəhudi bankirlə sevgi münasibəti vardı. Sonra aktrisa mühacirətə getməyə məcbur oldu və vətən ayrılığını çətin yaşadı.

Depressiyaya düşən, morfinə və alkola qurşanan qadın 1937-ci ildə naməlum şəraitdə ölür. Rəsmi məlumata görə aktrisa özünü pəncərədən atıb.

Cin Seberg (1938-1979) Amerika aktrisası.

Lyuk Qodarın “Son nəfəsdə” filmində Patrisiya rolu ilə daha çox yadda qalıb.

1960-cı illərdə aktrisa hinduların, afroamerikalıların hüquqlarını müdafiə edən təşkilatlara maliyyə yardımı göstərirdi. Amerikanın Federal Təhqiqat Bürosu Seberg haqda mətbuatda məlumat yayır ki, o, ikinci uşağa ərindən yox, qaradərilidən hamilədir. Əsəb sarsıntısı keçirən Seberg nəticədə dünyaya ölü qız uşağı gətirir.

Sonralar da uğursuzluqlar yaşayan aktrisa 1979-cu ildə, 40 yaşında intihar edir və onun əlində “mən daha bu əsəblərlə yaşaya bilmirəm” yazılmış kağız parçası tapılır.

Çxve Cinsil (1968-2008) Cənubi Koreya aktrisası.

Ölkənin ən yaxşı aktrisalarından sayılan Cinsilni “millətin aktrisası” adlandırırdılar. O, 18 filmdə, 140 reklam çarxında çəkilmişdi.

39 yaşlı aktrisa Seuldakı evində özünü asıb. Bu ərəfədə Cənubi Koreyada intihar dalğası geniş yayılmışdı və ondan sonra aktrisanın qardaşı da intihar elədi.

Sibilla Şmitz (1909-1955) alman aktrisası.

Ona məşhurluğu Karl Dreyerin “Vampir” filmindəki rolu gətirib. Getdikcə alman kinosunda onun “eleqant, sirli” qadın obrazı yarandı.

İkinci Dünya Müharibəsindən sonra Şmitz nadir hallarda filmə çəkilirdi.

Narkotik maddə aludəçisinə çevrilən aktrisa intihar edib.

1982- ci ildə Rayner Verner Fassbinder onun həyatı əsasında “Veronika Fossun xiffəti” adlı film çəkib.

# 10614 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #