news-inner
clock09:15 calendar-gray 08 Avqust 2014 view-gray6038 dəfə oxunub
view-gray6038 dəfə oxunub

“Allahı söyən millətdən nə gözləyirsən?!”

Müsahibim Milanın ZeroNove Akademiyasının rejissorluq və ssenari fakültəsinin məzunu Nihad İsadır.

- Nihad, əvvəlcə tanış olaq...

- Mən 1991-ci ildə Bakıda doğulmuşam. Sonra Xoreoqrafiya məktəbində təhsil almışam. Birinci kursu bitirəndən sonra İtaliyada konsert təşkil olunmuşdu. Konsert verdik. Sonra düşündüm ki, bəlkə təhsilimi burda davam elətdirim. Ondan sonra sənədlərimi Milandakı Rəqs Akademiyasına verdim. Orda üç il oxudum. Sonra onurğamdan zədələndim. Həkimə getdim, dedilər, anadangəlmə qüsur varmış. Rəqslə məşğul olduqca, fəqərələr oynayıb, qüsur üzə çıxıb. Oranı bitirdikdən sonra rəqqas kimi artıq oynaya bilmədiyim üçün xoreoqrafiya rejissoru kimi fəaliyyətə başladım. Rejissor kimi birinci tamaşam Xocalı faciəsi haqda idi. Bizim səfirliyin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milanın Sala Fontana teatrında qoyduğum “613 - Atamın anlatdıqları” idi. Təbii ki, qüsurlarım vardı. İkinci isə Dance Haus Teatrında quruluş verdiyim “Rast - Qanunsuz Xatirələr” tamaşası oldu. Sonra fransız filosofu Gaston Bachelardın “Yer dincəlir” əsəri əsasında hazırlanan “Qara Rüzgar” tamaşasında ifaçı kimi çıxış eləmişəm. Ondan sonra İtaliyada müxtəlif yerlədə işləməyə başladım. Sırf təcrübə yığmaq üçün teatrlarda rejissor assistenti oldum. Hayner Müllerin “Medeya üçün materiallar” tamaşasında işlədim. Sonra düşündüm ki, rejissorluq sahəsində biliklərimi təkmilləşdirim. Ona görə sənədlərimi Milandakı ZeroNove Akademiyasının rejissor və ssenarist fakültəsinə verdim. Bu ilin iyununda da diplom işimi təhvil verdim.

- Azərbaycana qayıtmaq fikrin var?

- Var, amma birdəfəlik nə qayıtmaq istəyirəm, nə də qalmaq. Həmişə deyirəm ki, mənim bir dinim var, o da hürriyyətdir. Nə qədər azad olsam o qədər yaxşıdır. Harada yaxşı iş olsa orda qalmaq istəyirəm. İtaliyada ona görə qalmaq istəyirəm ki, Avropada bizim mədəniyyətimizi o qədər də yaxşı bilmirlər. Düzdür, müxtəlif tədbirlər keçirilir, amma müəyyən təbəqə üçündür. Gənclərlə çox oluram. Onlar Azərbaycanı neftə, qaza görə tanıyırlar.

- Oxuduğun Akademiyada rejissorluq peşəsinintədrisi necədir?

- İtaliyada qalmağımın əsas səbəblərindən biri ordakı təhsil sistemidir. Bizdə yarısı diplom almaq xətrinə oxuyur. Amma orda elə deyil. Ümumiyyətlə, Avropada pulsuz təhsil yoxdur. Bu bir tərəfdən yaxşıdır, ona görə ki, onlar keyfiyyətli təhsili satır və oxuyanlar da bu pulu verdiklərinə görə artıq məcburdurlar oxusunlar. Tələbə ilə müəllim arasında uçurum yoxdur. Rejissor müəllimim deyir ki, müəllim olsam da, məni gözünüzdə yüksəltməyin. Sizə yalnız müxtəlif istiqamətləri göstərə bilərəm. Amma onların təhsil sistemi daha çox praktikaya əsaslanır. Nəzəriyyəni də keçirlər, amma ağırlığı praktikaya verirlər. Səni məcbur edirlər ki, oxuya-oxuya işin praktikasından xəbərdar olasan.

- İtaliya kino məktəbi dünyanın tanınmış kino məktəblərindən biridir. Tanınmış kino adamlarının master-klassları olur?

- Olur. Amma mən daha çox aktyorların master-klasslarında olmuşam. Filippo Timi yeni nəsil aktyorlardandır. Gənc olsa da, İtaliyanın ən çox tələb olunan aktyorlardan biridir. Onun master-klassına getmişəm. Tez-tez yaradıcılıq emalatxanaları təşkil olunur, tədris hissəsi bitəndən sonra tələbələrə tapşırıqlar verirlər. Tələbələrə kifayət qədər azadlıq verilir ki, özlərini ifadə eləsinlər. Müəllimlər deyir ki, nə qədər özünüz olsanız, çərçivələri qırsanız, o qədər yaxşıdır. Akademizm yaxşıdır, amma akademizmi ona görə öyrənirsən ki, bünövrəni dağıdasan.

- Söhbətimizdə demişdin ki, şeirdən yola çıxaraq film çəkirsən...

- Mən incəsənətə axtarış kimi baxıram. İndi mənim üçün belə yollardan biri şeirdir. Özüm də şeir yazıram. Ona görə hər şeydən əvvəl şair olmağa çalışıram.

- Ona görə Pazolininin filmindən təsirləndiyini demişdin.

- Pazolinini çox sevirəm. Amma onun dünyagörüşü ilə tam razılaşmıram.

- Dünyagörüşü deyərkən nəyi nəzərdə tutursan? Solçu olmağını, ya filmlərindəki naturalizmi?

- Məsələn, onun “Min bir gecə çiçəyi” filmi var. Çılpaq çəkir, belə şeylər mənə yaxın deyil. Bəzi şeyləri açıq göstərməyə məncə, ehtiyac yoxdur. Onun ifadəsinin başqa yolunu da tapmaq olar. Bəlkə mən mühafizəkar mühitdənəm, ona görə belə düşünürəm.

- Pazolininin yaşadığı İtaliya mühiti də o zaman mühafizəkar idi.

- Amma indi İtaliyada o cür mühafizəkarlıq yoxdur. Pazolini yaşadığı dövrlərdə çərçivələri qırmaq istəyirdi. Onun məqalələrini orijinaldan tərcümə eləməyə çalışıram. 80-ci illərdə İtaliyada hakimiyyətdə xrisitian-demokratlar idi, Pazolini onları faşistlərlə eyniləşdirirdi. Bu fikirləri ilə razıyam. O, təbii ki, ustaddır. Sadəcə bu filmlər mənə görə deyil. Onun sənədli filmlərini sevirəm. İtaliyadakı fahişələrdən bəhs edən sənədli film vardı, ondan təsirləndim. Transseksuallardan müsahibə alırdı. Onun sənədli filmləri daha çox müsahibə üzərində qurulub. Həmin filmdə bir səhnə mənə çox təsir elədi. Tarnsseksual danışa-danışa ağzında çörəyi çeynəyib qucağındakı göyərçinə yedizdirirdi. Çox təsirləndim. İslamda əxlaqsız qadınla bağlı hədisi xatırladam, qadın susuz itə su verir... Ona necə əxlaqsız deyə bilərəm? Mən də çalışıram bu cür işləyim. İnsanları müşahidə eləmək, söhbətləşmək... Gecə həyatı ilə yaxından tanış oluram. “Fahişələr mövsümü” adlı şeir yazmışam bu filmin təsiri ilə... Həmin şeiri bu il 15 dəqiqəlik film etməyi düşünürəm.

- Diplom işin nə barədədir?

- Repressiya dövründən bəhs edir. Mən uşaqlıqdan Xəlil Rzanın şeirlərini oxuya-oxuya böyümüşəm. İstəyirdim Xəlil Rzanı çəkim. Amma onun həyatı beş dəqiqəlik filmə sığmazdı. Ona görə Mikayıl Müşfiqlə Xəlil Rzanın taleyini birləşdirib xəyali obraz yaratdım. Şairin adını Xəlil qoydum, sonda personajı Müşfiq elədim. Texniki səbəblərdən bunu 80-ci illərin sonu kimi hazırlaya bildik. Ssenarinin dialoq hissələrini sırf şeir kimi yazdım, italyancaya çevirdim. Əvvəl seçmək istəmədilər. Avropanın pis tərəfi odur ki, çoxu Hollivuda meyllidir. İtalyanlar deyir ki, bizdə kino industriyası yoxdur. Buna görə nümunəni Hollivuddan götürürlər. Tələbə yoldaşlarım və müəllimlərim şeirə biganədirlər. Ssenari müəllimim Uolt Disney üçün ssenarilər yazır. Buna biznes kimi baxır. Orda belədir ki, komissiya hər il 4-5 qısametrajlı ssenari seçir və ona diplom rəhbəri təyin edir. Diplom rəhbəri kimi rejissor müəllimimi seçdilər. Akademiyada bəlkə də yeganə adamdır ki, Hollivud sevgisi yoxdur. Mənə dedi ki, sənin ssenarin muzeylikdir, çünki başdan-başa şeirdir. Diplom işimi onunla işlədik. Bizə 5 dəqiqə vaxt verir, qısa zamanda öz fikrimizi realizə etmək imkanımızı yoxlayırlar. Film üçün professional kamera, operator, işıqçı verirlər.

- Bir az İtaliya mühitini anlat...

- Deyirlər ki, İtaliya Avropanın Qafqazıdır. Çox doğru bir şeydir. Neapola getmişdim. Sanki özümü Bakıda hiss edirdim. Avtobusların sürülməsi, məsələn. Sürücü avtobusu saxlayır, kafedə qəhvə içir, camaat da bunu gözləyir. Elə bayaq redaksiyanıza gələndə 30 saylı avtobusun sürücü saxladı, getdi, su aldı, gəldi. Bu iki şəhər 1984-cü ildə qardaşlaşıb. İtalyanlara bunu misal çəkirəm. İtaliya katolik olsa da adamlar Vatikanı, dini veclərinə almır. Allahı söyən xalq mənə çatmır. Bunlarda Allahı söymək vərdişdir. Özü də səbəbsiz söyürlər. Mən onlara irad tutanda lağa qoyurlar ki, guya, sən əsl müsəlmansan? Milan yağışlı yerdir. Üç gün yağış yağanda başlayırlar, Allahı, İsa Məsihi, Müqəddəs Məryəmi söyməyə. Qatı dindarlığım yoxdur. Amma hörmət olmalıdır. Yaşlılar kilsəyə gedirlər. O qədər içiləsi bar var, amma gənclər gedib məhz kilsənin qarşısında içirlər. Xüsusi səbəb yoxdur. Bir dəfə üç günlük Bolonyaya getdim. Otururlar, içirlər, şüşə, zibil qalır yerdə. “Bolonya” adlı şeirim də var. İstəyirsiz oxuyum sizə.

- Aha, oxu.

- Bolonya

sütunlardan tutunaraq sevişmək,

cam məzarlığına toplaşıb

doyunca tanrını söymək,

badələri doldurub hürriyyəti qutlamaq.

Qızarmış gözlərdən çıxan şüarların

taleyidir ciddiyə alınmamaq.

Almamaq. Satmaq olan qalanı,

faşistin ritmiylə oynamaq üçün.

Yalamaq papiros kağızını

gərəksiz yerə.

Yırtmaq bütün pərdələri

daha hənüz çocuqkən.

Ehtiyatlı olun gənclər!

bir gün hamı

qaraciyər serrozundan ölə bilər.

Bir də anaya-ataya hörmət görməmişəm. Qız atasına elə söz deyir ki, mən onu dilə gətirib deyə bilmirəm.

Amma yaxşı tərəfləri də var. Məsələn, özlərinə çox tənqidi yanaşırlar. Dünya incəsənətinə töhfələr versələr də, bununla öyünmək kimi vərdişləri yoxdur. Heç ağıllarına da gəlmir. Vətən pafosu yoxdur. Onlar vətəni başqa cür sevirlər. Çalışırlar ki, iş görsünlər, sevgini əməllə sübut eləsinlər. Cavanlar çox oxuyurlar. Daim üzərlərində işləyirlər.

- Deyirlər, italyanlar da bizim kimi istiqanlıdır.

- Hə, istiqanlı millətdirlər. Şimallılar daha soyuqdurlar, faşizmə meyllidirlər. Venesiyadan olanlar çox məsafəli davranır. Kirayədə yaşadığım italyanlarla həmişə isti münasibətim olub. Vətəndaş nikahına üstünlük verilir. Evlənənlərin faizi azalır. Qadınlarına gəlincə, çox gözəldirlər. Amma qadının gərək sirri, müəmması olsun, dərhal əlçatan olmasın. Onların sirri-zadı qalmayıb.

- İtaliya bizdə həm də mafiya ilə assosiasiya olunur...

- Orda elə məhəllələr var ki, polis girmir. Məsələn, Milanda polis maşınlarla kilsənin yanında dayanıb. On nəfər polis başında kaska, dəyənəklə dayanıb. Ortada da açıq narkotik al-veri gedir. Polis müdaxilə eləmir. Hətta bu yaxınlarda belə hadisə oldu. Kalabriyada. Cənub tərəf daha mühafizəkardır. Onların dini ritualı var. Bir qrup insan dini ritual edə-edə Müqəddəs Məryəmin heykəlini aparırdı. Bu zaman ev həbsində olan kriminal avtoritetin biri eyvanda göründü, hamı baş əydi. Məryəmin də heykəlini əydilər. O da balkondan əl elədi. Bu, ölkədə qalmaqal yaratdı. Qalmaqalı yatırtmaq üçün bir neçə nəfəri həbsə atdılar.

- İtalyanlar dünyanın təhlükəli futbol azarkeşlərindən sayılır. Bu təhlükəni hiss eləmisən?

- Futbol adı gələndə beyinləri çönür. Bakıda futbolu sevirdim. İtaliyaya gedəndən sonra nifrət elədim. Fanatizmi sevmirəm... Nə dində, nə başqa sahədə. Stadionda bir-birini güllələyirlər. Xüsusən derbi olanda. Məsələn, “İnter”lə “Milan”ın oyununda...

news-inner-user
Sevda Sultanova

733 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“Qan qohumları” gəlir - Fotolar
14:40 23 Sentyabr 2019
Şəhid şairə kitab həsr olunub
14:02 23 Sentyabr 2019
Şübhə etməyə haqqımız yoxdur
13:24 23 Sentyabr 2019
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
12:49 23 Sentyabr 2019
“Bir şeir” müsabiqəsində növbəti Şeirlər
12:15 23 Sentyabr 2019
Nazim Hikmətin ölümündən iki gün əvvəlki görüntüləri yayılıb - Video
11:35 23 Sentyabr 2019
Vurğun Əyyub üçün dua – Şərif Ağayar yazır...
10:55 23 Sentyabr 2019
"Çernobıl” serialı Emmi mükafatı aldı
10:34 23 Sentyabr 2019
Türkiyəli şair Kulisin müsabiqəsinə qatıldı
10:00 23 Sentyabr 2019
Məmmədbağır Bağırzadənin oğlu: “Anam atamın başqa qadınla yaşamasına razıydı” – Müsahibə
09:00 23 Sentyabr 2019
Vurğun Əyyubun səhhəti ağırlaşıb
21:31 22 Sentyabr 2019
Gənc şairdən gözəl bir ata şeiri
12:30 22 Sentyabr 2019
Nаmiq Аbdullаyеvin ахırı – Əjdər Oldan unikal portret-hekayə - İlk dəfə
10:01 22 Sentyabr 2019
Arvad deyil ey, Sokratdı - Aqil Abbasın yeni hekayəsi
17:40 21 Sentyabr 2019
Xərçəngin mübarizə simvolu Neslicanın həyatından parçalar
16:44 21 Sentyabr 2019
Qadına şiddətə yox deyir, amma qadına şiddət göstərir
16:12 21 Sentyabr 2019
Döyülsə də, şəkillərdə gülən qadınlarımız
15:05 21 Sentyabr 2019
“Anama ikinci uşağı qadağan eləmişdilər” – Müsahibə
14:30 21 Sentyabr 2019
Avtobus etüdləri
13:11 21 Sentyabr 2019
Tanınmış rəssamın sərgisi keçiriləcək
12:26 21 Sentyabr 2019