İbrahim Tatlısesdən süni intellektlə yeni klip

İbrahim Tatlısesdən süni intellektlə yeni klip
9 may 2026
# 11:30

​"İmperator" ləqəbli məşhur sənətçi İbrahim Tatlıses keçirdiyi öd kisəsi əməliyyatından sonra musiqi fəaliyyətinə geri dönüb.

Kulis.az xəbər verir ki, məşhur sənətçi uzun fasilədən sonra yeni layihəyə başlayıb.

​Süni intellektin dəstəyi ilə "Baboş" türküsü
​

Elazığ bölgəsinə aid "Baboş" türküsünü yenidən ifa edən 74 yaşlı İbrahim Tatlıses bu dəfə klipi ilə gündəmə gəlib. Sənətçinin süni intellektin dəstəyi ilə hazırlanan ekran işi böyük maraqla qarşılanıb. Belə ki, klipdə İbrahim Tatlısesin keçmiş illərə aid görüntüləri Elazığın Harput bölgəsinin tarixi ab-havası ilə harmoniya təşkil edib.
​

"Pulumu özüm qazanmışam, kimə nə!"
​

Digər tərəfdən, bir neçə həftə əvvəl xəstəxanadan evə buraxılan İbrahim Tatlıses var-dövləti ilə bağlı vəsiyyətini də açıqlamışdı. O, mirasını övladlarına qoymayacağını qəti şəkildə bildirib:

​"Dövlətə bağışladım. Onlara bir qəpik də yoxdur. Mən pulumu özüm qazanmışam, atamdan miras qalmayıb. Nə istəyirəm, onu da edərəm, kimə nə!"
​

Bəzi övladlarına görə digərlərinin də zərər çəkdiyini deyən sənətçi vurğulayıb:

"İbrahim Tatlıses deyiləndə bütün qapılar açılır. Amma onlar bundan istifadə etməyi bacarmadılar".
​

"Həyatımdan 'A' hərfini belə sildim"

​Qeyd edək ki, Ahmet, Gülten, Gülşen, Melek Zübeyde, Dilan, İdo və Elif Ada adlı yeddi övladı olan İbrahim Tatlısəs uzun müddətdir küsülü olduğu böyük oğlu Ahmet Tatlıses barədə verilən sualları da sərt cavablandırıb. Sənətçi oğlu haqqında danışarkən "Həyatımdan 'A' hərfini belə sildim" ifadələrini işlədib.

# 930 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər