Nadir Məmmədli: "Orfoqrafiya lüğəti yaxın vaxtlarda nəşr ediləcək, orfoepiya lüğəti isə..."

Nadir Məmmədli:  "Orfoqrafiya lüğəti yaxın vaxtlarda nəşr ediləcək, orfoepiya lüğəti isə..."
8 may 2026
# 13:57

Orfoqrafiya lüğəti çox güman ki, iyun-sentyabr ayları aralığında nəşr ediləcək.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib.

Professor bildirib ki, orfoqrafiya lüğətinin nəşr olunma müddəti bir az yubanır: “Əslində, lüğətin nəşr olunmasını may ayının sonuna planlamışdıq. Cənab Prezidentin göstərişlərindən sonra gördük ki, daha dərindən işlənilməli, bəzi sözlər çıxarılmalıdır. İlk dəfədir ki, süni intellektin köməyi ilə lüğət hazırlanır. Prosesin tam elektronlaşması da bir qədər vaxt tələb edir. Hazırda əlimizin altında iki yüz iyirmi min söz var. Həmin sözlər üzərində işlənilir, ciddi iş prosesi gedir. Bununla bağlı həftədə 3 dəfə iclas keçirilir, müzakirələr aparılır”.

Nadir Məmmədlinin sözlərinə görə, orfoepiya lüğəti baxılması üçün Nazirlər Kabinetinə təhvil verilib: “Ona görə də dəqiq nəşr tarixi məlum deyil. NK-nın qərarından sonra ola bilər ki, bəzi məsələlərə daha diqqətlə yanaşaq, dəyişiklik edək. İndi cavab gözləyirik, problem yaranmasa, artıq çapa hazırdır”.

Qeyd edək ki, orfoqrafiya lüğəti 1975, 2004, 2013 və 2021-ci illərdə nəşr edilib. Yeni lüğətin nəşri 2026-cı il üçün nəzərdə tutulub. Türkdilli dövlətlər içərisində ilk dəfə Azərbaycanda süni intellektin köməyilə orfoqrafiya lüğəti hazırlanır. Lüğətin hazırlanmasında, sözlərin seçimində tezlik sistemi istifadə edilib. Lüğətlərin nəşr edilməsi isə AMEA Rəyasət Heyətinin səlahiyyətindədir.

# 991 dəfə oxunub

Oxşar xəbərlər

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər