Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb

Sertab Erener "Avroviziya"dan imtina etdi - Səbəb
8 may 2026
# 13:07

Tanınmış türkiyəli ulduz Sertab Erener bu il yenidən "Avroviziya" səhnəsinə qayıtmaqla bağlı edilən təklifi geri çevirib.

Kulis.az xəbər verir ki, müğənni şəxsən yaydığı açıqlamada Vyanada baş tutacaq final gecəsinə xüsusi qonaq kimi dəvət edildiyini, lakin bundan imtina etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb.

İfaçı bu qərarının arxasında dayanan səbəbləri də aydınlaşdırıb. O, qlobal miqyasda cərəyan edən siyasi gərginliklər fonunda belə bir musiqi tədbirində iştirak etməyi uyğun bilmədiyini vurğulayıb. Bununla yanaşı, Erener qeyd edib ki, eyni tarixdə çoxdandır planlaşdırılan konsert proqramı var və qrafiklərin toqquşması da onun bu təklifi rədd etməsinə gətirib çıxarıb.

Xatırladaq ki, qardaş ölkə Türkiyə "Avroviziya" mahnı müsabiqəsində sonuncu dəfə 2012-ci ildə – şouya Azərbaycan ev sahibliyi edərkən təmsil olunub. Sertab Erener isə 2003-cü ildə ifa etdiyi məşhur "Everyway That I Can" kompozisiyası ilə Türkiyəyə müsabiqə tarixinin ilk birinciliyini qazandırmışdı. Uzun fasilədən sonra sənətçi 2024-cü ildə fəxri qonaq qismində yenidən həmin səhnəyə çıxaraq, şounun ikinci yarımfinalında əfsanəvi hitinin fərqli aranjimanını səsləndirmişdi.

Qeyd edək ki, bu il Avstriyanın paytaxtı Vyanada keçiriləcək olan nüfuzlu musiqi yarışmasında ölkəmizi Jiva özünün "Just go" adlı mahnısı ilə təmsil edəcək. Tədbir may ayının 12, 14 və 16-da baş tutacaq.

# 391 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində

Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində

17:50 9 iyun 2026
Dostoyevskinin fədakar həyat yoldaşı - Onun hansı taktikası işə yaramışdı?

Dostoyevskinin fədakar həyat yoldaşı - Onun hansı taktikası işə yaramışdı?

17:30 9 iyun 2026
Dövlət Uşaq Filarmoniyasında “Nağıllar aləminə səyahət”

Dövlət Uşaq Filarmoniyasında “Nağıllar aləminə səyahət”

16:30 9 iyun 2026
“Azərbaycanda yaşayan azsaylı xalqlar”  adlı virtual sərgi açıldı

“Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açıldı

15:30 9 iyun 2026
Məşhur bəstəkar qətlə yetirildi

Məşhur bəstəkar qətlə yetirildi

15:00 9 iyun 2026
Hər kim yüz il yaşamasa... - Osman Sarivəlli

Hər kim yüz il yaşamasa... - Osman Sarivəlli

13:35 9 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər