writer1

Şərif Ağayar

Məqalə sayı

541
clock10:25 calendar-gray 10 İyul 2014 view-gray2289 dəfə oxunub
view-gray2289 dəfə oxunub

Qeyri-ənənəvi…

2002-ci ildə Azərbaycanda ilk dəfə Yenisi Sənət Təzahürləri Mərkəzinin təşəbbüsü ilə “Proza N” internet-müsabiqəsi keçirildi. İmzasız təqdim olunan əsərləri həm oxucular, həm də münsiflər seçirdilər. Nəticələr heyrətamiz oldu: bu məmləkətin milli-mentalitetinin, dini və mənəvi dəyərlərinin əleyhinə olaraq qalib gələnlərin üçü də gənc idi –Seymur Baycan,Mehman Musabəyov və mən!

Hamını heyrət içində buraxan nəticələrin sirri çox keçmədən açıldı – münsiflər heyətində Sabir Əhmədli vardı! O, nə Elçin kimi ünyetməz, nə Afaq Məsud kimi “dahi”, nə də Kamal Abdulla kimi “hər şeyi dərindən bilən” birisi idi. O, sadəcə Sabir Əhmədli idi (İnsafən Kamal Abdulla bütün yazıları oxumuş, hətta maraqlı bir məqalə də yazmışdı).

Nəticələr Beynəlxalq Mətbuat Mərkəzində elan olunurdu. Sabir müəllim bir-bir qaliblərin əlini sıxır, tanış olur, kimin hansı əsərin müəllifi olduğunu soruşurdu.

Seymur Baycan təqdimata qalxanda Sabir müəllim onunla da tanış oldu, əlini sıxdı, “Sənin əsərin hansı idi?” – deyə sual etdi, Seymur qıpqırmızı oldu. Çünki hekayəsinin adı bir az biədəb idi: “Qeyri-ənənəvi cinsiəlaqə”. Əsərin adını dedi və daha da qızardı. Hamının eşidib qımışdığı bu kəlmələri Sabir müəllim eşitmədi. “Nə?” – deyib başını Seymura bir az da yaxınlaşdırdı. Gənc yazarın üzünün qızartısı daz başına da yayıldı və bayaqkı sözləri bir də təkrarladı: “Qeyri-ənənəvi cinsi əlaqə!”

Zal uğunmağında olsun, siz mənə qulaq asın. Sabir müəllim yenə eşitmədi və bir də sual etdi: “Necə?” Artıq Seymurun başı çəhrayı rəngə çalırdı. Amma özünü itirmədi, əlini ağzına qahmar tutub Sabir müəllimin qulağına yaxınlaşdırdı və az qala qışqırdı: “Qeyri-ənənəvi cinsi əlaqə!!!” Bu dəfə Sabir müəllim güldü, ardınca da Seymur Baycan. Zal isə fərəhlə uğuldadı və onları alqışladı.

Sabir Əhmədli ilə şəxsi tanışlığım belə başladı. Sonra bir dəfə evində də oldum.Gənc yazar Mövlud Mövludla... Onda dınqılı uşaq idi Mövlud. Amma Sabir müəllimi məndən yaxşı oxumuşdu. Üstəlik insan kimi kifayət qədər tanıyırdı və necə bir tale yaşadığının fərqində idi. Uşaq olsa da...

Sabir müəllimgildən düşüb gələndə birdən baxdım ki, Mövlud yoxdur. Ora-bura boylandım, gördüm binaların arasında qolunu divara, alnını qoluna söykəyib, çiyinləri atıla-atıla ağlayır.

Sabir müəllimlə söhbət onu darmadağın eləmişdi!

Sizə deyim, Sabir Əhmədli əyilib kamali-ədəblə əlini öpmək istədiyim yeganə ədəbiyyat adamı olub. Ona görə ki, Sabir Əhmədli ilə Azərbaycan sözü az qala sinonimdir:torpağı düşmən əlində, oğlu Qarabağ şəhidi… Özü də hamıdan istedadlı ola-ola bir az talesiz, bir az unudulmuş, bir az döyülmüş, əzilmiş, haqsızlığa urcah olmuş birisi…

Sizcə şəhid atası ilə xalq yazıçısı adını bir yerdə daşıya bilən neçə kişi tapılar bu məmləkətdə?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021
Azərbaycanda Böyük Britaniya film festivalı başlayır
12:44 22 Yanvar 2021
Tənqidin tənqidi – Ağalar Qutdan yeni esse
12:08 22 Yanvar 2021
Yazıçılar Donald Trampa kitab qadağası qoydular
11:32 22 Yanvar 2021
Seks dəlisi olan qadınlar haqqında bir neçə cümlə
10:58 22 Yanvar 2021
Alen Delonun xanımı dünyasını dəyişdi
10:30 22 Yanvar 2021
Şairimiz Özbəkistanda qalib oldu - Ölümündən sonra
09:59 22 Yanvar 2021
Mirzə Cəlilin əsəri əsasında çəkilmiş serial – Sevda Sultanova İTV-nin yeni layihəsini tənqid etdi
09:00 22 Yanvar 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:13 21 Yanvar 2021
Xalq şairinin oğlu: “Atamın xəstəliyini hamıdan gizlətdim” - Müsahibə
20:00 21 Yanvar 2021
Tarix Muzeyinə direktor təyin edildi
18:59 21 Yanvar 2021