"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar

"Disney+"dan Asiya bazarına böyük hücum:  Qlobal layihələr, animelər və iddialı planlar
8 oktyabr 2026
# 13:00

"Disney Entertainment" şirkətinin beynəlxalq orijinal televiziya üzrə icraçı vitse-prezidenti Con Vaks Busan Beynəlxalq Kino Festivalında platformanın Asiya-Sakit okean regionu üzrə genişmiqyaslı planlarını açıqlayıb.

Kulis.az xəbər verir ki, şirkət rəsmisi yaxın gələcəkdə qlobal miqyasda yerli dildə çəkilən məzmunların istehsalını üç dəfə artırmağı hədəflədiklərini bildirib.

"Park Hyatt Busan" otelində keçirilən xüsusi paneldə çıxış edən Vaks "Disney+"ın Avstraliyada yerli orijinal layihələrə xərcləri artırdığını qeyd edib. O, həmçinin Cənub-Şərqi Asiyada, xüsusən də İndoneziyada istehsalın bərpa olunmasının tamamilə gündəmdə olduğunu, sadəcə icra üçün bir az vaxta ehtiyac duyduqlarını diqqətə çatdırıb.

Şamanlar yarışır: Koreya məzmununun yeni qlobal gücü

Koreya kinosunun platformadakı dominantlığından danışan vitse-prezident mart ayında elan edilən və şamanizm, taro, üz oxuma və ənənəvi sadju ustalarının bir-biri ilə yarışdığı "Talelərin döyüşü" adlı realiti-şounun yerli versiyalarının artıq hazırlıq mərhələsində olduğunu təsdiqləyib. Koreyada "Disney+" tarixinin ən böyük premyerası olan bu layihə artıq "Talelərin evi" adlı yeni spin-offa da yol açıb. Layihənin qlobal potensialını yüksək qiymətləndirən Vaks vurğulayıb ki, yer üzündəki hər bir cəmiyyətin bu tip mistik ənənələri var və format digər ölkələrdə də asanlıqla tətbiq edilə bilər.

Platforma Koreya bazarına ilk daxil olanda əsasən kişi auditoriyasına yönəlmiş döyüş və şiddət janrlarına üstünlük versə də, sonradan romantik layihələrin qlobal səviyyədə daha yaxşı satıldığını kəşf edib. Bu çərçivədə, avropalı aktyorların iştirakı ilə Qərbin barokko geyimlərində çəkilən "Yenidən evlənmiş imperatriça" serialı diqqət çəkir. Vaks bu layihənin qəbul edilməsində əsas amilin kütləvi tamaşadan çox, baş qəhrəmanlar Navye və Soveşu arasındakı emosional hekayə olduğunu vurğulayıb.

Platformanın digər iddialı Koreya layihələri arasında müasir vampir serialı "Mövhümat portretləri" və məşhur Amerika serialı "Amerikalılar"ın yenidən işlənmiş versiyası olan "Koreyalılar" da yer alır.

Yaponiya strategiyası və animelərin yüksəlişi

Yapon kinosuna və anime sənayesinə xüsusi önəm verdiklərini deyən Con Vaks, məşhur oyun dizayneri Hideo Kodzimanın "Death Stranding" oyunu əsasında çəkiləcək animenin yolda olduğunu müjdələyib. Anime layihələrinin platformaya gözləniləndən daha uzunmüddətli abunəçi gətirdiyini bildirən rəsmi, bu istiqamətdə daha çox iş görmək istədiklərini gizlətməyib.

Lakin o, Yaponiyanın bədii serial bazarına daxil olmağın daha çox vaxt tələb etdiyini etiraf edib:

"Burada ümumi mədəni mühakimələr yürütmək istəmirəm, ancaq Yaponiyada biznesin sürəti bir qədər fərqlidir. Yapon hüquq sahiblərinin öz əqli mülkiyyətlərini bir tərəfdaşa etibar etməsi üçün zaman lazımdır. Yaponiyada qaçmazdan əvvəl yeriməyi öyrənməliyik. Koreya məzmunu qlobal bazara çıxmaq qabiliyyətini artıq sübut edib və biz bu dalğadan istifadə edirik. Amma istəyirik ki, Yapon məzmunu ilk növbədə öz ölkəsində uğur qazansın".

Ülvi Bahadır

# 77 dəfə oxunub

Oxşar xəbərlər

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

13:30 8 oktyabr 2026
"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

12:30 8 oktyabr 2026
Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

11:40 8 oktyabr 2026
Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

16:00 7 oktyabr 2026
"Emmi"  televiziyada yayımlanmayacaq — 70 illik  ənənə sona çatdı

"Emmi" televiziyada yayımlanmayacaq — 70 illik ənənə sona çatdı

14:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər