news-inner
clock16:20 calendar-gray 20 İyul 2019 view-gray4833 dəfə oxunub
view-gray4833 dəfə oxunub

Bryus Li niyə lənətləndi?

Li Xoy Çen və yarıçin-yarıalman Qrey Linin oğlu Li Can Fan doqquz yaşını qeyd edirdi. Əslində onun adı Li Can Fan deyildi. Sadəcə çin dilindən «Geri qayıt» mənasını verən bu adı uşağa ona görə qoymuşdular ki, anadan olduğu San-Fransiskoya qayıtsın. Oğlan böyüyəndə ona Li Yen Kam («Heç vaxt bir yerdə oturmayan») adını verdilər. ilk kinoçəkilişindən sonra isə, Li Suy Lunq («Balaca əjdaha») adı meydana çıxdı. Amma San-Fransisko şəhərinin Çin xəstəxanasından verilən doğum haqqında şəhadətnamədə Bryus Li adı yazılmışdı.

Onun doğrudan da oğlan olmasına hamı inanmırdı. Şər ruhlar dəqiq bilirdi ki, Qreys qız dünyaya gətirib: ana və ata çox səy göstərdilər ki, onları çaşdırsınlar, hətta uşağa qız adı - Balaca Feniks qoydular. Onların ilk oğlu ölmüşdü və zənn etdilər ki, yəqin allahların qəzəbinə səbəb olublar.

Çində inanırlar ki, ailədə ikinci uşaq qız olmalıdır, ona görə də Qreys və Li kasıb bir adamın qızını övladlığa götürdülər. Sonra onların Piter adlı oğlu oldu. Qreys yenidən hamilə olanda narahatçılıqdan özünə yer tapmırdı. Çin inanclarına görə, ikinci oğlan da təhlükə ilə üzləşə bilər. Yeni doğulmuş Bryusun qulaqlarını deşdilər və qız adı verdilər - guya, şər qüvvələri aldatdılar…

Aktyor ata

Oğlan böyüyür və yaşadığı məhəllədə heç kimə rahatlıq vermirdi. Honkonqda ikinci belə dəcəl uşaq yox idi. O, şəhər boyu gəzir, kimlə gəldi dostluq edir, dükanın qabağındakı almaları götürür və valideynlərinin sözünə baxmırdı. Böyüklərə hörmətə ciddi baxan çinlilər bu böyük günah idi. Bryusun atasını da nümunəvi ailə başçısı adlandırmaq olmazdı. O, yaxşı aktyor idi. Dostları və qadınlar onu çox sevirdi. O isə hamıya qarşı biganə idi - Li Xoy Çen nəyə olsa pul xərcləyirdi, təkcə uşaqlarından başqa.

Honkonq ölçülərinə görə Li varlı adam idi, amma ailənin yaşayış tərzi Çikaqo işsizini dəhşətə gətirərdi. Bir böyük stol ətrafında yeyir, oynayır və oxuyurdular: Li, Qreys, uşaqlar, nənə və baba, bir neçə xidmətçi və böyük alman iti bir otaqda yatırdı.

Burun əzməkdən həzz alan uşaq

Bryus və onun qardaşlarını yezuit kollecinə verdilər. Yezuitlər bir neçə əsr idi ki, Çində missioner işlə məşğul olurdular və aborigenlər haqqında hamıdan çox bilirdilər. Amma Bryus Li ilə onlar da bacara bilmədilər. Balaca, arıq, cəld, bir yerdə otura bilməyən oğlan cəbr və ingilis dilinin qrammatikası üzərində baş sındırmaq istəmirdi. Ancaq kiminsə burnunu vurub əzəndə böyük həzz duyurdu. Bryusun keçmiş müəllimi Henri onu illər sonra xatırlayanda deyir ki, qeyri-adi uşaq idi - fərasətli, ağıllı. Onunla çox yumşaq davranmaq, təxəyyülünü nə iləsə məşğul etmək lazım idi. Onda o, özünü yaxşı aparırdı…

Əzələ ilə zirehləndi

Üzündəki əzik yerləri və cırılmış paltarlar atasının əsəblərinə toxunurdu. Anası onun üst-başını təmizləyir, atası isə hər axşam nəsihət verirdi. Nəhayət o, bundan bezdi. Ata uşaqlarına pul vermirdi. Amma Bryus kunfu dərsləri üçün ondan pul istəyəndə özü də bilmədən razılaşdı.

Bryus kəskin və aqressiv vin-çunu seçdi. Əfsanəyə görə, bu döyüş növünü XV əsrdə ilan ilə durnanın tutuşmasına baxan rahibə kəşf edib. Rahibə onu Yum Vin Çun adlı qıza öyrədib, o isə gələcək ərinə. Ərinin də çoxlu şagirdləri olub…

İp Mena məktəbindəki məşqlərdə onun bədənini əzələ ilə zirehlədilər, döyüşün mükəmməl texnikasını öyrətdilər. O, məktəbin aparıcı şagirdi oldu. Sonra ingilis oğlanları ilə məşğul olmağa başladı. Onlar həmişə balaca çinli oğlanları heç bir səbəb olmadan əzişdirirdilər.

Döyüş filmlərində uşaq rolları

Həyat Linin üzənə güldü və 18 yaşında o, özünü, demək olar ki, xoşbəxt sanırdı. Uşaqlıqda atası ona rəqs etməyi öyrətmişdi və indi o, Honkonqda “Ça-ça-ça” rəqsi ilə birincilik qazanır, döyüş filmlərində uşaq rolları ifa edirdi. Küçədə onunla heç kim mübahisə etməzdi.

Anası cinayətkar qruplara qoşulmasından çəkinərək bir gecədə onun paltarlarını yığdı və Amerikaya - tanışlarının yanına göndərdi. Oğlunu şöhrət dalınca göndərdiyini isə anası ölənədək anlamadı…

Bruce Lee 1973.jpg

Ofisiant necə müəllim oldu

Anasının köhnə tanışı Rubi Çou onu ofisiant kimi işə düzəltdi. O, gündə üç dəfə buna görə özünü danlayırdı. Rubinin yaşadığı kvartalda böyük hörməti var idi və o, istəyirdi ki, işçiləri də ona hörmət etsin. Li isə bunu bacarmırdı. O, Peykinsayağı ördək daşımaq və qab yumağı özünə sığışdırmırdı.

Yad ölkədə tək qalan və qarışıq Honkonq aksentində danışan Li ilk dəfə başqa adamlarla ünsiyyət yaratmağın vacibliyini hiss etdi. Tanışlardan biri onu Sietl məktəbinin Şərq mədəniyyəti bayramına dəvət etdi. Orda Bryus kunfu hərəkətinin həzin Şərq rəqsinə bənzər kompleksini nümayiş etdirdi. Tələbələr gülməyə başladı, amma Bryus arenaya güclü görünüşlü oğlan çağırdı və bir saniyəyə onu yerə yıxdı. Sonrakı hədəfi isə yüz kiloqram çəkisi olan Cim Demilin alnına barmaqları ilə yüngülcə zərbə endirdi. Döyüş başa çatdı və kasıb ofisiant Sietl məktəbinin kunfu müəlliminə çevrildi. Linin pərəstişkarlarından biri onun meneceri oldu. Məşqlər bahalaşırdı, məşqə gələnlər arasında kübarlar üstünlük təşkil edirdi...

İlk sevgili – ilk evlilik

Li yavaş-yavaş pullu adama çevrildi. İndi o, daha yumşaq hərəkətlər edirdi. Eyni zamanda öz təhsili ilə məşğul olur, çoxlu oxuyur və yerli Çin məktəbində fəlsəfəni tədris edirdi. Bu vaxtlar o, 17 yaşlı sarışın Linda Emeri ilə sevgi macərası yaşayırdı. Linda Bryusun vaxtaşırı mühazirə söylədiyi Qarfild məktəbində oxuyurdu. Yaraşıqlı çinli gənc İsveç qızında unudulmaz təsir yaratdı. Linda onun qrupunda məşq etməyə başladı və bir gün Li onu bahalı restorana dəvət etdi. Amerikaya gələndən sonra Li qızlarla görüşməmişdi. Təəccüblü deyil ki, Li Emenidə mükəmməl gözəllik görürdü. İnsan taleləri səmaya yazılır: 2-3 ay sonra onlar ayrıla bilərdilər, bunun əvəzində isə nikah haqqında düşünməyə başladılar. Onlar birgə xoşbəxt idilər. Lindanın valideynlərinin çinli nişanlıya dəhşətli münasibəti onların əlaqəsini daha da möhkəmləndirdi. Və bir gün evləndilər.

Related image

Hollivudda

Bryus balaca zal aldı və tezliklə bura Hollivud ulduzları gəlməyə başladı. Kunfu dəbə düşmüşdü artıq. Kök prodüserlər və gənc olmayan ssenaristləri Bryus 7 km qaçmağa, salto vurmağa məcbur edirdi. Onlar özləri ilə fəxr edir və dostlarına qeyri-adi balaca çinli haqqında danışırdılar. Beləcə Bryus Li adı Hollivudda məşhurlaşdı və tezliklə onu böyük kinoya dəvət etdilər. Əslində bu təsadüfən baş verdi - prodüser Uilyam Doze yeni serial üçün aktyor axtarırdı, yanında Bryusdan dərs alan adam var idi...

İlk vaxtlar Bryus elə bilirdi ki, onun aktyor karyerası alınmır, amma Honkonqa gələndə yerliləri onu əllərində gəzdirməyə hazır idi. Məlum oldu ki, Li «evində» çox məşhurdur.

Yerli kinostudiyalar ilə danışıqlar aparmağa başladı və onlardan aya 10 min dollar tələb etdi. Ona isə həftədə 75 dollar təklif etdilər. Bu, yerli kino ulduzunun qiyməti idi. Adi Honkonq kinoaktyoru isə həftədə 10 baks alır, bir otaqda 10 adamla qalır və Hollivud arzusu ilə yaşayırdı.

Related image

Həqiqi döyüş

Tale Bryus Lini həmişəlik Amerikaya bağladı. Uğur ona baha başa gəlmişdi. Bryüs San-Fransiskonun Çin məhəlləsində kunfu dərsini deyən adamla dalaşmalı oldu. Adət belə idi: döyüş sənətinin müəllimi - şef ilə mübahisə qanla qurtarmalı idi. Li uduzsa, dərslərini kəsməli, ən azı avropalıları öyrətməli deyildi. Döyüşün ilk dəqiqəsi rəqibini nokdauna göndərdi və daha sonra onun birinciliyinə heç kim kölgə salmadı.

Image result for bryus lee

3 həftəyə 3,4 milyon

1966-cı ildə Bryus Los-Ancelesə köçdü və növbəti teleseriala çəkildi. Honkonqa gələndə Li yenə çox məşhur super ulduz olduğunu aşkar etdi. Onun «Böyük boss» filmi Honkonqda 3 həftə prokat müddətində 3,4 milyon dollar topladı. Artıq özünün deyildi: iş rejimi o qədər gərginləşdi ki, dostlarına ayırmağa vaxtı qalmadı. Li gənclər üçün kunfunu Hollivuda gətirən kumirə çevrildi. «Qəzəb» filmi «Böyük Boss»un kassa rekordunu ötdü. Linin üçüncü filmi - «Əjdahanın dönüşü» daha çox gəlir gətirdi - artıq söhbət 10 milyonlarla dollardan gedirdi.

Image result for Bruce Lee

O, necə öldü?

Dostları onun üçün çox sevinirdilər və başa düşmürdülər ki, onların Bryusunə nə olub. O, daha çox qaradinməz olur, spirtli içkilərə meyl edir və tez-tez təkrar edirdi ki, 33 yaşına qədər yaşamayacaq. Onun 33 yaşı isə 1973-cü ilin noyabrında tamam olacaqdı. Noyabra qədər o, 4 ay yaşamadı. 1973-cü ilin iyununda Linin talismanı - onun Honkonq evinin damında olan və şər qüvvələri qovan güzgü adam yerə düşdü.

İyulun 20-də aktrisa Betti Tinq Peylə filmə çəkilən Li bir qədər halsız vəziyyətdə aktrisanın yaşadığı mehmanxana nömrəsində aspirin qəbul edərək yatdı və bir daha ayılmadı…

Onu lənətlədilər

Onun pərəstişkarları yazıq Bettini az qala öldürmüşdü. Bettinin isə heç bir günahı yox idi – Bryusu kənar «münasibətlər» maraqlandırmırdı. Həyat yoldaşını isə ancaq kino və kunfuya görə tərk edərdi. Həkimlər əmin edirdilər ki, Li beyin anevrizmindən ölüb, amma fərziyyələr çox idi. Bryus Linin gözlənilməz ölümü çox söz-söhbətə səbəb oldu.

Yerli ağsaqqallar deyirdilər ki, Li lənətlənib. Gec və ya tez intiqam şeytanları bu lovğanı cəzalandıracaqdı. Liyə qədər çinlilər heç vaxt avropalılara kunfu öyrətmirdilər - bu özgə xalqların əldə edə bilməyəcəyi sirli bilik idi. Döyüş sirləri əsrlərlə qorunurdu, daha təsirli növləri müəllim və şagirdlərinə məlum idi. Bryus onları bütün dünyaya yaydı, üstəlik kunfu ilə boksu çarpazlaşdırdı. Bu da qeyri-mümkün idi. Əsl müəllim qədim ənənələri müqəddəs varlıq kimi qorumalıdır.

Hazırki əsas şəkil

Hazırladı: Şərif Ağayar

news-inner-user

13427 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Atamın həyat yoldaşı... - Şəhriyar del Gerani yazır
21:00 05 Dekabr 2019
Bakıda klassik vokal festivalı keçiriləcək - İlk dəfə
18:53 05 Dekabr 2019
Bakı Uşaq Teatrı premyeraya hazırlaşır
18:47 05 Dekabr 2019
Edqar Ponun hekayəsi: Kütlə adamı - Dilimizdə ilk dəfə
18:11 05 Dekabr 2019
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - Sərəncam
17:22 05 Dekabr 2019
“Şairə ithaf” müsabiqəsinin vaxtı uzadıldı
16:52 05 Dekabr 2019
Türkoloq-alimin 120 illiyi keçiriləcək
16:15 05 Dekabr 2019
“Ustad” dərgisinin 32-ci sayı yeni formatda
15:40 05 Dekabr 2019
Dünyamızı gözləyən fəlakət: Robotlar azadlıq istəyir!
15:01 05 Dekabr 2019
Kulis 2019-cu ilin yazıçısını, şairini, tənqidçisini seçəcək
14:21 05 Dekabr 2019
“Yeddi nar çubuğu” səhnəyə gəlir
13:52 05 Dekabr 2019
Nejat İşler Zeki Demirkubuzun layihəsində
13:11 05 Dekabr 2019
Qədir Rüstəmovun xatirəsi yad ediləcək
12:31 05 Dekabr 2019
Hüseyn Cavidlə Şüvəlanda bağ qonşusu idik... – Xatirə
12:03 05 Dekabr 2019
Cəlil Cavanşirin yeni romanı oğurluqdurmu? - Müəllif ittihamlara cavab verir
11:27 05 Dekabr 2019
Qış ruhu
11:01 05 Dekabr 2019
Dahi rejissor 2019-un üç ən yaxşı filmini seçdi - Siyahı
10:30 05 Dekabr 2019
Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş gecə keçirilib
09:42 05 Dekabr 2019
Qarabağ haqda zəif filmə baxmaq ikiqat ağırdır
09:01 05 Dekabr 2019
Tanınmış yazıçının nəvəsi vəfat etdi
18:40 04 Dekabr 2019