news-inner
clock21:01 calendar-gray 29 İyul 2019 view-gray1703 dəfə oxunub
view-gray1703 dəfə oxunub

“Şükür allaha ki, ateist deyiləm” deyən rejissor

Bu gün dahi rejissor Luis Bunuelin anım günüdür. Kulis.az bu münasibətlə “Baxılası 50 film” layihəsində onun Oskar, Kann, Venetsiya festivallarının mükafatçısı olmuş “Burjuaziyanın təmkinli cazibəsi” filmi haqda yazınıtəqdim edir.

Luis Bunuel İspaniyanın Aşağı Araqon vilayətində çoxuşaqlı varlı mülkədar ailəsində doğulub.

Saraqosda yezuit kollecində təhsil alan Bunuelin hələ yeniyetməlik dövründə dinə qarşı ilk şübhələri yaranır. Bu şübhələr sonralar Madrid Universitetində oxuyanda onu ateistə çevirir. “1898-ci il nəsli” adlandırılan F.Lorka, R.Alberti, X.Gilyenlə tanışlığı da Bunuelə təsirsiz ötüşmür.

Onun rejissorluq peşəsini seçməsində isə 1920-ci illərdə Parisdə yaşadığı dövr böyük rol oynayır. O, rejissor Jan Epşteynin assistenti olur.

Bunuelin Dali ilə birgə çəkdiyi ilk sürreal “Əndəlus köpəyi” filmi elə səs-küyə səbəb olur ki, 8 ay prokatda qalır. Filmdə orta yaşlı kişi ülgücü itiləyərək gənc qızın gözünü kəsir. Filmin əsasında Dalinin və Bunuelin yuxuları dayanır. Film haqda səslənən müxtəlif interpretasiyaları rədd edən Bunuel öz xatirələrində qeyd edir ki, filmin yeganə niyyəti rasional izahı olan bütün ideyalara və obrazlara etirazdır. Bundan başqa, filmdə nəyisə simvolizə edən kadrlar yoxdur.

Rejissorun “Qızıl əsr” filmi daha böyük səs-küy yaratdı. 1930-cu ildə çəkilən filmin nümayişi düz 50 il qadağan edildi. “Qızıl əsr”i pornoqrafik adlandıran “Le Figaro” qəzeti onu bolşevizm üçün məşq adlandırdı.

Filmdəki seks məqamları və insanın təbii vəziyyəti qızğın mübahisələr doğurdu. “Qızıl əsi”i mənəviyyatsızlıqda ittiham edən mühafizəkar təşkilatlar Dalini və Bunueli təhqir edirdilər. Vəziyyət o həddə çatdı ki, filmin nümayişinə qadağa qoyuldu.

1936-cı ildə İspaniyanın mədəniyyət üzrə attaşesi işləyən rejissor antifaşist və antifrankoçu sənədli filmlərin çəkilməsində iştirak edir.

Tezliklə ölkədə Franko diktaturası bərqərar olur və rejissor İspaniyadan qovulur. İkinci Dünya müharibəsi ərəfəsində o, Amerikaya mühacirət edir və Hollivudda montajçı işləyir.

Bunuel rejissorluğa bir də 47 yaşında qayıdır. Meksikaya köçəndən sonra. O burda “Böyük kazino”, “Unudulmuşlar” filmini ekranlaşdırır.

Ötən əsrin ortalarında Fransaya dönən rejissor prodüser Serj Libermanla əməkdaşlığa başlayır. “Gündüz gözəli”, “Tristana”, “Burjuaziyanın təmkinli cazibəsi” kimi əhəmiyyətli filmlər çəkir.

Onun Kann festivalında baş mükafat alan “Viridiana” Franko İspaniyasında qapalı qalan mövzulara – intihara, zorakılığa, küfrə toxunduğuna görə 16 il – diktatura rejimi süqut edənə qədər - ölkədə qadağan olunur.

Rejissor son filmi ”Arzunun mübhəm obyekti” (1977) adlı ekran əsərində orta yaşlı kişiylə gənc qızın münasibəti fonunda ictimai-siyasi-sosial problemlərə toxunur.

Filmdə eyni rolu iki aktrisanın oynaması mübahisələrə səbəb oldu. Əhvalata psixoanalitik rakursdan yanaşan tənqidçilər bunu qəhrəmanın mövcud olmayan bir insana dəlicə vurulması kimi qiymətləndirdilər.

Bu dəfə sizə rejissorun dünya kinosunun ən yaxşı əsərlərindən biri sayılan “Burjuaziyanın təmkinli cazibəsi” sürreal filmini təqdim edəcəyik.

Süjet: Filmin qəhrəmanları yüksək təbəqəyə məxsus üç kişi və üç qadındır. Yuxu ilə reallığın qarışığı olan filmdə personajlar maneələrə baxmayaraq bütün film boyu birlikdə yemək yeməyə çalışırlar.

Burjuaziyaya ironiya edən filmin ssenarisi Zilbermanın danışdığı əhvalata əsasən yazılıb. Şam yeməyinə qonaqları dəvət edən Zilberman arvadına bu haqda deməyi unudub. Eyni zamanda özü də qonaq dəvət etdiyini yaddan çıxarıb.

Bu səhnə ətrafında ssenarist Jan Klod Karryer və Bunuel ümumi motivə xidmət edən başqa ironik səhnələr də yazdı.

İxtiyar yaşlarında rejissor əvvəlcə eşitmə, sonra görmə qabiliyyətini itirir. Ölümündən bir il əvvəl Bunuelin “Mənim son nəfəsim” adlı xatirələr kitabı çap olunur. Ömrünün sonunda rejissordan onun hələ də ateist olub-olmadığını soruşanda o, maraqlı cavab vermişdi: “Allaha şükür ki, mən hələ də ateistəm”.

Bunuelin maraqlı fikirlərindən bəzisini diqqətinizə çatdırırıq.

***

“Xorxe Luis Borxes çox yaxşı yazıçıdır, bu aydındır. Amma dünyada yaxşı yazıçılar çoxdur. Bir də ki, mən kiməsə yalnız yaxşı yazdığına görə hörmət edə bilmərəm. Bunun üçün başqa məziyyətlər də lazımdır. İki-üç dəfə rastlaşdığım Borxes özünəvurğun və təkəbbürlü adam təsiri bağışlayıb. Onun bütün nitqlərində mən nəsihətamizlik, ibarəlilik duyuram. Əksər korlar kimi yaxşı danışmağı bacaran Borxes Nobel mükafatı almaq arzusu ilə alışıb-yanır. Tamamilə aydındır ki, o, bu mükafatı almaq istəyir. Mən onun davranışını Sartrın mövqeyinə qarşı qoyuram. İsveç Akademiyası tərəfindən Nobel mükafatına laureat seçilmiş Sartr bu addan və puldan imtina etdi. Bu barədə qəzetlərdə oxuyanda ona teleqrafla təbrik göndərdim. Son dərəcə mütəəssir olmuşdum.

“Banketlədən və mükafatlandırma mərasimlərindən zəhləm gedir. Bu cür mərasimlər bəzən pərtliklə bitir. 1978-ci ildə Meksika Mədəniyyət naziri mənə Milli Sənət mükafatı – qızıl medal təqdim edirdi. Medalda “Bunuelos” sözü həkk olunmuşdu. “Bunuelos” ispanca “piroq” deməkdir. Həmin gecə də səhvi düzəltdilər”.

“Bir şeyə kədərlənirəm: məndən sonra dünyamızda nəyin baş verəcəyini bilməyəcəm. Axı mən dünyanı o hərəkət vəziyyətində olanda tərk edəcəyəm. Sanki davamı çap olunmamış romanın ortasında olduğu kimi. Mənə elə gəlir ki, əvvəllər insanlar ölümdən sonra nə baş verəcəyinə o qədər də maraq göstərmirdilər. Hər halda bu hiss güclü deyildi”.

”Bir şeyi də etiraf etmək istəyirəm: qəzetlərə nifrətimə baxmayaraq, hər on ildən bir qəbirdən çıxıb köşkdən bir neçə qəzet almaq istərdim. Bundan artıq nəsə istəmirəm. Qoltuğumda qəzetlər, solğun, divarlara sıxılaraq qəbiristanlığa qayıdıb orda dünyanın bədbəxtlikləri haqda oxuyardım. Bundan sonra sakitcə etibarlı qəbir daşımın altında yenidən yuxulayardım”.

Filmə burdan baxa bilərsiz.

Digər filmlər:

Robert Bressonun “Həyat belədir, Baltazar” filmi

Ken Louçun “Arpanı titrədən külək” filmi

Rayner Verner Fassbinderin“Mariya Braunun izdivacı”filmi.

Hovard Houksun“Çapıqlı adam”urdanfilmi.

Federiko Fellinin“8 yarım”filmi.

Fridrix Murnaunun“Günəşin doğuşu”filmi.

Fransua Ozonun“8 qadın”filmi.

Alfred Hiçkokun“Psixo”filmi.

Stenli Kubrikin"Portağal mexanizmi"filmi.

Kendzi Midzoqutinin“Yağışdan sonra ayın nağılı”filmi.

Vittorio De Sikanın“Velosiped oğruları”filmi.

Fransua Trüffonunun“400 zərbə”filmi.

Abbas Kiarostaminin“Albalı dadı”filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet“On iki qəzəbli kişi”filmi.

Bernardo Bertoluççinin“Konformist”filmi.

Dziqa Vertovun“Kinokameralı adam”filmi.

Mikalancelo Antonioninin“Macəra”filmi.

Pol Tomas Andersonun“Maqnoliya”filmi

Yasudziro Odzunun“Tokio əhvalatı”filmi.

Vim Vendersin“Berlin üzərində səma ”filmi.

Con Fordun"Dilican"filmi.

İnqmar Berqmanın"Persona"filmi.

Jan Renuarın “Oyun qaydaları”filmi.

news-inner-user
Sevda Sultanova

760 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Hüseyn Cavidin oğlunun kitabı çap olundu - Foto
15:28 11 Dekabr 2019
Payız tökülür saçından - Yeni şeirlər
14:47 11 Dekabr 2019
Beynəlxalq Festivalda Milli Qəhrəmanımız haqda film nümayiş olundu
14:20 11 Dekabr 2019
Mirzə Cəlilin tanımadığımız nəticəsi: "Azərbaycanlı qızla evlənmək istəyərəm" - Müsahibə
13:46 11 Dekabr 2019
Nəğməkar Xalq şairi – Müşfiq Şükürlüdən sərt tənqid
13:06 11 Dekabr 2019
Əjdər Olun “Lo” romanı təqdim olunacaq
12:37 11 Dekabr 2019
Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə
12:03 11 Dekabr 2019
Bakıda III Eksperimental Teatr Festivalı keçirildi
11:38 11 Dekabr 2019
Ədəbiyyat üzrə Nobel mükafatı sahiblərinə təqdim olundu
11:16 11 Dekabr 2019
“Kitabevim.az” mağazalar şəbəkəsi bağlanır - Şok açıqlama
10:53 11 Dekabr 2019
Fərqanə Qasımova Fransada konsert verdi
10:29 11 Dekabr 2019
Nəsiminin 650 illik yubileyi Ankarada qeyd edilib
10:15 11 Dekabr 2019
Qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa - Premyera
09:30 11 Dekabr 2019
Lalə Məmmədova: “Boşanmış qadına həmişə intim obyekt kimi baxırlar” - Müsahibə
09:01 11 Dekabr 2019
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabı təqdim olunub
18:45 10 Dekabr 2019
Məşhur rok ulduzu dünyasını dəyişdi
18:12 10 Dekabr 2019
Salam, Azərbaycan! Salam, Bakı! - Əhməd Abdullayev yazır
17:30 10 Dekabr 2019
Ərdoğandan Orxan Pamuka terrorist ittihamı
16:45 10 Dekabr 2019
Əlilliyi olan şagirdin faciəvi həyat hekayəti
16:30 10 Dekabr 2019
Zorakılıqla bağlı sənədli tamaşa təqdim olunacaq - "O qadın"
15:51 10 Dekabr 2019