Çirkin qızları sevən dahi keşiş

Çirkin qızları sevən dahi keşiş
18 aprel 2014
# 08:00

"Qırmızı kahin" ləqəbli bu musiqiçi bütün dövrlərin ən məşhur bəstəkarlarından biridir. O, italyan barokko klassik musiqi bəstəkarı, skripkaçı, dirijoru, pedaqoq və keşiş olan Antonio Vivaldidir.

Bəstəkarın uşaqlığı

1678-ci ildə Venesiyada dünyaya göz açan Antonio Vivaldi Covanni Vivaldi və Kamillo Kaliçio cütlüyünün 9 uşağının ilkidir. O, 1693-1703 illəri arasında dini təhsil alıb. Atası əvvəllər bərbər olsa da, sonradan istedadlı skripkaçı kimi yetişir. Anası isə dərzi qızı idi. Dünyanın ən məşhur bəstəkarlarından biri olsa da, bəstəkarın həyatı haqqında çox az məlumat var.

Vivaldi ilk musiqi təhsilini atasından alıb. Keşiş təhsili alan Vivaldi 1703-cü ildən rəsmi olaraq keşişlik vəzifəsinə təyin olunub. Amma eyni ildə o, başqa bir işdə də çalışmağa başlayır - "Ospedale della Pieta" adlı kimsəsiz qızlar yetimxanasında skripka müəllimi... Onun buradakı vəzifəsi yetim qalan və ya fiziki qüsurlu qızlara skripka çalmağı öyrətmək, onlara konsertlərdə səsləndirmələri üçün hər ay iki konsert yazmaqdı. 1709-cu ildə o, vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı. Bu dövrdə Vivaldi artıq bəstəkar kimi diqqət çəkməyə başladı.

Konsert əsərlərinin yaradıcısı sayılır

1709-cu ildə Danimarka Kralı IV Frederikə "Op. 2 skripka" sonatasını ithaf edən Vivaldi bu müddətdə həm də konsert yazmağa başlayır. Onun heç vaxt Almaniyadan kənara çıxmayan məşhur bəstəkar İohan Sebastyan Baxın musiqisindəki italyan təsirinin yaranmasında böyük rolu olub. 1725-ci ildən sonra tək konsertlər verməyə, konçertolar yazmağa başlayıb və Avropa səviyyəsində böyük şöhrət sahibi olub.

Vivaldi konsert əsərlərinin yaradıcısı olaraq qəbul edilir. O, beş yüzdən çox konsert əsəri bəstələyib və konçertonun atası olaraq bilinir. Fərqli alətlərdən faydalanmağı çox sevirdi. Heç kim violonçeldən solo alət olaraq onun qədər faydalanmayıb. Klassik musiqiylə əlaqəsi olmayanlar belə "İlin fəsilləri" əsərini sevir. Bəstəkarın bu əsəri uzun illər sonra Bethovenin ilham qaynağı olub və "Pastoral Simfoniya"da bu əsər sayəsində yazılıb.

Onun əsərlərindən ən məşhur bəstəkarlar yararlanıb

Özü 94 opera yazdığını bildirsə də bunlardan ancaq 50-si günümüzə qədər gəlib çatıb. Bitmək bilməyən dahiyanə musiqi istedadı olan Vivaldinin ehtiraslı və güclü şəxsiyyəti, musiqisində də əksini tapıb. Əslində o, uzun zaman tanınmayıb. 1920-ci ildən sonra aparılan araşdırmalar nəticəsində Vivaldinin yüzlərlə əsəri gün işığına çıxmağa başladı. O, xəyalında canlandırdığı şəkilləri musiqi halına gətirib və italyan musiqisinin Barokko dövrünün ən böyük bəstəkarlarından biri olaraq qəbul edilir.

Əsərləri XIX əsrin ortalarında yenidən dəyər qazandı. 50-dən çox opera, 450-ə qədər konsert, 70-dən çox sonata, 21 simfoniya, 100-ə qədər ariya, 59 kantata və serenada və başqa əsərlər yazdı. Konçertolarındakı çətinliyi skripka texnikasının inkişafında əhəmiyyətli rol oynadı. Maraqlısı budur ki, keşiş olsa da dini məzmunlu əsərlərinin sayı çox azdır. Onun əsərləri dünyanın ən məşhur bəstəkarlarına təsir edərək onların yeni əsərlər yaratmasına səbəb olub. Ancaq Vivaldi hər kəsin zənn etdiyi kimi yalnız skripka və orkestr əsərləri yazmayıb. Skripkanın yanında fleyta, qaboy, faqot kimi alətlər üçün yazdığı bir çox konsertləri, bir çox səhnə kantatası və bilinən 38 opera əsəri var.

"Qırmızı Saçlı Keşiş"

Kiçik yaşda atasının da iştirak etdiyi "San Marco Katedrali" orkestrinə girib. Saçları qırmızı olduğuna görə ona "Prete rosso", yəni "Qırmızı saçlı keşiş" ləqəbi qoymuşdular. Skripka müəllimi olduğu təşkilatda xor və orkestr qurdu. Rəhbərliyindəki birliklə öz əsərlərini səsləndirərək ölkələr gəzməsi, bir keşişin dünyəvi həyat sürməsi tənqidlərə yol açırdı.

Rahib olan zaman tez-tez icazələr alaraq uzun səfərlərə gedirdi. 1720-1723-cü illərdə o, Mantova şahzadəsinin sarayında qaldı.

1728-ci ildə Roma və Vyanaya, 1737-ci ildə Veronaya , 1738-ci ildə isə Amsterdama getdi. Musiqiçilik fəaliyyətinə görə, vəzifəsinə laqeyd yanaşdığını düşünən kilsə rəhbərliyi 1740-cı ildə onun vəzifəsinə son verdi.

Vivaldi musiqisi hər zaman mübahisələrə səbəb olur

Vivaldi əsasən instrumental konsertlərin təşkili ilə tanınır. Barokko musiqinin ən məşhur adlarından biri Vivaldidir. O, barokko dövrünün simvoludur. Antonio Vivaldi barokko musiqisini sevməyən insanlar tərəfindən də böyük istək görürdü. Vivaldiyə görə klassik qərb musiqisiylə maraqlanan və maraqlanmayanlar arasında tez-tez mübahisələr olur. Klassik qərb musiqisi ilə maraqlanan, bu cəhətdən intellektual biliyə sahib olanlar üçün Vivaldi əlçatmaz musiqiçi deyil. Hər cür musiqi tərzini dinləyənlər isə Vivaldini çox sevir.

Onunla bağlı mübahisələrdən biri də əsərlərinin bir-birinə hədsiz dərəcədə bənzəməsidir. Bunu bəzi adamlar belə izah edir: "Onun özünəməxsus tərzi var, öz musiqisini yaradıb". Lakin "Başqa bir şey bacarmırdı" deyənlər də çoxdur. Və bu mübahisələr uzun illərdir hələ də davam edir. Bütün bu müzakirələrə və mübahisələrə baxmayaraq, Vivaldi ən əyləncəli və dinləyiciyə xoş təsir bağışlayan əsər yaradan bəstəkardır. Həm də çox zaman bəstəkarın əsərləri bütün zamanların ən gözəl musiqisi kimi də qəbul edilir.

Vivaldi 38 yaşında Hesse Darkstadt Kontunun yanında bəstəkar və skripka sənətçisi olaraq çalışıb. Bu vəzifəsini 1713-cü ilə qədər davam etdirib. Qızlar yetimxanasında çalışdığı zaman Avropanın bir çox yerində konsertlər verib. Vivaldi hələ öz əsərləriylə tanınmadığı dövrdə atasıyla birlikdə ikitərəfli skripka konsertləri verirdi və bu konsertlər onun tanınmasında böyük rol oynayır.

“Bu çirkin qızların hamısına aşiq oldum"

Venesiyada kimsəsizlər üçün konsertlərdən bir müddət sonra konsert verən qızlarla tanış olmaq üçün qatıldığı yeməyin ardınca o, "Bu çirkin qızların hamısına aşiq oldum" - yazır. Bir müddət sonra şəhər ailələri də qızlarını həmin yetimxana məktəbinə göndərməyə başladı. Vivaldi daha sonrakı həyatının az qala hamısını burada keçirdi. Amma operaya olan sevgisi onu tez-tez Venesiyadan uzaqlaşdırırdı. 1710-cu ildə opera yazmağa başlayan Vivaldi özünü xüsusi olaraq opera yazmağa həsr etdi. Onun bilinən 49 operasından 22-si qorunaraq bu günə qədər gələ bilib.

Vivaldinin yaratdığı ən unudulmaz əsər "Le Quatro Stagioni dell’Anno"dur. Yəni “İlin fəsilləri” silsiləsindən 4 parça (Yaz, Yay, Payız, Qış). Bunlar skripka, eləcə də digər simli musiqi alətləri arasında ən populyar musiqilərdən hesab olunur.

Bəstəkarın ölümü

Kilsədəki vəzifəsindən məhrum edilməsi bəstəkara çox pis təsir edib. Bu hadisədən çox kədərlənən Vivaldi Vyanaya gedir. 1740-cı ildən Vyanada yaşamağa başlayır. 1723-24-cü illərdə Romadakı karnaval mövsümü üçün 3 opera yazıb. Bu illərdə opera sənətçisi Anna Giraud ilə münasibəti olub. 1741-ci ildə qoruyucusu İmperator VI Karlın ölümündən qısa müddət sonra xəstələnib yoxsulluq içində ölür.

Bəzi məlumatlara görə, bəstəkar kimsəsizlər üçün məzarlıqda dəfn edilib.

# 4620 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #