news-inner
clock09:00 calendar-gray 07 Aprel 2014 view-gray2006 dəfə oxunub
view-gray2006 dəfə oxunub

Çaplinə görə özünə qəsd edən aktyor

Dünya kinosunda ilk şöhrət tapmış komik aktyorlardan ən yadda qalanları Andre Did, Maks Linder, Çarls Spenser Çaplin idi. Səssiz kinoda pantomim hərəkətlərlə, jest və mimikalarla, tryuklarla tamaşaçıları güldürə bilmək xüsusi məharət tələb edirdi, bu elə də asan deyildi.

Andre Didin yaratdığı ekran qəhrəmanının adı Buaro idi, ilk dəfə "Pate" firmasında fransız rejissoru Jorj Melyesin filmlərində çəkilməyə başlamışdı. Kinoya gəlməmişdən qabaq o, kafelərdə müğənnilik və akrobatlıq edirdi. Onun qəhrəmanları axmaqlığı ucbatından filmdən-filmə çətin vəziyyətə düşürdü. Elə buna görə də rus tamaşaçıları onu "Qlupeşkin" kimi tanıyırdılar. Buaronu daim təqib edirdilər. Qaçan zaman o, gah yıxılır, gah akrobatik hərəkətlər edir, yoluna çıxanları itələyib yıxır, gülüşü bu vasitələrlə yaradırdı. Gülüş üçün ən çox fiziki hərəkətlərdən, tryuklardan istifadə edirdi. Buaronun uğurundan sonra ona bənzər çoxlu komik qəhrəmanlar yarandı. Bunlardan ən parlağı Maks Linder idi. A.Diddən fərqli olaraq, o, teatrdan kinoya gəlmişdi. Lionda konservatoriya bitirmiş, aktyor kimi isə "Varyete" teatrında təcrübə toplamışdı. Maks Linder çəkildiyi "Gimnazistin ilk siqarası" filmində maraqlı və məzəli ştrixlər tapdı. Nə qədər ki, Andre Did İtaliyaya getməmişdi, Maks Linder kinoda arxa planda qalmışdı. Yalnız 1908-ci ildən sonra Linderin ulduzu parladı. Linderin obrazları səfeh, yöndəmsiz hərəkətlər eləyən, eleqant kostyumlar geyinən varlı adamlar idi. Onun geyimi ilə əməlləri uyğun gəlmirdi. Gülüş də bu uyğunsuzluqdan doğurdu. Sonralar Linder öz keyfi üçün yaşayıb, sabahını düşünməyən əhlikef adamların obrazını yaratdı. Bu qəhrəmanı da son dəblə geyinir, gah silindir, gah həsir şlyapada olurdu. Əlinə əsa götürür, şlyapasına gül taxırdı. Daima ekrandan tamaşaçıya gülümsəyir, qadınların ürəklərini ovlayırdı.

Maks Linder Maks adlı birinin maskasını taxmışdı. O, bütün rollarında Maks idi. O, fərqli -fərqli obrazlar oynamaq istəyirdi. Amma rejissorlar onu ancaq eyni rolda görürdülər. Bütün filmlərinin adı da eyni obrazın adıyla bağlı idi: "Maks operada", "Maks gəlin axtarır", "Maks çimərlikdə", "Maks kafedə", "Maks varyetedə" və s. Bütün bu filmlər bir-iki hissədən ibarət olub, bir -iki həftəyə çəkilirdi. Maks nə vaxt ki, öz obrazından bir balaca kənara çıxdı, tamaşaçıların xoşuna gəlmirdi. Onlar Linderi həmişəki Maks kimi görməyi arzulayır, həmişəki ampluasında görmək istəyirdilər. Maks Linder şöhrətin zirvəsində idi. Onu hər yerdə heyranlıqla qarşılayır, sevirdilər. Onun dalınca düşən qadınlarınsa sayı-hesabı yox idi. Hətta 1910-cu ildə Parisdə Böyük Bulvarda Maks Linderin adını daşıyan kinoteatr açıldı. Bu kinoteatrda ancaq Maksın çəkildiyi filmlər göstərilirdi.

Bir il sonra aktyor möhkəm xəstələnəndə Paris əhli işini-gücünü atıb Maksın temperaturuyla maraqlanırdı. Maks şəhər əhlinin sevgisindən güc taparaq, ayağa qalxdı. Amma həmişəki obraz sevdasından vaz keçməmişdi. O, öküz döyüşünə çıxdı ("Maks toreadorda" filmində). Amma qəzetlər yazdı ki, Maks rezin buynuzları olan buzovla döyüşüb.

Maks bacardığı qədər obraz yaratmağa davam edirdi. Şöhrətinin yüksələn vaxtı o özü ssenarilər yazıb, filmlər çəkməyə başladı. Bu filmlərdə o, başqa səssiz kino ulduzlarından fərqli olaraq, mimika və jestlərdən şişirdilmiş formada istifadə eləmirdi. Lakin birinci dünya müharibəsinə qədər Maks Linderin şöhrəti unuduldu. Çünki kinoya yeni komik ulduz gəlmişdi. Bu, Çarls Spenser Çaplin idi. Çaplin özü fransız komiki Maksın istedadına o qədər heyran olmuşdu ki, onu ekranlarda heyranlıqla izləyəndən sonra aparat alıb kino çəkmək qərarına gəlmişdi. Düzdü, bu istəyinə dərhal nail ola bilməsə də, dəvət aldığı "Keystoun" kino şirkətində oynadığı ilk obrazlar elə Maks Linderin obrazlarına yaxın idi. Kinoda yaratdığı ilk obraz "Həyat üçün pul qazanarkən" filmindəki centlmen frakında və silindrdədi. Çaplin o zamanlar görməyə adət etdiyimiz kasıb, "avara", kiçik adam obrazını hələ kəşf etməmişdi. Çaplinin kəşf edəcəyi bu obraz isə tamamilə Maksın əksi idi. Maks varlı idisə, Çaplin yoxsul idi. Maks son dəbdə geyinirdisə, Çaplin cırıq şalvarda, nimdaş köynəkdə ekranlara çıxırdı. Ayağında çəkmə yox, qaloş olurdu. O, balaca, kasıb, amma xeyirxah adamların obrazını yaradırdı. Onun obrazları gündən-günə püxtələşir, tragikomik surətə çevrilirdi. Çaplinin qəhrəmanları cəmiyyətin ikiüzlülüyü, qəddarlığı ucbatından müxtəlif çıxılmaz vəziyyətlərə düşürdü. Amma hər dəfə də öz cəldliyi və fantaziyasının genişliyi sayəsində o, bu vəziyyətdən çıxa bilirdi. Bu obraz qüvvələrin qeyri-bərabər olduğu bütün mübarizələrdən qalib çıxmasa da, öz şərəf və ləyaqətini, insani keyfiyyətlərini itirmirdi.

Çaplinin kölgəsində qalan Linder köhnə şöhrətini qaytarmaq üçün hətta Çaplinin mövzusuna müraciət etdi. "Balaca kafe" filmində kasıb ofisiant obrazını yaratdı. "Üç müşketyor" filminə parodiyada Dartanyanı, "Sirk kralı"nda janqlyoru oynadı. Ancaq əvvəlki şöhrətini bu filmlərlə qaytara bilmədi. Getdikcə ruhdan düşərək bədbinləşən Maks Linder özünə qəsd etdi. 1925-ci il, oktyabrın 31-də Kleber avenyudakı otaqda Maksla arvadı Eleni ölü olaraq tapdılar. Ər-arvad damarını kəsmişdi. Elenin burjua ailəsi onun Maksla evlənməyinə razı olmamışdı. Cəmi iki il əvvəl Maks Eleni qaçırtmış, özüylə Vyanaya apararaq orda evlənmişdilər. Qızları Modun doğulmasından sonra da Maksın bədbinliyi, düşdüyü depressiv vəziyyət ailəni bədbəxtlikdən qurtara bilməmişdi. Uzun illər anasının qohumları, valideynləri ilə bağlı həqiqətləri Moddan gizlətdilər. Mod böyüyəndən sonra atasının şöhrətinin qayğısına qaldı. O, dünyanın bir çox film fondlarını gəzərək, atasının çəkildiyi ən qısametrajlı filmləri də tapdı. 1963-cü ildə "Maks Linderin kompaniyasında" adlı kinofilmi hazırladı.

Oxşar xəbərlər

Xəbər lenti

Vətəni söyməyə nə var? - Aqşin Yenisey qürbətdə aşağılanmaqdan yazır...
08:58 21 Yanvar 2021
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
17:10 20 Yanvar 2021
Eynşteyn əsrin ixtirasına görə bu romanlara borcludur - Ən sevdiyi 5 kitab
16:20 20 Yanvar 2021
146 nəfərin bir hekayəti...
15:10 20 Yanvar 2021
Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
14:00 20 Yanvar 2021
“Harri Potter” filminin ulduzu kinodan getdi
12:45 20 Yanvar 2021
Tanıdığım ilk şəhid
11:30 20 Yanvar 2021
Məşhur serialın aktyoru vəfat etdi
10:20 20 Yanvar 2021
Müstəqillik tarixinin ən möhtəşəm 20 Yanvarı - Şərif Ağayar yazır...
09:01 20 Yanvar 2021
"Sənin bu “qadın travmandan” xeyli həzz aldım" - Seymurla Aygün Aslanlının söhbəti
18:40 19 Yanvar 2021
"Simpsonlar"ın ssenaristi öldü
17:56 19 Yanvar 2021
Orxanı yenə polis apardı – Əsgərlikdəki şairlə söhbət
17:12 19 Yanvar 2021
Balacalar üçün onlayn tamaşa
16:31 19 Yanvar 2021
“Qarabağ hekayələri” qırğız dilinə tərcümə olundu
15:53 19 Yanvar 2021
“Mən xəbərləri oxuyanda qarşımda avtomatlı əsgər dayanmışdı” - Məşhur diktor 19 yanvar gecəsi AzTV-də baş verənlərdən danışır – Müsahibə
15:11 19 Yanvar 2021
“Arşın mal alan” Düşənbədə təqdim olundu
14:38 19 Yanvar 2021
Xalq artisti dünyasını dəyişdi
14:00 19 Yanvar 2021
Məşhur tarzən müğənnini qınadı: "Şəhid verdiyimiz dövrdə toy oxumusan"
13:17 19 Yanvar 2021
Leonardo da Vinçinin itmiş əsəri tapıldı
12:39 19 Yanvar 2021
Şair-əsgər anası: “Gizlində oğlumun çəkmələrini öpürdüm” – Müsahibə
12:01 19 Yanvar 2021