news-inner
clock08:45 calendar-gray 22 Mart 2014 view-gray1907 dəfə oxunub
view-gray1907 dəfə oxunub

Pikassonun başı bağlı çılpaq arvadı

Hələ sağlığında əfsanəyə çevrilmiş Pikasso Jaklin Roka əvvəllər çox yuxarıdan baxırdı. Lakin onun pərəstişkarına qarşı münasibəti tədricən dəyişdi. Pikasso yüzlərlə işini həsr etdiyi Rok əvvəlcə onun muzası oldu, sonra da sevimli qadını.

53 il əvvəl Pikasso ikinci dəfə evləndi. Onun həyat yoldaşı model Jaklin Rok idi. Rəssamın 79, qadının yaşı isə ondan iki dəfə az idi.

Kulis.Az böyük rəssam Pablo Pikasso və onun sevimli qadını Jaklin Rok haqqında məqaləni təqdim edir.

Pikassonun həyatında çoxlu qadın olmuşdu. Bəziləri onu sevirdi, o biriləri uşaq doğurdu, digərləri isə onu ilhama gətirirdi. Maestro iki dəfə evli olmuşdu. Birinci həyat yoldaşı rus balerina Olqa Xoxlova idi. İkincisi isə Jaklin Rok. Sonuncu ilə o ömrünün sonuna kimi yaşadı. O təkcə rəssama sadiq həyat yoldaşı olmadı, həm də muzası oldu.

Keramik görüş

Onlar təsadüfən keramika emalatxanasında görüşmüşdülər. Pablo Pikasso burda yeni texnika ilə eksperimentlər aparırdı. Profildən misirlilərə oxşayan Jaklin o vaxtlar 26-27 yaşlarında idi, boşanmışdı və bir qızı vardı. Pikassonun da nikahı uğursuzluqla nəticələnmişdi, onun da bu nikahdan bir oğlu böyüyürdü. Metrin o vaxt 72 yaşı vardı.

Rok ilk baxışdanca məşhur rəssama aşiq olsa da Pikasso oralıq olmadı. Jaklin Pikassonu öz kumiri hesab edir, onu “mənim ağam” deyə adlandırır, əllərini öpürdü. Pikasso isə soyuqqanlılıq edirdi. Onu qadının yaşı deyil, qızının olması karıxdırırdı. Pikasso tanışı Jenevyeva Laporta deyirdi ki, başqasından uşağı olan bir qadınla heç vaxt yatağa girməz. Əvvəl-axır ustad təslim olur. O, Jaklinin gəncliyi və pərəstişi qarşısında duruş gətirə bilmir, sonra isə fəxrlə deyirdi ki, o qadın Pikassodan din düzəltdi.

Sakit liman

Pikasso ilə Jaklinin tanışlığının bir ya da ikinci ilində rəssamın birinci həyat yoldaşı xərçənkdən rəhmətə getdi. Onsuz da onlar çoxdan ayrı yaşayırdılar. Arvadı ölən ili Pikasso Jaklin Rokla birgə yaşamağa başladı. Üstəlik onlar rəssamın əvvəlki arvadının yaşadığı yerə yaxın yerə köçdülər. Qoca metrin və onun muzasının sevgi yuvası əvvəlcə Kann şəhərindəki “La Californie” villası oldu.

Üç il sonra isə cütlük daha sakit yerə yerləşdi. “Chateau deVauvenargues” qəsri bir neçə yüz sakini olan sakit Vovenarq kəndirinin yaxınlığındaydı. Pikasso burada yaradıcılıqla məşğul olur, Jaklin isə nəzarət edirdi ki, heç kəs onu narahat etməsin. Rokun dediyinə görə rəssam arvadının həmişə yanında olmasına öyrəşdiyindən tez-tez “Jaklin, sən burdasan” ifadəsini işlətməyə adət etmişdi. Zamanla bu frazanı onların tutuquşuları da təkrarlayır.

Ən yaxşı ilham mənbəyi

Əsərlərinin çoxunu rəssam yeni muzasına həsr edirdi-onların arasında “Jaklin çiçəklərlə”, “Əllərini çarpazlamış Jaklin”, “Çılpaq Jaklin türk baş örtüyündə” və daha neçə portretlər. Pikasso onu daha çox Şərq geyimində çəkirdi. Yəqin qadının itaətini rəssam bu cür nəzərə çarpdırırdı. Tanışlıqlarının yeddi, ya səkkizinci ilində, yəni 1961-ci ildə cütlük nəhayət ki, evləndi.

Onlar birlikdə 20 il yaşadılar. Bunun 17 ilini Pikasso başqa qadınları çəkmədi. Rəssam ölənə qədər özünün ikinci həyat yoldaşı ilə birlikdə oldu.

Pikasso olduqca böyük miras saxlamışdı. Onun qanuni və qeyri-qanuni övladları atalarının qoyub getdiyi bu “xəzinə”yə sahib çıxmaq üstündə mübahisə edirdilər. Ancaq rəssamın işlərinin sahibi dul arvadı oldu. O, rəssamın sərgilərini təşkil etdi, bəzi əsərlərini isə muzeylərə bağışladı.

Ərinin vəfatından 13 il sonra Jaklin Rok özünü vurdu. Pikassonun ən sadiq pərisi rəssamın Madriddə baş tutacaq böyük sərgisi ərəfəsində dünyadan köçdü.

Oxşar xəbərlər

Xəbər lenti

“Oyaq gözəl” tamaşası onlayn göstəriləcək
19:17 21 Oktyabr 2020
Azərbaycanda yeni müsabiqə elan olundu - Şərtlər
18:36 21 Oktyabr 2020
Atamın Zəngilandakı məzarını tapa biləcəyəmmi? - Gülşən yazır...
18:15 21 Oktyabr 2020
Tamaşaçılar şarın içinə girdi - Qeyri-adi konsert
17:57 21 Oktyabr 2020
O gün uzaqda deyil - Gənc yazarın əsgərə məktubu
17:12 21 Oktyabr 2020
Torpağın dadı - Aydın Talıbzadə yazır...
16:30 21 Oktyabr 2020
Ən çox qorxu yaradan film müəyyənləşib
15:47 21 Oktyabr 2020
Həbsə atdılar, başını dibdən qırxdılar, dəlixanaya salıb Müşfiqi unutdurdular – Dilbərin məşəqqətli həyatı
15:05 21 Oktyabr 2020
Fransız səyyahın İrəvan təəssüratları yayımlanacaq
14:02 21 Oktyabr 2020
Qarabağa görə başına yaylıq bağlayan şair
13:23 21 Oktyabr 2020
Özbək şair qarabağlı qızdan poema yazdı
12:41 21 Oktyabr 2020
“Üç dəqiqə nəfəs ala bilmədim” – Zəngilanlı yazarlar qələbə sevincini bölüşür
12:00 21 Oktyabr 2020
Koronavirusa tutulan yazıçı: “Bu mövzuda on hekayə, bir roman yazmışam”
11:14 21 Oktyabr 2020
Ləpə satan qadını ağladan bayraq
10:42 21 Oktyabr 2020
Polşalı aktyor vəfat etdi
10:15 21 Oktyabr 2020
Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram” – Müsahibə
09:00 21 Oktyabr 2020
Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:44 20 Oktyabr 2020
Mahnı bitənəcən qayıdacam - Cavanşir Yusifli yazır...
18:02 20 Oktyabr 2020
Gecə yarısı bir qız məktub yazır səngərə... - Cəbhədə olan zabitdən şeirlər
17:21 20 Oktyabr 2020
Zəngilanlı aktyor: "İlk dəfədir var olduğumu hiss edirəm"
16:33 20 Oktyabr 2020