Lenin ziyalıları bu paroxoda yığıb xaricə göndərdi TARİX

Lenin ziyalıları bu paroxoda yığıb xaricə göndərdi TARİX
11 oktyabr 2013
# 14:50

Müxtəlif fikirli insanların taleləri qaynar qazanı xatırladır. Aclıq, səfalət, viranə həyat və insanların başı üzərində vıyıldayan güllələr. Bu simbioz ziyalıları və bisavadları, sağlam və xəstələri, bir sözlə, hər kəsi dəli edirdi. Sovet hökuməti mənəvi düşmənlərini - başqa cür düşünənləri məhv etmək üçün hər şeyə hazır idi. Nəticədə, 1917-22-ci illərdə inqilab tribunallarının qərarlarına əsasən 140 min insan güllələndi. 2 milyondan artıq insan mühacirətə getdi.

1922 – ci il 10 avqustun tarixində Mərkəzi Komitə “İnzibati sürgünlük” haqda dekret qəbul edir. Bu dekretin əsasında “inqilaba qarşı xüsusi fəal ünsürlər” - mədəniyyət xadimləri Rusiyadan sürgün edilir. Bu ünsürlərin arasında F. A. Stepun (1884-1965), S. L. Frank ( 1877-1950), N. A. Berdyayev (1874-1948), E. İ. Zamyatin (1884-1937), L. P. Karsavin (1882-1952) və başqaları vardı. Mədəniyyət xadimlərinin çoxu ölkədən getmək istəmirdi. N. A. Berdyayev yazır: “Mənə deyəndə ki, sən sürgün edilirsən, məni kədər bürüdü.” L. P. Karsavin isə “Rusiyanın gələcəyi mühacirətdə deyil” yazırdı. Lakin onları eşidən yox idi.

91 il əvvəl, 1922-ci il 22 sentyabrda “Fəlsəfə gəmisi” Petroqraddan yola düşür.

Sentyabrın 29-da “Oberburqomistr Xaken” adlı paroxod Petroqraddan hərəkət edir. Bu paroxodun sərnişinləri filosoflar - N. A. Berdyayev, S. L. Frank, M. A. Osorgin və başqaları idi. Sentyabrın 30-da paroxod təxminən Moskva və Kazandan 30-33 sərnişinlə (ailələri ilə birlikdə 70 nəfər) Ştettinə çatır.

1922-ci ilin noyabrının 16-da Petroqraddan “Prussiya” adlı paroxod tərpənir. Bu paroxodda N. O. Losski, L. P. Karsavin və başqaları (ailələri ilə birlikdə cəmi 44 nəfər) sürgün edilir.

V. S. Memetov qeyd edir ki, inqilabdan əvvəlki ziyalıların sürgün edilməsinin səbəbi yeni iqtisadi siyasətin keçirilməsi ilə bağlı onların siyasi fəallıqlarının qarşısını almaq idi.

Burda qeyd etmək vacibdir ki, sovet hökuməti onların inadkarlığına baxmayaraq, ziyalılar olmadan dolana bilmirdi. Bəzi ziyalılar siyasi toqquşmalardan kənarda qalıb Sovet Rusiyasında işləməyə davam edirdilər – V. İ. Vernadski (1863-1945), İ. P. Pavlov (1849-1963), K. E. Siolkovski (1857-1935), N. E. Jukovski (1847-1921), İ. M. Qubkin (1871-1939), K. A. Timiryazev (1843-1920) və başqaları. V. S. Memetovun fikrincə sovet ziyalılarının müəyyən hissəsi 1917-ci ilin payızından inqilabı dəstəkləyən görünürdü. Bura V. Bryusov (1873-1924), A. A. Blok (1880-1921), V. V. Veresayev (1867-1945), Q. A. Gilyarovski (1855-1935) daxil idi. İlk zamanlarda isə hətta A. İ. Kuprin (1870-1938) və F. İ. Şalyapin (1873-1938) da “yeni dünyanın quruluşunu” sevinclə qarşıladılar. 1919-cu ildə A. İ. Kuprin mühacirətə getdi. 1922-ci ildə F. İ. Şalyapini “reneqat” və “buqələmun”, “proletarların maraqlarına zidd ünsür” elan edərək vətəndaşlıqdan məhrum etdilər.

Bununla yanaşı, mühacirlər Rusiyanı Avropa həyatına qaytarmaq fikirlərindən əllərini üzmədilər.

M. E. Qlavatskinin fikrincə fərqli düşünən ziyalıların mühacirəti ölkənin daxili siyasətinin inkişafında məntiqi addım idi. İqtidarla ziyalıların arasındakı münasibəti uyğunsuzluq adlandırmaq olardı. Nədə? Sözə, fikrə müxtəlif münasibətdə. Ziyalılarla dialoq aparmağın əvəzində isə Sovet hökuməti onları mühacirətə göndərdi.

Hal-hazırda da Rusiyada mühacirət davam edir. Rusiyanı əsasən hüquqşünaslar, iş adamları, alimlər, eləcədə müxtəlif sahələrin mütəxəssisləri tərk edir. Xüsusən də texniki sahədə...

# 4751 dəfə oxunub

Oxşar xəbərlər

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

12:00 19 oktyabr 2026
Almaniyada 7000 il əvvəl  dəfn edilmiş insanın qeyri-adi skeleti  tapıldı

Almaniyada 7000 il əvvəl dəfn edilmiş insanın qeyri-adi skeleti tapıldı

18:40 16 oktyabr 2026
Misir qədim mumiyaların  üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

Misir qədim mumiyaların üzərindəki portretləri ilk dəfə xarici sərgiyə göndərir

17:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər