writer1

Qan Turalı

Məqalə sayı

228
clock13:40 calendar-gray 11 Sentyabr 2013 view-gray3131 dəfə oxunub
view-gray3131 dəfə oxunub

Rəsul Rza kim idi?

Solğun işıqlı ucuz kafelərdə söylənilən sərxoş nitqlərə inansaq biz“itirilmiş istedadlar” dövründə yaşayırıq.

Bütün bu özünütəqdim cəhdləri hər nə qədər yalan ehtiva edirsə belə biz bir qisim istedadın məhv olduğunu faktını da görməyə bilmirik.

Bir atımlıq barıtı olan şairlər, yazıçılar o qədərdir ki.

Bu istedad mütaliə ilə bəslənməyəndə, bu ilahi istedad ancaq bir kitaba, beş-altı şeirə, parlaq gələcək vəd edən (amma o gələcək heç zaman gəlməyəcək) bir romana çevrilir və başa çatır.

Əslində istedadın özü də irrrasional anlayışdır, mütaliədən fərqli olaraq onu ölçmək də mümkün deyil.

Lakin biz tamamilə şərti şəkildə bir atımlıq barıtını partladıb sonra epiqonçuluğa yuvarlananları, yüzlərlə səhifəlik şeir kitabı içində əsasən gənclik illərində yazılmış bir ovuc şeir olanları istedad adlandırırıq.

Parlaq bir şeirdən sonra sönük təkrarlar gəlir hər zaman.

İstedad tükəndiyində görünən şeydir.

Rəsul Rza haqda düşünəndə də fikirlər insanı istedad və mütaliə dilemmasına aparır.

Səməd Vurğunun vəfatından sonraşeirimizin xəritəsinə bir nəzər salaq.

Müşfiq artıq 19 ildir güllələnib, Süleyman Rüstəm çox az yazır, MəmmədRahim epiqonçuluğunu davam etdirir.

Və Səməd ölümü ilə əslində mövcud olmağa davam edir.

Bu mövcudluğun arxasında onun böyük istedadı, şeirinin xalqa yaxınlığı, kütləviliyi və bir az da sağ şairlərin şeirləri dayanırdı.

Rəsul Rza bu zamanda parlaq manevrlər etməyə başladı, bəli, o Səməd Vurğun kimi xalqın ürəyində olan, ruhuna yaxın olan şair modeli deyildi, şeirləri kütləvi qəbul edilmirdi, nəinki Səməd Vurğunun, Mikayıl Müşfiqin,hətta Süleyman Rüstəmin də kölgəsində qalırdı.

Onun manevrləriniqısa şəkildə əslindəbu cür izah etmək olardı: O yepyeni şeir yazacaqdı və açdığı bu yolda da özü olacaqdı.

Yəqin ki, şair Səməd Vurğunun da “son mogikan” olduğunu, bir müddət sonra onun erasının başa çatacağını, şeirimizin yeni təmayüllə irəliləyəcəyini hiss edə bilirdi.

Hiss etməsəydi bu məchul yollarda qələm oynatmazdı.

Rəsul Rzanın bəzən ancaq misraların parçalanmasıyla süni şəkildə yaratdığı sərbəst şeirlər zamanla püxtələşəcək, bu şeirlər yenilik axtaran gənclərin ürəyinə yol tapacaqdı.

Şeirimizdə konseptuallıq, fəlsəfi lirika, yeni formalar yaranacaq, onun üzərindəki əyalətçi ricətlər yavaş-yavaş yoxa çıxacaqdı.

Gənclər bu yeni eranıhamıdan qabaq hiss edəcək, Əli Kərimin simasında Rəsul Rzadan da yaxşı şeirlər yazacaq, amma öz inadkarlığına, uzaqgörənliyinə görə bu yolun banisi Rəsul Rza olacaqdı.

Daim şeirin ən yaxşısına, ən təzəsinə can atan ədəbiyyat tarixi Səməd Vurğun epiqonçularındansa Rəsul Rzanın parlaq olmasa belə novator şeirlərini sevəcək, onları əzizləyəcəkdi.

Çünki ədəbiyyat tarixinin gələcək səhifələri də bu novatorluğun inkişafından ibarət idi.

Qaliblər zamanın ruhunu duyanlardır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021